1. Keş-yaddaş harada yerləşir?
A) Prosessorun daxilində
B) Əməli yaddaşın daxilində
C) CD və ya DVD disklərdə
D) Xarici yaddaşın daxilində
E) Sərt diskdə
2. ArcNet texnologiyasında hansı topologiyadan istifadə
olunmuşdur?
A) Ulduz B) Şin C) Halqa D) Tam E) Heç biri
3. X10=124 olduqda X16-nı tapın.
A) 1111100 B) 31A C) 7B D) 6C E) 7C
4. MS Word-də mətnin abzasın birinci simvolunun böyük
ölçüdə - bir neçə sətirdə olmasını təmin etməklə, səhifəyə
xüsusi forma verilməsi hansı əmrlə yerinə yetirilir?
A) Insert / Text Box (Вставка / Надпись)
B) Format / Drop Cap (Формат / Буквица)
C) Format / Text Direction (Формат / Направление текста)
D) Insert / Object (Вставка / Объект)
E) Format / Style (Формат / Стиль)
5. OLE texnologiyası nədir?
A) Obyektin digər proqramlarla birgə işləməsi və mübadiləsi
təmin olunur;
B) Obyektin xassələri dəyişdirilir;
C) Obyektin surəti çıxarılır;
D) Obyektin digər proqramlardan çıxarılması;
E) Cavabların hamısı yanlışdır.
6. MS Excel-də nisbi ünvanı mütləq ünvana çevirmək üçün
hansı simvoldan istifadə edilir?
A) # B) & C) $ D) % E) @
7. 3 MB-lıq səs faylı, 200 KB-lıq şəkil faylı və 2048 baytlıq
mətn faylı birlikdə yaddaşda neçə KB yer tutar?
A) 3272 B) 3072 C) 3274 D) 2251 E) 2248
8. InkJet hansı qurğunun xüsusiyyətidir?
A) Monitor B) Skaner C) Prosessor
D) Plotter E) Printer
9. Aşağıdakılardan hansı alqoritmin müəyyənlik (determiniklik)
xassəsidir?
A) Alqoritm sonlu sayda mərhələdən sonra qurtarmalıdır.
B) Alqoritmin hər bir addımı dəqiq və birqiymətli təyin
olunmalıdır.
C) Müəyyən məsələ üçün tərtib olunmuş alqoritm, həmin tipdən
(sinifdən) olan bütün məsələlər üçün yararlı olmalıdır.
D) Alqoritmin yerinə yetirilməsi üçün ilkin verilənlər olmalıdır.
E) Alqoritmdəki mərhələlərin yerinə yetirilməsi axtarılan nəticəyə
gətirib çıxarmalıdır.
10. Windows əməliyyat sistemində pəncərəni bağlamaq
üçün klaviaturada hansı düymələrdən istifadə edilir?
A) Alt+Esc
B) Ctrl+Alt
C) Alt+Tab
D) Alt+Enter
E) Alt+F4
11. Verilənlər bazasında əsas açar (Primary Key) nədir?
A) Cədvəldə birinci sütundur
B) Cədvəldə yazıları birqiymətli təyin edən bir və ya bir
neçə sütundur
C) Xarici açarın (foreign key) sinonimidir
D) Cədvəldə axırıncı sütundur
E) Yalnız ədədi qiymətlər yazılması mümkün olan
sütundur
12. MS DOS sistemində RD komandası hansı əməliyyatı
yerinə yetirir?
A) boş olmayan qovluğu silir
B) yeni qovluq yaradır
C) qovluğun adını dəyişir
D) faylı silir
E) boş qovluğu silir
13. Üçüncü nəsil kompüterlərin əsas element bazası
aşağıdakılardan hansıdır?
A) Elektron lampalar
B) Yarımkeçiricilər
C) İnteqral sxemlər
D) Böyük və çox böyük inteqral sxemlər
E) Yuxarıda sadalananların heç biri
14. Windows əməliyyat sistemində qovluğun və ya faylın
adında aşağıdakı simvollardan hansı iştirak edə bilər?
A) * B) ? C) + D) > E) /
15. Şəbəkə resurslarından istifadə edən kompüter necə
adlanır?
A) işçi stansiya B) domen C) server
D) kliyent E) terminal
16. Hansı obyektsiz verilənlər bazası mövcud ola bilməz:
A) Hesabatsız
B) Formasız
C) Cədvəlsiz
D) Sorğusuz
E) Yuxarıda sadalananların hamısı zəruridir
17. Aşağıdakılardan hansı birməsələli əməliyyat sistemidir?
A) MS DOS
B) UNIX
C) NORTON COMMANDER
D) WINDOWS
E) WINDOWS NT
18. MS Excel-də düsturu yazmağa başlayarkən
hansı simvoldan istifadə edilir?
A) # B) := C) % D) =
E) heç bir simvoldan istifadə edilmir
19. Aşağıdakılardan hansı e-mail ünvan ola bilər?
A) mahir2010@yahoo.co.uk
B) info@.edrt.edu.az
C) office@gru.edu.az
D) sabir2010@yahoo.co/uk
E) info@edrt. edu.az
20. Aşağıdakılardan hansılar rastr qrafika üzərində işləyir?
1. Corel Draw
2. Photo Shop
3. Paint
4. Corel PhotoPaint
5. Prolog
A) 1, 2 B) 2, 3, 4 C) 2, 3 D) 1, 2, 3 E) 2, 3, 4, 5
21. Verilənlər bazası -
A) Müəyyən qaydalar əsasında təşkil olunmuş verilənlər
yığımıdır
B) Böyük informasiya massivlərinin saxlanması və emalı üçün
proqramlar məcmusudur
C) Verilənlərin toplanmasını və manipulyasiyasını dəstəkləyən
interfeysdir
D) Müəyyən informasiya yığımıdır
E) Tətbiqi proqramlar və verilənlər arasında əlaqə üçün
proqramlar məcmusudur
22. İnternet-bruzerlərə (bələdçilərə) aid etmək olmaz:
A) Internet Explorer
B) Opera
C) Mozilla Firefox
D) Exedus
E) Google Chrome
23. Hansı proqram təminatı Microsoft Office paketinin
tərkibinə daxildir?
A) SQL Server
B) Promt
C) Visual FoxPro
D) Power Point
E) Yuxarıda sadalananların heç biri
(
http://iqm.az/menu.php?id=22 materialları əsasında )
İnformatika fənninə aid testlərin bir nümunəsi burada.