Cümə, 26.04.2024, 23:56
İnformatikanın məktəbdə tədrisi
Baş səhifə Qeydiyyat Giriş
e-mail: informatik-az@mail.ru · RSS
Menyu
Fotoşəkillər
Kateqoriyalar
Əmrlər və qanunlar
Giriş forması
Sorğu
Müəllim kimi informatika dərslərində tez-tez istifadə edirəm:
Cavabların sayı: 9372
Faydalı keçidlər

  • ict.edu.az
  • ict.az
  • telekommunikasiya.edu.az
  • İnf-math.narod.ru
  • Millibyte.az
  • kayzen.az/blog/informatika
  • alqoritm.ucoz.org
  • mincom.gov.az
  • Facebook-da
    Təqdimatlar
    Statistika

    Onlayn: 1
    Ziyarətçilərin sayı: 1
    Qeydiyyatdan keçənlərin sayı: 0


     Rəsmi sənəədlər
    Baş səhifə » Rəsmi sənədlər » 1 » Əmrlər və qanunlar

    Ibtidai siniflər üçün İnformatika kurikulumu

    Informatika kurrikulumu və onun xarakterik cəhətləri. Azərbaycan Respublikasında ümumtəhsil məktəbləri üçün informatika fənninin kurrikulumu onun məqsəd və vəzifələrini, əhəmiyyətinin əsaslandırılmasını, fənnin xarakterik xüsusiyyətlərini, məzmun xətlərini və onların əsaslandırılmasını, ümumi təlim nəticələrini, məzmun standartlarını, alt-standartları, tədris prosesində üfüqi və şaquli inteqrasiyanı, fəndaxili və fənlərarası inteqrasiyanı, təlim strategiyalarını və qiymətləndirmə vasitələrini  əhatə edir.

     Bu kurrikulum ümumtəhsil məktəblərində informatika təliminin əsas məqsədlərini   müəyyənləşdirməklə ümumi təlim nəticələrinə nail olmaq üçün  bütün fəaliyyətləri əks etdirən  və hər bir şagirdin  imkan və ehtiyaclarına istiqamətlənmiş  konseptual sənəddir. Kurrikulum  təhsil işçiləri, məktəb rəhbərləri, müəllimlər, dərslik, dərs vəsaitləri metodiki tövsiyə  müəllifləri, valideynlər, icma və ictimaiyyətin digər nümayəndələri üçün nəzərdə tutulmuşdur.

    I. İnformatika təliminin məzmunu

     

    1.1. Ümumi təlim nəticələri

     

    İbtidai təhsil pilləsi (I-IV siniflər) üzrə şagird:

    ·        eynicinsli obyektlər qrupunda artıq əşyanı seçir, onları əlamətlərinə görə ayırır və müqayisə edir;

    ·        hərəkətlər ardıcıllığında səhvləri tapır, buraxılmış addımı müəyyən edir;

    ·        qanunauyğunluqları tapır və onların əsasında sadə modellər qurur;

    ·        sadə riyazi alqoritmlər və layihələr tərtib edir;

    ·        kompyuterlə sərbəst davranır, sadə əməliyyatları icra edir;

    ·        qrafiki redaktorda rəsmlər çəkir, onları redaktə edir, rəsmlərə mətn daxil edir, alqoritmlərdən istifadə edərək mozaikalar qurur;

    ·        mətn redaktorunda sadə mətnləri yığır, redaktə edir və onlara rəsmlər daxil edir.

    Əsas təhsil pilləsi (V-IX siniflər) üzrə şagird:

    ·        informasiya və kommunikasiya texnologiyalarının müasir cəmiyyətdə rolunu və əhəmiyyətini şərh edir;

    ·        gündəlik həyatda və məişətdə lazım olan məsələləri kalkulyator rejimində həll edir;

    ·        kompyuterdə istifadə olunan əməliyyat sistemini tənzimləyir;

    ·        mətn redaktorunda sadə olmayan mətnləri yığır və formatlaşdırır, mətnə müxtəlif yaddaşlardan şəkillər daxil edir;

    ·        qrafik redaktorda müəyyən çətinlik dərəcəsinə malik şəkillər hazırlayır, şəklin atributlarını dəyişdirir, onlara müvafiq mətnlər daxil edir;

    ·        obyektin xassələrini, parametrlərini və mühitini təyin edir, obyektlər sistemini təsnif edir;

    ·        obyektin informasiya modelini qurur və onun təbii modelini təsvir edir;

    ·        informasiyanın xassələrini, kodlaşdırılmasını, qəbul edilməsi və ötürülməsini  nümunələr əsasında izah edir;

    ·        şəbəkə növləri vasitəsi ilə məlumatları axtarır, toplayır, sistemləşdirir və onlardan məqsədyönlü istifadə edir;

    ·        müxtəlif təqdimatlar hazırlayır və nümayiş etdirir;

    ·        elektron cədvəllərdən istifadə etməklə yeni sənədlər tərtib edir;

    ·        müxtəlif şəbəkə növlərindən, şəbəkənin işini təmin edən proqram təminatından istifadə edir,  sadə web səhifələr  yaradır.

    Orta təhsil pilləsi (X-XI siniflər) üzrə şagird:

    ·        informasiyaları ölçür, təsvir edir və informasiya daşıyı­cıları ilə işləyir;

    ·        sadə məsə­lələrin həlli üçün müx­təlif strukturlu alqoritm­lər tə­rtib edir, proq­ram­lar hazırlayır və icra edir;

    ·        sadə informasiya model­lə­rinə uyğun in­forma­siya­ların işlən­mə­si alqo­ritm­lər­ini qurur və qurulmuş modeli kompüüerdə tədqiq edir;

    ·        kompyuterdə istifadə olunan əməliyyat sistemini tənzimləyir və lazımi əməliyyatları icra edir;

    ·        qrafiki redaktorda müxtəlif təsvirlərin hissələrindən istifadə edərək yeni təsvir yaradır, mətn redaktorunda cədvəl-mətnlər yığır, format­laşdı­rır, cədvəllər üzərində hesablamalar aparır, sənədləri çap edir;

    ·        müxtəlif təqdimatlar hazırlayır, re­daktə edir və ona multimedia effektlərini əla­və edir;

    ·        elektron cədvəl prosessorunda və verilənlər bazasında müvafiq əməliyyatları icra edir;

    ·        internetin əsas xidmətlərindən istifadə edir, müxtəlif dizaynlı web-səhifələr yaradır....

    İnformatika kurikulumu (yükləmək)
    Kateqoriya: Əmrlər və qanunlar | Əlavə edib: isanai (12.04.2011)
    Baxışların sayı: 3829
    Copyright İsaNaida © 2024
    PYTHON 3.4
    ALPLogo
    Info-Ko
    Fəxr edirik


    Elan
    Bölmələr
    MÜSABİQƏ
    Azərbaycanda İKT
    Axtarış
    Video