Bazar ertəsi, 29.05.2023, 14:35
İnformatikanın məktəbdə tədrisi
Baş səhifə Qeydiyyat Giriş
e-mail: informatik-az@mail.ru · RSS
Menyu
Fotoşəkillər
Giriş forması
Sorğu
Müəllim kimi informatika dərslərində tez-tez istifadə edirəm:
Cavabların sayı: 9149
Faydalı keçidlər

  • ict.edu.az
  • ict.az
  • telekommunikasiya.edu.az
  • İnf-math.narod.ru
  • Millibyte.az
  • kayzen.az/blog/informatika
  • alqoritm.ucoz.org
  • mincom.gov.az
  • Facebook-da
    Təqvim
    «  May 2023  »
    B.e.Ç.a.ÇC.a.CŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031
    Təqdimatlar
    Statistika

    Onlayn: 1
    Ziyarətçilərin sayı: 1
    Qeydiyyatdan keçənlərin sayı: 0


     Olimpiada məsələləri

    1.
    İnformatika üzrə Olimpiadasının Respublika turunun məsələləri  (2013/2014-ci dərs ili)
    2.
    Задачи Республиканского тура Олимпиады по информатике (2013/2014 учебный год)
    3.
    İnformatika üzrə Respublika Olimpiadasının II rayon turunun məsələləri  (2013/2014-ci dərs ili) -  həlli verilib
    4.
    İnformatika üzrə Respublika Olimpiadasının II rayon turunun məsələləri  (2012/2013-ci dərs ili) - həlli verilib
    5.
    İnformatika üzrə Olimpiadasının Respublika turunun məsələləri  (2009/2010-ci dərs ili)
    6.
    İnformatika üzrə Respublika Olimpiadasının II rayon turunun məsələləri  (2006/2007-ci dərs ili)
    7.
    2011-2012-ci dərs ilində İnformatika olimpiadalarında  düşən məsələlərin mövzuları
    8.
    Тематика задач на олимпиадах по Информатике
    9.
    Способ представления заданий









                      
       Dünya ölkələrində təhsilin və innovativ təhsil texnologiyalarının inkişafında mühüm rol oynayan Beynəlxalq İnformatika Olimpiadası ilk dəfə 1989-cu ildə keçirilib. Ölkəmiz Beynəlxalq İnformatika Olimpiadasına 1993-cü ildən dəvət alsa da, onda 1994-cü ildən başlayaraq iştirak edir. 1996, 1997, 2004-cü illərdə iştirakçılarımız bürünc, 2003-cü ildə isə gümüş medal qazanıblar. 2004-cü ildən hər il nəticələr daha yaxşı olub. Lakin ildən-ilə olimpiadanın səviyyəsi çətinləşdiyindən xüsusi hazırlıq olmadan burada uğur qazanmaq mümkün deyil.  
    Olimpiadanın qaydalarına görə, hər bir komandanın tərkibində dörd məktəbli ola bilər.
    Komandanın tərkibi müəyyənləşdirilərkən informatika üzrə respublika olimpiadasının, proqramlaşdırma üzrə tələbələr arasında keçirilmiş olimpiadanın, beynəlxalq səviyyəli onlayn olimpiadaların nəticələri, o cümlədən şagirdlərin yaşı nəzərə alınır. Sonuncu meyarın mahiyyəti ondan ibarətdir ki, təxminən eyni göstəriciləri olan iki məktəblidən, daha aşağı sinifdə təhsil alan şagirdə üstünlük verilir.
    Azərbaycan məktəblilərinin olimpiadaya hazırlığı AMEA İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) Tədris-İnnovasiya Mərkəzinin nəzdində yaradılmış Olimpiya Mərkəzində aparılır. Azərbaycan Respublikası Prezidenti Administrasiyası, Təhsil Nazirliyi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun və "İnfomas" ictimai birliyinin elmi-metodiki və təşkilati, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin maliyyə dəstəyi ilə olimpiadaya hazırlıq dərsləri İTİ, BDU və digər ali təhsil müəssisələrinin aparıcı alim və mütəxəssisləri tərəfindən aparılır. Komanda üzvlərinə "Kombinatorika", "Ehtimal nəzəriyyəsi", "Qraflar nəzəriyyəsi" və riyaziyyatın digər sahələri üzrə mühazirə və məşğələlər keçirilir.   Beynəlxalq İnformatika Olimpiadasında Azərbaycan komandasına  Bakı Dövlət Universitetinin dosenti Ramin Mahmudzadə rəhbərlik edir.





    Copyright İsaNaida © 2023
    PYTHON 3.4
    ALPLogo
    Info-Ko
    Fəxr edirik


    Elan
    Bölmələr
    MÜSABİQƏ
    Azərbaycanda İKT
    Axtarış
    Video