Şənbə, 20.04.2024, 00:32
İnformatikanın məktəbdə tədrisi
Baş səhifə Qeydiyyat Giriş
e-mail: informatik-az@mail.ru · RSS
Menyu
Fotoşəkillər
Kateqoriyalar
Əmrlər və qanunlar
Giriş forması
Sorğu
Müəllim kimi informatika dərslərində tez-tez istifadə edirəm:
Cavabların sayı: 9360
Faydalı keçidlər

  • ict.edu.az
  • ict.az
  • telekommunikasiya.edu.az
  • İnf-math.narod.ru
  • Millibyte.az
  • kayzen.az/blog/informatika
  • alqoritm.ucoz.org
  • mincom.gov.az
  • Facebook-da
    Təqdimatlar
    Statistika

    Onlayn: 1
    Ziyarətçilərin sayı: 1
    Qeydiyyatdan keçənlərin sayı: 0


     Rəsmi sənəədlər
    Baş səhifə » Rəsmi sənədlər » 1 » Əmrlər və qanunlar

    Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı proqramı (2005-2007-ci illər)
    AZƏRBAYCAN RESPUBLİKASINDA ÜMUMTƏHSİL MƏKTƏBLƏRİNİN
    İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI İLƏ TƏMİNATI
    PROQRAMININ (2005-2007-Cİ İLLƏR) TƏSDİQ EDİLMƏSİ HAQQINDA
    AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
     
    Azərbaycan Respublikasının ümumtəhsil məktəblərində informasiya və kommunikasiya texnologiyalarından müasir tələblərə uyğun istifadə olunmasını təmin etmək məqsədi ilə
     
    QƏRARA ALIRAM:
     
    1. Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı (2005-2007-ci illər) təsdiq edilsin (əlavə olunur).
    2. Müəyyən edilsin ki, Proqramın baş icraçısı və nəzərdə tutulan tədbirlərin əlaqələndiricisi Azərbaycan Respublikasının Təhsil Nazirliyidir.
    3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
    4. Bu Sərəncam dərc olunduğu gündən qüvvəyə minir.
     
    İlham Əliyev
    Azərbaycan Respublikasının Prezidenti
    Bakı şəhəri, "21" avqust 2004-cü il

     
    Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı proqramı
    (2005-2007-ci illər)
     
    1. Giriş
     
    XX əsrin son onilliyindən başlayaraq informasiya və kommunikasiya texnologiyaları ictimai-siyasi, sosial-iqtisadi, mədəni sahələri əhatə etməklə cəmiyyətin inkişafına güclü təsir göstərən əsas amillərdən birinə çevrilmişdir. Hazırda informasiya və kommunikasiya texnologiyalarının tətbiqinin səviyyəsi hər bir ölkənin intellektual və elmi potensialının, dövlət idarəçiliyində şəffaflığın və demokratiyanın inkişafının, sosial-iqtisadi problemlərin həllinin, yoxsulluğun azaldılmasının əsas göstəricilərindən hesab olunur. Qeyd etmək lazımdır ki, gələcəkdə ölkələrin rəqabət aparmaq qabiliyyəti əsas etibarilə onların informasiya və kommunikasiya texnologiyalarından səmərəli istifadə etməsindən asılı olacaqdır.
    Son illər Azərbaycan Respublikasında informasiya və kommunikasiya texnologiyalarından istifadə sahəsində bir sıra ciddi addımlar atılmış və bu istiqamət dövlət siyasətinin prioritetlərindən birinə çevrilmişdir. Təsadüfi deyil ki, 1999-cu ildə qəbul edilmiş "Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı”nda gənc nəslin informasiya və kommunikasiya texnologiyalarından istifadə vərdişlərinə yiyələnməsi ən mühüm vəzifələrdən biri kimi qarşıya qoyulmuşdur.
    Ötən dövr ərzində Azərbaycan Respublikasının Təhsil Nazirliyi digər əlaqədar təşkilatlarla birlikdə təhsil sisteminin informasiyalaşdırılması sahəsində müxtəlif layihələr və tədbirlər hazırlayıb həyata keçirmişdir. Bunlar əsasən aşağıdakılardır:
    - bütün təhsil pillələri üçün eksperimental proqramların hazırlanıb təsdiq edilməsi;
    - öyrədici multimedia sistemlərinin hazırlanmasına başlanılması;
    - İnternetə qoşulan məktəblər şəbəkəsinin genişlənməsi;
    - təhsilin idarə edilməsinin məlumat sisteminin, informasiya və kommunikasiya texnologiyalarının ümumtəhsil məktəblərində tətbiqi üzrə hazırlıq işlərinin gücləndirilməsi.
    Son illər təhsil sisteminin informasiyalaşdırılması istiqamətində görülən işlərə baxmayaraq, hələ də ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təchizi, ixtisaslı pedaqoji kadrlarla təminatı sahəsində öz həllini gözləyən ciddi problemlər mövcuddur.
    Bunları aşağıdakı kimi qruplaşdırmaq olar:
    - hazırda ümumtəhsil məktəblərində olan 9 minə qədər kompüter avadanlığının böyük əksəriyyətinin fiziki və mənəvi cəhətdən köhnəlməsi, çox hissəsinin istifadə üçün yararsız vəziyyətə düşməsi;
    - 1669644 şagird kontingenti olan 4521 ümumtəhsil məktəblərində cəmi 1570 müasir tipli kompüter texnikasının mövcud olması nəticəsində hər 1063 şagirdə 1 ədəd kompüterin düşməsi;
    - məktəblərdə təlim xarakterli proqram təminatının zəif olması;
    - ümumi təhsilin mövcud dövlət standartlarında "İnformatika və hesablama texnikasının əsasları” fənninin tədrisinin yalnız X və XI siniflərdə aparılması;
    - məktəblərin İnternet şəbəkəsinə qoşulmasında vahid koordinasiya sisteminin olmaması;
    - uzun illərdən bəri ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı üçün maliyyə vəsaitinin çatmaması;
    - ümumtəhsil məktəbləri üçün informasiya və kommunikasiya texnologiyaları sahəsində ixtisaslı pedaqoji, həmçinin köməkçi heyət (laborant) kadrların hazırlanmasına lazımi diqqətin yetirilməməsi.
     
    2. Proqramın ümumi xarakteristikası
     
    2.1. Proqramın məqsədi
     
    Proqramın əsas məqsədi Azərbaycan Respublikasında yeni informasiya texnologiyalarından istifadə etməklə təhsilin keyfiyyətini yüksəltməyə xidmət edən, bütün pillə və səviyyələrdə vətəndaşlara təhsil almaqla bərabər imkanları təmin edən, ölkə təhsil informasiya sisteminin dünya təhsil sisteminə inteqrasiyasına imkan verən vahid təhsil informasiya mühitini yaratmaq və əhalini informasiyalaşdırılmış cəmiyyətə hazırlamaqdır.
    Təhsil sisteminin informasiyalaşdırılmasını təmin etmək məqsədilə aşağıdakı istiqamətlərdə məqsədyönlü tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur:
    - təhsil sisteminin vahid informasiya məkanının qurulması;
    - kompüter texnikası əsasında qurulan yeni informasiya texnologiyalarının mənimsənilməsinin və onun bütün imkanlarından istifadə olunmasının təmin edilməsi;
    - ölkənin təhsil sisteminin səmərəli idarə olunmasının təmin edilməsi;
    - elmi-metodiki işlərin səmərəliliyinin artırılması;
    - beynəlxalq informasiya şəbəkələri vasitəsi ilə dünya ölkələrinin təhsil müəssisələri ilə səmərəli əlaqələrin yaradılması.
     
    2.2. Proqramın əsas vəzifələri
     
    Proqramda qarşıya qoyulmuş məqsədə çatmaq və vahid informasiya mühitindən səmərəli istifadənin təmin edilməsi üçün aşağıdakı vəzifələrin kompleks həlli zəruridir:
    - ümumtəhsil məktəblərinin müasir tipli kompüter avadanlıqları ilə təchizatı;
    - ümumtəhsil məktəbləri müəllimlərinin, inzibati və texniki işçilərin yeni informasiya və kommunikasiya texnologiyalarından öz fəaliyyət sahələrində istifadə etməsinin öyrədilməsi;
    - təhsildə informasiya və kommunikasiya texnologiyalarından istifadə üzrə normativ və metodiki bazanın inkişafı;
    - Tədris prosesində Azərbaycan dilində istifadə edilən müasir elektron tədris materiallarının, elektron dərsliklərin, elektron kitabxanaların, rəqəmli tədris resurslarının işlənilib hazırlanması, yayılması və tətbiqi;
    - Azərbaycan Respublikası təhsil sisteminin informasiya infrastrukturunun (elmi-metodik, elmi-tədqiqat, ixtisasartırmanın bütün səviyyələrdəki resurs və informasiya sistemləri daxil olmaqla) yaradılması;
    - informasiya texnologiyaları əsasında müasir təhsilin metodologiyasının işlənib hazırlanması, informasiyalaşdırma prosesinin elmi-metodiki təminatı;
    - şagirdlər üçün distant təhsil xidmətinin yaradılması;
    - şagirdlər üçün təhsil portalının və saytlarının yaradılması;
    - Azərbaycan dilində olan tədris və elmi-metodiki nəşrlərdə informasiya və kommunikasiya texnologiyaları sahəsi üzrə terminologiyanın hazırlanması və elmi dövriyyəyə daxil edilməsi.
    Kateqoriya: Əmrlər və qanunlar | Əlavə edib: isanai (14.07.2010)
    Baxışların sayı: 2744
    Copyright İsaNaida © 2024
    PYTHON 3.4
    ALPLogo
    Info-Ko
    Fəxr edirik


    Elan
    Bölmələr
    MÜSABİQƏ
    Azərbaycanda İKT
    Axtarış
    Video