Cümə, 26.04.2024, 19:23
İnformatikanın məktəbdə tədrisi
Baş səhifə Qeydiyyat Giriş
e-mail: informatik-az@mail.ru · RSS
Menyu
Fotoşəkillər
Kateqoriyalar
Əmrlər və qanunlar
Giriş forması
Sorğu
Müəllim kimi informatika dərslərində tez-tez istifadə edirəm:
Cavabların sayı: 9372
Faydalı keçidlər

  • ict.edu.az
  • ict.az
  • telekommunikasiya.edu.az
  • İnf-math.narod.ru
  • Millibyte.az
  • kayzen.az/blog/informatika
  • alqoritm.ucoz.org
  • mincom.gov.az
  • Facebook-da
    Təqdimatlar
    Statistika

    Onlayn: 3
    Ziyarətçilərin sayı: 3
    Qeydiyyatdan keçənlərin sayı: 0


     Rəsmi sənəədlər
    Baş səhifə » Rəsmi sənədlər » 1

    Materialların sayı: 11
    Göstərilib: 7-11
    Səhifələr: « 1 2

    Təhsil pillələri üzrə təlim nəticələri

     

     Əsas təhsil pilləsində məzmun xətləri üzrə təlim nəticələri

     

    1.         İnformasiya və informasiya prosesləri

                Şagird:

    * informasiyanın xassələri haqqında biliklərini nümayiş etdirir;

    * informasiyanın kodlaşdırılmasını izah edir;

    * informasiyanın qəbul edilməsi və ötürülməsini nümunələr əsasında izah edir;

    * informasiyanın təsvir üsullarını sadalayır;

    * informasiyaların həcmini müəyyənləşdirir, ölçür və onları əlamətlərinə görə sistemləşdirir.

    2.         Formallaşdırma, modelləşdirmə, alqoritmləşdirmə və proqramlaşdırma

                Şagird:

    * modelləşdirmənin əsas mərhələləri haqqında biliklərini nümayiş etdirir;

    * informasiya modellərinin təsviri formalarını sadalayır, müxtəlif informasiya modelləri qurur və onları təhlil edir;

    * alqoritmin mahiyyətini aydınlaşdırır, növlərini sadalayır və müxtəlif məsələlərin həlli alqoritmini qurur;

    * proqramlaşdırma dillərindən istifadə etməklə məsələlərin həlli alqoritminin proqramını tərtib edir;

    * sadə veb-səhifələr yaradır.

    3.         Kompüter, informasiya və kommunikasiya texnologiyaları və sistemləri

                Şagird:

    * kompüterdə istifadə olunan əməliyyat sistemlərini tənzimləyir;

    * mətn və qrafiki redaktorda müvafiq nümunələr hazırlayır;

    * multimedia təqdimatları hazırlayır;

    * elektron cədvəldə iş nümayiş etdirir;

    * müxtəlif şəbəkə növlərindən, şəbəkənin işini təmin edən proqram təminatından, İnternetin xidməti proqramlarından istifadə edir.

    4.         Cəmiyyətin informasiyalaşdırılması

                Şagird:

    * informasiya resurslarını toplayır, sistemləşdirir və təhlil edir;

    * informasiya cəmiyyətinin formalaşdırılmasına dair layihələr hazırlayır. ...

     


    Əmrlər və qanunlar | Baxılıb: 3074 | Tarix: 19.04.2011

    I fəsil. Ümumi müddəalar

     Maddə 1. Qanunun təsir dairəsi

     Bu Qanun informasiyanın yığılması, işlənməsi, saxlanması, axtarışı, yayılması əsasında informasiya ehtiyatlarının formalaşdırılması, informasiya sistemləri, texnologiyaları, onların təminat vasitələrinin yaradılması onlardan istifadə

    olunması, informasiyanın mühafizəsi ilə əlaqədar olaraq yaranan münasibətləri tənzimləyir informasiya proseslərində

    iştirak edən subyektlərin hüquqlarını müəyyən edir....

    Əmrlər və qanunlar | Baxılıb: 2512 | Tarix: 14.04.2011


    Informatika kurrikulumu və onun xarakterik cəhətləri.

    Azərbaycan Respublikasında ümumtəhsil məktəbləri üçün informatika fənninin kurrikulumu onun məqsəd və vəzifələrini, əhəmiyyətinin əsaslandırılmasını, fənnin xarakterik xüsusiyyətlərini, məzmun xətlərini və onların əsaslandırılmasını, ümumi təlim nəticələrini, məzmun standartlarını, alt-standartları, tədris prosesində üfüqi və şaquli inteqrasiyanı, fəndaxili və fənlərarası inteqrasiyanı, təlim strategiyalarını və qiymətləndirmə vasitələrini  əhatə edir.

     Bu kurrikulum ümumtəhsil məktəblərində informatika təliminin əsas məqsədlərini   müəyyənləşdirməklə ümumi təlim nəticələrinə nail olmaq üçün  bütün fəaliyyətləri əks etdirən  və hər bir şagirdin  imkan və ehtiyaclarına istiqamətlənmiş  konseptual sənəddir. Kurrikulum  təhsil işçiləri, məktəb rəhbərləri, müəllimlər, dərslik, dərs vəsaitləri metodiki tövsiyə  müəllifləri, valideynlər, icma və ictimaiyyətin digər nümayəndələri üçün nəzərdə...
    Əmrlər və qanunlar | Baxılıb: 3828 | Tarix: 12.04.2011

    1. Ümumi əsaslar

    1.1. Mövcud vəziyyət

    Biliklərə əsaslanmış iqtisadiyyatın təşəkkül tapdığı şəraitdə informasiya və kommunikasiya texnologiyalarının (İKT) inkişafı ölkənin intellektual və elmi potensialının vacib göstəricilərindən biridir. Tam əminliklə demək olar ki, bu gün qloballaşan dünyada ölkələrin rəqabət qabiliyyəti ilk növbədə onların İKT-dən səmərəli istifadəsi ilə müəyyənləşməklə formalaşır.

    İKT-nin təhsildə tətbiqi və inteqrasiyası Azərbaycan vətəndaşlarının müasir biliklərə və bacarıqlara malik olan yeni nəslinin formalaşmasına birbaşa təsir edən yüksək mahiyyətli məsələdir.

    Əmrlər və qanunlar | Baxılıb: 2834 | Tarix: 05.03.2011

    AZƏRBAYCAN RESPUBLİKASINDA ÜMUMTƏHSİL MƏKTƏBLƏRİNİN
    İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI İLƏ TƏMİNATI
    PROQRAMININ (2005-2007-Cİ İLLƏR) TƏSDİQ EDİLMƏSİ HAQQINDA
    AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
     
    Azərbaycan Respublikasının ümumtəhsil məktəblərində informasiya və kommunikasiya texnologiyalarından müasir tələblərə uyğun istifadə olunmasını təmin etmək məqsədi ilə...
    Əmrlər və qanunlar | Baxılıb: 2747 | Tarix: 14.07.2010

    1-6 7-11
    Copyright İsaNaida © 2024
    PYTHON 3.4
    ALPLogo
    Info-Ko
    Fəxr edirik


    Elan
    Bölmələr
    MÜSABİQƏ
    Azərbaycanda İKT
    Axtarış
    Video