5-7 sinif şagirdləri arasında keçirilən
"ALPLogo" proqramlaşdırma olimpiadası
İştirakçılar verilmiş məsələlərin kodunu LOGO dilində ALPLogo proqramlaşdırma mühiti üçün yazır.
Şagirdlərə işi yerinə yetirmək üçün 2 saat vaxt verilir.
Qiymətləndirmə meyarları
Hər tapşırıq ayrıca qimətləndirilir (0 - 10 bal arası)
1. Məsələnin şərtinə uyğunluq (məsələn, əgər tapşırığın şərtində dövr komandasından istifadə edilməsi barədə qeyd eddilibsə, proqram kodunda dövr komandası olmalıdır)
2. Proqram nəticəsinin verilmiş şəklə uyğunluğu
3. Proqram kodunda istifadə olunan komandaların sayı
İşlərin kompüterdə saxlanılması
Hər şagird iş masasında öz ad, soyad və məktəbin adından ibarət qovluq yaratmalıdır. Məsələn, Məmmədov Məmməd-226məktəb. Proqram kodlarını (alplogo fayllarını) həmin qovluqda müvafiq M1, M2, M3 kimi saxlamalıdır.
Regionlardan müsabiqyə qatılan müəllimlərinin nəzərinə!
Müəllim şagirdlərin bütün qovluqlarını bir qovluğa yığıb, ona REGİON (məsələn, GƏNCƏ) adını verir. Daha sonra qovluğu arxiv formasında alplogo-az@mail.ru poçt ünvanına göndərməlidir.
Əvvəlki illərin tapşırıqları ilə burada tanış ola bilərsiniz.
İLİ seçin:
|