Şənbə, 02.11.2024, 07:34
İnformatikanın məktəbdə tədrisi
Baş səhifə Qeydiyyat Giriş
e-mail: informatik-az@mail.ru · RSS
Menyu
Fotoşəkillər
Kateqoriyalar
Metodik dəstək
Giriş forması
Sorğu
Müəllim kimi informatika dərslərində tez-tez istifadə edirəm:
Cavabların sayı: 9460
Faydalı keçidlər

  • ict.edu.az
  • ict.az
  • telekommunikasiya.edu.az
  • İnf-math.narod.ru
  • Millibyte.az
  • kayzen.az/blog/informatika
  • alqoritm.ucoz.org
  • mincom.gov.az
  • Facebook-da
    Təqdimatlar
    Statistika

    Onlayn: 1
    Ziyarətçilərin sayı: 1
    Qeydiyyatdan keçənlərin sayı: 0


     Rəsmi sənəədlər
    Baş səhifə » Rəsmi sənədlər » 2 » Metodik dəstək

    Lazarus vizual proqramlaşdırma mühiti

    Müəlliflər: R.Mahmudzadə, İ.Sadıqov, N.İsayeva

    1-ci dərs

    Dünyada müxtəlif vizual proqramlaşdırma mühitləri mövcuddur: Visual Basic, Delphi, Borland C++ Builder və s. Bunların hər birinin öz proqramlaşdırma dili var. Məsələn, Visual Basic mühiti Basic, Delphi mühiti Pascal, Borland C++ Builder mühiti C++ proqramlaşdırma dilinə əsaslanır. Bu proqramlaşdırma mühitlərinin hər biri çox güclü sistemlərdir, ancaq onların hamısı kommersiya məhsullarıdır. Başqa sözlə, onlardan qanuni yolla istifadə etmək üçün müəyyən məbləğ ödənilməlidir. Buna görə də, getdikcə dünyanın bir çox ölkələrinin təhsil sistemində sərbəst (havayı) yayılan proqram məhsullarından istifadəyə üstünlük verilir.

    Belə məhsullardan biri – Lazarus-dır. Lazarus proqramlaşdırma mühiti Pascal dilinə əsaslanır.

     

    Əgər kompüterinizdə Lazarus proqramı quraşdırılmayıbsa, onu http://www.lazarus.freepascal.org veb-ünvanından və ya

    www.İnformatik.az saytının "Proqram təminatı" bölməsindən Lazarus proqramını endirib, kompüterinizə yükləyə bilərsiniz

     

    Əgər kompüterin iş masasında

     

    simgəsi varsa, onu qoşa çıqqıldadın. Əks halda, Start menyusunda All Programs a Lazarus a Lazarus komandasını seçin. Ekranda indiyədək tanış olduğunuz proqramlarda olduğu kimi, bir deyil, bir neçə pəncərə açılacaq: proqramın baş pəncərəsi, Object Inspector (Obyekt müfəttişi), Source Editor (İlkin kod redaktoru), Form1 və Messages (Mesajlar) pəncərələri (5.1). Bu pəncərələrin hər birinin, o birilərdən asılı olmayaraq ekranda yerini dəyişmək olar.
     
    Baş pəncərə. Lazarus sisteminin baş pəncərəsi, adətən, ekranın yuxarı hissəsində yerləşir. Başqa proqramlarda olduğu kimi, baş pəncərə bir neçə hissədən ibarətdir: başlıq zolağı, menyu zolağı, alətlər zolağı.  
     
    Hər bir pəncərənin başlıq zolağı olur. Orada hazırda açıq olan layihənin adı göstərilir: project1. Başlıq zolağının altında menyu zolağı yerləşir. Menyu zolağı hər bir proqramın, yaxud sistemin ən mühüm elementidir. Burada sistemin bütün mümkün komandalarını tapmaq olar. Menyu zolağından aşağıda alətlər zolağı yerləşir. Burada tez-tez istifadə olunan komandaların düymələri toplanır. Düymənin adını bilmək üçün, sadəcə, siçanın göstəricisini həmin düymənin üzərinə aparmaq lazımdır.   
     

    Başlıq zolağı              Menyu zolağı  Alətlər zolağı              Komponentlər palitrası

    5.1. Lazarus proqramının baş pəncərəsi

    Baş pəncərədə indiyədək sizə tanış olanlardan fərqlənən bir alətlər zolağı da var. Bu alətlər zolağı komponentlər palitrası adlanır. Burada proqramlaşdırma zamanı bizə lazım olacaq komponentlər toplanıb. Siçanın göstəricisini komponentin düyməsinin üzərinə apardıqda həmin komponentin adı açılır.

    Gördüyünüz kimi, komponentlər palitrası çoxlu sayda səhifədən ibarətdir. Hər bir səhifənin öz komponentləri var. Komponentlərin sayı yüzlərlə olsa da, biz onların çox az qismindən istifadə edəcəyik.

    Obyekt müfəttişi. Ekranın sol tərəfində çox faydalı olan Object Inspector (Obyekt müfəttişi) pəncərəsi yerləşir (5.2). Proqramlaşdırma zamanı bu pəncərədən tez-tez istifadə olunur. Proqram obyektləri məhz burada köklənir. Hər hansı obyekti seçdikdə bu pəncərədə onun xassələri görünür və biz onları dəyişdirə bilərik. Obyektlərin reaksiya verdiyi hadisələri də burada seçmək və kökləmək olar.

     

    5.2. Obyekt müfəttişi proqram obyektlərini kökləmək üçün nəzərdə tutulub

     

    Forma pəncərəsi. Forma gələcək proqramın pəncərəsinin blankıdır. Hər bir proqramın heç olmasa bir pəncərəsi və, deməli, bir forması olur. Ona görə də proqramla iş zamanı forma pəncərəsini həmişə ekranda görürük.

     

    Birinci pəncərənin maketi Form1 adlanır (5.3). Əgər proqramda iki pəncərə olacaqsa, onda ikincinin maketi Form2 adlancaq və s. Əlbəttə, sizə bu standart adları daha münasib adlarla əvəz etmək imkanı verilir. Şəkildən də gördüyünüz kimi, başlanğıcda forma pəncərəsi boş olur. Gələn dərsdə proqram yaradarkən, siz ora lazım olan idarəetmə elementlərini əlavə edəcəksiniz. Forma pəncərəsindəki nöqtələrdən ibarət tor obyektləri düzgün və səliqəli yerləşdirməyə imkan verir. Proqram çalışdığa zaman isə həmin tor görünməyəcək.

     

    5.3. Forma pəncərəsində gələcək proqramın idarəetmə elementləri yerləşdirilir

     

    Kod pəncərəsi. Bu pəncərədə proqramın kodu yerləşir. Sual oluna bilər: axı, biz heç nə yazmamışıq, bəs, kod pəncərəsindəki yazılar haradan meydana çıxdı? (5.4). Məsələ ondadır ki, sizin proqramın böyük bir hissəsini Lazarus sisteminin özü avtomatik formalaşdırır. Burada heç bir şişirtmə yoxdur. Windows əməliyyat sistemində hətta "boş” proqram da proqramlaşdırma dilinin bir neçə min operatorundan ibarət olur.

     

    5.4. Kod pəncərəsində proqramın mətni olur

     

    Buna baxmayaraq, proqramınıza operator əlavə etmək istədikdə, onu məhz bu pəncərədə edəcəksiniz. Bəzi operatorları Lazarus sistemi özü artıracaq, digərlərini isə özünüz əl ilə  əlavə etməli olacaqsınız.

    Kateqoriya: Metodik dəstək | Əlavə edib: isanai (23.06.2011)
    Baxışların sayı: 5355
    Copyright İsaNaida © 2024
    PYTHON 3.4
    ALPLogo
    Info-Ko
    Fəxr edirik


    Elan
    Bölmələr
    MÜSABİQƏ
    Azərbaycanda İKT
    Axtarış
    Video