Azərbaycanda İKT uzun illər Sovetlər İttifaqının analoji sahəsinin tərkib hissəsi olaraq inkişaf etmişdir. Artıq 70-ci illərdə Azərbaycanda elektronika sənayesi formalaşmışdı. Şübhəsiz ki, informatika elminin dünya səviyyəsinə yüksəlişində, cəmiyyətin informasiyalaşması sahəsindəki irəliləyiş və uğurlarda, həmçinin hesablama vasitələri və onların proqram təminatını yaradan alim və mütəxəssislərin xidmətləri böyükdür.
Mən hesab edirəm ki, hamıya - şagirdlərə, müəllimlərə, tələbələrə və İKT sahəsində çalışan hər bir mütəxəssisə belə, Azərbaycanda hesablama texnikasının və informatika elminin yaranmasında və inkişafında xüsusi xidmətləri olan şəxslər barədə, onların həyat və fəaliyyəti haqqında məlumat almaq çox vacibdir.
Bu yaxınlarda "AZƏRBAYCANDA İNFORMATİKANIN TƏŞƏKKÜLÜ" adlı kitabın çapdan çıxmasını bu işdə irəliyə doğru atılmış mühüm bir addım hesab etmək olar. Saytın bu bölməsinin açılmasına da elə bu kitab səbəb oldu. Lakin məqsəd bu kitabın səhifələrini internetdə yerləşdirmək deyil, ümumiyyətlə, bu kitabda yer almış və ya yer almamış alimlərimiz, mühəndis və mütəxəssislərimiz haqqında əlavə məlumatlar, maraqlı hadisələr, onlar haqqında iş yoldaşları və tələbələrinin xoş xatirələrini verməkdir. Kitabın ön sözündə akademik Əli Abbasov çox düzgün olaraq qeyd etmişdir ki, "... təəssüf ki, bu şəxslər özlərinin həyat və yaradıcılıqları, fəaliyyətləri barədə xatirələr yazmırlar".
Amma BU ŞƏXSLƏRİ GƏLƏCƏK NƏSİL TANIMALIDIR! Hələlik isə biz hər alim haqqında qısa məlumat vermək istərdik. Bəzi materiallar qeyd olunan kitabdan götürülsə də, bəziləri internet-səhifələrdən, müxtəlif kitab və jurnallardan əldə edilmişdir.
Bu şəkli mən 2008-ci ildə Lütfizadənin Azərbaycana tarixi səfəri zamanı, Elmlər Akademiyasının Rəyasət Heyətinin binasında çəkmişəm.
Şəklin ön planında: Lütfizadə, C.Allahverdiyev və R.Əliquluyev
Lütfi Ələsgərzadə (Lütfizadə) (1921)
Professor Lütfi Ələsgərzadə və
yaxud dünyada Lüfti Zadə adı ilə tanınan 4 Fevral 1921-ci ildə Bakıda, Rəhim
Ələsgərzadənin ailəsində anadan olmuşdur.
O, hələ 9 yaşında ikən
Ələsgərzadələr ailəsi Bakını tərk edərək Tehrana köçüblər. Balaca Lütfi o vaxt
rusdilli məktəbin üçüncü sinfini bitirmişdi. Tehrana köçdükdən sonra təhsilini
amerikalıların Albors missioner məktəbində davam etdirib. L.Zadə
müsahibələrindən birində Alborsda oxuyarkən Sovet və Amerika məktəbləri
arasında çox böyük fərq gördüyünü söyləyirdi. Bu məktəbdə böyük alim ilk dəfə
olaraq Amerika xalqı, Amerika elmi və mədəniyyəti haqqında məlumat əldə edir.
Orada elmin inkişafı üçün yaradılmış şərait onu hələ məktəb illərindən Amerikaya
çəkir: "Dünyanın bu füsünkar ölkəsi ilə görüşməyə, onun universitetlərində
təhsilimi davam etdirməyə can atırdım". Lakin, o, hələlik "arzularının
ölkəsi"nə getməyi düşünmürdü. Hələ ilk ali təhsilini də Tehranda
almalıydı. Beləliklə, L.Zadə orta təhsilini tamamladıqdan sonra Tehran
Universitetinin Elektrik Mühəndisliyi fakültəsinə daxil olur. Böyük alimin
Amerika həyatı isə 1944-cü ildən başlayır.
Zadə Tehran Universitetini böyük
uğurla başa vurduqdan sonra Amerika Birləşmiş Ştatları-a gəlir və təhsilini
Massaçusets Texnologiya İnstitutunda davam etdirir. 1947-ci ildə valideynlərini
də öz yanına gətirən alim artıq bu vaxt Kolumbiya Universitetində çalışırdı. O,
1948-ci ildə Kolumbiya Universitetində elektron mühəndisliyi üzrə magistr,
1957-ci ildə isə professor dərəcəsi alır. Həmin vaxt L.Zadə məşhur alim,
kibernetikanınNorbert Vinerin tövsiyyəsilə Kaliforniyaya, bu ştatdakı Berkli
Universitetinə gəlir. Burada ilk vaxtlar bir qədər çətinlikler çəkən böyük alim
sonralar şəraitə uyğunlaşır və bu günə qədər də Berkli Universitetinin
professoru olaraq qalır. atası hesab olunan Bu gün dünya elminə L.Zadənin 6 mühüm
nəzəriyyəsi məlumdur. Hazırda onlar elm və istehsalatda geniş şəkildə tətbiq
olunur. L.Zadəyə dünya şöhrəti qazandıran, onun dünya elmində inqilab hesab
olunan qeyri-səlis məntiq(Fuzzy Logic) nəzəriyyəsidir. Aparıcı dünya şirkətlərinə
inanılmaz məbləğdə gəlir gətirən bu nəzəriyyə 1965-ci ildə işlənib hazırlanıb.
Nəzəriyyə uzun müddət Amerika elmi ictimaiyyəti tərəfindən qəbul edilməsə də,
ötən əsrin 80-ci illərində Yapon alimlərinin diqqətini cəlb edib və Yaponlar bu
unikal nəzəriyyədən yararlanmaq qərarına gəliblər. L.Zadə nəzəriyyəsinin
tətbiqi gündoğan ölkəyə milyardlar qazandırıb.
Ismayıl Əli oğlu İbrahimov (1915)
İsmayıl İbrahimov 31 dekabr 1915-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olmuşdur. M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunu bitirmişdir (Azərbaycan Dövlət Neft Akademiyası). 1968-ci ildə AMEA-nın müxbir üzvü, 1980-cı ildə həqiqi üzvü seçilmişdir.
Fasiləsiz
işləyən texnoloji proseslərin və
istehsalatların riyazi modelləşdirilməsi və
optimal idarə edilməsinin metodoloji əsaslarını
yaratmışdır. Neft emalı istehsalatının
optimallaşdırılması məsələlərinin faktiki
olaraq reallaşdırmaqdan ötrü modellərin
struktur və funksional xüsusiyyətlərini nəzərə
alan səmərəli hesablama üsulları qurmuşdur.
İnformasiya qıtlığı şəraitində
iritonnajlı etilen istehsalının riyazi
modelləri, optimal və operativ idarə edilməsi
üsulları təklif olunmuşdur. Determinik və
qeyri-səlis şəraitdə işləyən qeyri-stasionar
reaktor kompleksinin operativ
planlaşdırılmasının və optimal idarə
edilməsinin riyazi modellər kompleksini işləyib
hazırlamışdır.
1983-cü ildə İ.Ə.İbrahimov bir qrup alim və
mütəxəssislə birlikdə istehsalatın
səmərəliliyini yüksəltmək üçün idarəetmə və
informasiya sistemlərinin hazırlanması və
tətbiqi adlı işinə görə elm və texnika
sahəsində SSRİ Dövlət mükafatına layiq
görülmüşdür.
Calal Eyvaz oğlu Allahverdiyev (1929)
Calal Allahverdiyev 1929-cu il sentyabrın 17-də Azərbaycan Respublikasının Şuşa şəhərində anadan olmuşdur. 1946-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakultəsinə daxil olmuşdur. 1951-ci ildə Universiteti fərqlənmə diplomu ilə bitirən C.Allahverdiyev Moskva Dövlət Universitetinin aspiranturasına daxil olmuş və elmi fəaliyyətini akademik M.V.Keldışın rəhbərliyi ilə davam etdirmişdir.
Əsas elmi nailiyyətləri:
1. İlk dəfə bir sinif öz-özünə qoşma olmayan və spektral parametrdən
polinomial və ya rasional asılı olan operatorlar üçün məxsusi
elementlər sisteminin və məxsusi elementlər sisteminin bir hissəsinin
tamlığını araşdırmış, tamlıq və bazislik haqqında teoremlər isbat
etmişdir; 2. Xətti operatorların sonlu ölçülü operatorlarla ən
yaxşı yaxınlaşması anlayışını vermiş, onun dəqiq ifadəsini tapmışdır və
bunu tamam kəsilməz operatorların rezolventalarının
qiymətləndirilməsinə tətbiq etmişdir; 3. Xətti fəzalarda elementlər sisteminin çoxqat tamlığı anlayışını vermiş və buna dair əsaslı teoremlər isbat etmişdir.
4. Banax və Hilbert fəzalarında spektral parametrdən rasional asılı
olan operatorlar üçün məxsusi və qoşma elementlər sisteminin tamlığı,
bazisliyi haqqında yeni tip teoremlər isbat etmişdir; 5.
Operatorlarin qapana bilməsi, məhdudluğu, tamam kəsilməz olması üçün
(multiplikator terminləri ilə) zəruri və kafi şərtlər tapmışdır; 6. Operatorların məxsusi ədədlərinin təqribi hesablanmasına aid mühüm nəticələr almışdır;
7. Banax fəzasında optimal biortoqonal sistemlər anlayışını vermişdir.
Bundan əlavə Banax fəzalarında kəsilməz operatorlar sinfi ilə tamam
kəsilməz operatorlar sinfi arasında yeni abstrakt xətti operatorlar
sinfi olduğunu müəyyən etmiş və onu əsaslı araşdırmışdır. Bu sinfə
daxil olan operatorlar üçün operatorların baş ədədləri və baş
elementləri anlayışlarını vermiş, baş ədədlər sisteminin öz-özünə qoşma
tamam kəsilməz operatorların məxsusi ədədlərinin malik olduğu məlum
"mini-maks” xassəsinə malik olduğunu isbat etmişdir; 8. Determinik sistemlərdə optimal idarəetmə, idarəolunabilmə və müşahidəolunabilmə məsələlərini araşdırmışdır.
9. Azərbaycanda ilk dəfə stoxastik sistemlərdə idarəetmə,optimal
idarəetmə sahəsində işlərə başlamış və bu sahədə bir neçə elmlər
namizədi və elmlər doktoru yetişdirmişdir.
Telman Abbas oğlu Əliyev (1935)
1935-ci il, mayın 12-də Azərbaycanın Goranboy rayonunda anadan olmuşdur. Azərbaycan Neft və Kimya İnstitutunu bitirmişdir. 1966-ci ildə N.E.Bauman adına Moskva Dövlət Texniki Universitetində V.VSolodovnikovun rhbərliyi altında "Neftayırma proseslərinin korrelyasiya analizi" mövzusunda namizədlik, 1977-ci ildə isə orada "İnformasiya nəzəriyyəsi və texniki kibernetika" ixtisası üzrə "Real vaxt ərzində çoxölçülü təsadüfi proseslərin kodlaşdırıması və sadə hesablama vasitələrinin köməyi ilə korrelyasiya analizi" mövzusunda doktorluq dissertasiyalarını müvəffəqiyyətlə müdafiə etmişdir. T.Əliyev kibernetika və informatika üzrə bir sıra fundamental elmi nəticələrinin müəllifidir. O, stasionar, normal paylanma qanunu və s. bu kimi klassik şərtlər ödənməyən real texnoloji proseslər üçün diaqnostika, proqnozlaşdırma, tanınma, riyazi modelləşdirmə, identifikasiya, idarəetmə məsələlərinin adekvatlığının təmin olunmasının nəzəri əsaslarını, metod və alqoritmləriini təklif etmişdir. 1983-cü ildə AEA-nın müxbir üzvü, 2001-ci ildə həqiqi üzvü
seçilmişdir.Azərbaycan Memarlıq və İnşaat Universitetində "İnformasiya
texnologiyaları və sistemləri" kafedrasının müdiri, Beynəlxalq və xarici
ölkələrin elmi qurumlarında üzvlüyü: 1994-ci ildən UNESCO-nun
informatika üzrə ekspertləri sırasına daxil edilmişdir.
Ramin Əlinazim oğlu Mahmudzadə (1935)
Ramin Mahmudzadə 31 avqust 1935-ci ildə Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi Ukraynada bitirmişdir. 1956-cı ildə Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə daxil olmuşdur. 1958-ci ildə Leninqrad Dövlət Universitetində təhsilini davam etdirmiş, 1961-ci ildə oranı bitirmişdir.
1961-ci ildən 1968-ci ilədək Azərbaycan Dövlət Universitetinin
Mexanika Riyaziyyat fakültəsində asisent işləmişdir. 1968-1973-cü
illərdə Azərbaycan EANəzəri Kimya Problemləri İnstitutundaBakı Dövlət Universitetinə
qayıtmış, tətbiqi-riyaziyyat və kibernetika fakültəsində dərs demişdir.
Əvvəlcə baş müəllim, namizədlik dissertasiyasını müdafiə etdikdən sonra
dosent, kafedra müdiri vəzifəsində işləmişdir. şöbə müdiri olmuşdur. 1973-cü ildə
1970-ci illərin əvvəllərində respublikada ilk dəfə ilk olaraq 164
sonra 134 saylı orta məktəblərdə proqramçı siniflərinin banisi
olmuşdur. 1989-cu ildə Respublikada məktəblərdə kompüterlərin tətbiqi
ilə bağlı Ümumittifaq Pilot Layihəsinin başçısı olmuşdur. Respublika
üzrə məktəblərarası informatika olimpiadalarının demək olar ki,
hamısında jüri sədri olmuşdur. 1989-cu ildən respublikanın informatika
üzrə Ümumittifaq olimpiada komandasının rəhbəri, 1994-cü ildən
Beynəlxalq olimpiada komandasının rəhbəridir. Ölkədə və dünyanın bir
sıra ölkələrində olan bir çox İT şirkətlərdə, banklarda, Tətbiqi
riyaziyyat və İqtisadi Kibernetika ixtisası üzrə təhsil almış, Ramin
Mahmudzadə məktəbini keçmiş kadrlar işləyirlər. 1999-cu ildən Təhsil
Nazirliyinin "İnformasiya Texnologiyaları Təhsildə" Metodiki Şurasının
sədridir.
Fizika-riyaziyyat elmləri namizədi, dosent, məktəblilərdən ibarət
informatika üzrə Ümumittifaq və beynəlxalq olimpiadalara hazırlıq
işlərinin rəhbəri, Bakı "Bilik" Cəmiyyətinin nəzdində "İstehsalatda
Riyazi üsullar" İctimai İnstitutunun rektoru (1985 - 1990), Təhsilin
İnformasiyalaşdırılması Resurs Mərkəzinin rəhbəri (1999-2003), Focal
Point UNESCO-nun Azərbaycanda rəhbəri (2002-2005), Təhsil Nazirliyinin
"İnformasiya Texnologiyaları Təhsildə" Metodiki Şurasının sədri,
2005-ci ildə AR Prezidenti tərəfindən Şöhrət Ordeni ilə təltif
olunmuşdur.
Rasim Məhəmməd oğlu Əliquliyev (1958)
1979-cu
ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun "Avtomatika və
hesablama texnikası” fakültəsini bitirmişdir. 1979-1986-cı illərdə Azərbaycan Elmlər Akademiyasının (AEA)
Kibernetika İnstitutunda işləmiş, 1986-cı ildən AEA Avtomatlaşdırılmış
idarəetmə sistemləri şöbəsində fəaliyyətini davam etdirmişdir.
1986-1991-ci illərdə "Respublika hesablama mərkəzləri və verilənlərin
ötürülməsi şəbəkəsi” layihəsinin baş mühəndisi olmuşdur. 1991-2001-ci
illərdə həmin təşkilatın baş mühəndisi vəzifəsində çalışmışdır. 2001-ci
ildən isə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnformasiya
Texnologiyaları İnstitutunun direktorudur.
"İnformasiya emalı və idarəetmə sistemləri” ixtisası üzrə "Adaptiv
marşrutlaşdırma funksiyasını həyata keçirən çoxmikroprosessorlu
paketləri kommutasiya mərkəzinin layihələndirilməsi metodlarının
işlənməsi” mövzusunda namizədlik dissertasiyası, "Kompyuter
şəbəkələrində informasiya təhlükəsizliyinin təmin olunması modelləri və
metodları” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.
2007-ci ildə "İnformatika” ixtisası üzrə AMEA-nın müxbir üzvü seçilmişdir.
R.Əliquliyev informasiya texnologiyaları sahəsində bir sıra elmi
nəticələr əldə etmişdir. O cümlədən, verilənlərin ötürülməsi
şəbəkələrində adaptiv marşrutlaşdırma funksiyasını həyata keçirən
çoxmikroprosessorlu paketləri kommutasiya sistemlərinin sintezi
metodları və alqoritmlərini işləmişdir. Müxtəlif təyinatlı korporativ
informasiya fəzalarının formalaşma xüsusiyyətlərinin araşdırılması,
şəbəkə mühitində reallaşdırılması, kontent analizi, ekranlaşdırılması,
təhlükəsizliyinin təmin olunması, spamlarla mübarizə aparılması məqsədi
ilə bir sıra konseptual yanaşmalar və metodlar təklif etmişdir.
Alim tərəfindən həmçinin korporativ şəbəkələrin informasiya
təhlükəsizliyinin təmin olunmasını həyata keçirən paylanmış strukturlu
funksional modullardan ibarət adaptiv sistemlərin sintezi üçün
elmi-metodoloji əsaslar, arxitektur prinsiplər işlənilmişdir.
Kompyuter sistemləri və şəbəkələrinə olan müxtəlif təbiətli
təhlükələrlə mübarizə metodları və alqoritmləri işlənilmişdir. Açıq
şəbəkə mühitində dəyişən strukturlu virtual xüsusi şəbəkələrin (VXŞ)
qurulmasının elmi-nəzəri əsasları işlənilmiş, VXŞ-in paylanmış
autentifikasiya sisteminin optimal strukturunun seçilməsini və sıradan
çıxmalara dayanıqlığını təmin edən, eyni zamanda, virtual hesablama
mühitlərinin və mətn tipli informasiyaların intellektual analizi
modelləri və alqoritmləri işlənilmişdir.
R.Əliquliyev institutun "İnformasiya cəmiyyəti problemləri”
şöbəsinin rəhbəridir. İnformasiya cəmiyyəti və e-dövlət quruculuğunun
elmi-nəzəri əsaslarının işlənməsi və inkişafı istiqamətində bir sıra
mühüm nəticələr əldə etmişdir. O, informasiya cəmiyyəti sahəsində dövlət
siyasətinin, bir sıra strateji əhəmiyyətli layihələrin həyata
keçirilməsində, İnternetin milli infrastrukturunun formalaşması və
inkişafının təmin olunmasında, müasir informasiya texnologiyalarının
ölkəmizə transformasiyası və təbliği proseslərində yaxından iştirak
edir.
R.Əliquliyev Azərbaycan Milli Ensiklopediyasının redaksiya
heyətinin üzvü, AMEA "Kibernetika, informasiya texnologiyaları və
texnika” üzrə Problem Şurasının sədr müavinidir. AMEA İnformasiya
Texnologiyaları İnstitutunun nəzdində fəaliyyət göstərən Dissertasiya
Şurasının sədridir.
"İnformasiya texnologiyaları problemləri” və "İnformasiya cəmiyyəti problemləri” elmi jurnallarının baş redaktorudur.
Beynəlxalq və ölkə səviyyəsində nəşr olunan bir sıra elmi jurnalların redaksiya heyətinin üzvüdür.
2004-cü ildən IEEE və ACM beynəlxalq qurumlarının, 2005-ci ildə
Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının həqiqi üzvü seçilmişdir.
Dünya Azərbaycanlılarının III Qurultayında Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasına üzv seçilmişdir.
R.Əliquliyev BDU-nun professoru kimi fəaliyyət göstərir, doktorant,
dissertant və magistrlərə elmi rəhbərliyi həyata keçirir.
R.Əliquliyevin rəhbərliyi altında texnika elmləri üzrə 2 nəfər elmlər
doktoru və 18 nəfər fəlsəfə doktoru elmi dərəcəsi almışdır. Onun
təşəbbüsü və rəhbərliyi ilə təhsil sistemində BDU-da "İnformasiya
cəmiyyətinin əsasları” adlı kursun tədrisinə dair innovativ layihə
həyata keçirilir.
R.Əliquliyev 300-dən artıq elmi əsərin, o cümlədən 26 kitab və
monoqrafiyanın, 5 ixtira və patentin, bir sıra dərs vəsaitinin və
elmi-populyar kitabın müəllifidir.