Mobil rabitə 2014-cü ilə kimi 1 trilyon dollar məbləğində gəlir gətirəcək 2014-cü ilə kimi mobil rabitə sahəsindən - səsli xidmətlərdən, mobil İnternet vasitəsilə məlumat ötürmə servislərindən, eləcə də digər kontent xidmətlərindən, reklamlardan, mobil proqram və müxtəlif xidmətlərin satışından əldə olunacaq gəlir 1 trilyon ABŞ dollarına çatacaq. Bu haqda "Gartner” analitik şirkətinin yeni hesabatında bildirilir. 2011-ci ildə dünya miqyasında mobil reklamlara qoyulan xərclərin isə 1 milyard dollara çatacağı (cari ildə bu rəqəmin 743 milyon dollar təşkil edəcəyi söylənilir) qeyd olunur. www.cybersecurity.ru saytının məlumatına görə, bu barədə "eMarketer” marketinq şirkətinin hesabatında deyilir. Şirkətin proqnozlarına görə, 2014-cü ildə bu rəqəm 2,6 milyard dollar təşkil edəcək. ( mənbə: www. ict.az ) | |
Hal hazırda Azərbaycan Təhsil şəbəkəsinə (AZEDUNET) respublikanın 35 şəhərin - 600-ə yaxın təhsil müəssisələri bağlanıb. | |
Bakıya yeni virus gəlib Ölkədə "Staxibag" adlı kompüter virusu yayılmaqdadır. Bir müddət
əvvəl Yaxın Şərq və Mərkəzi Asiya ölkələrində onminlərlə kompüteri
sıradan çıxaran, sənaye müəssisələri və terminalların işini dayandıran
"Stuxnet" virusunun törəməsi sayılan "Staxibag" Orta Asiya və Cənubi
Qafqaz ölkələrinə istiqamətlənib. Sonradan həmin parollardan istifadə edilir, virusa yoluxmuş kompüter sahibinin elektron poçt ünvanı dağıdılır, konfidensial məlumatları oğurlanır. Ən başlıcası isə budur ki, həmin şəxs bank kartı sahibidirsə və İnternetdə alış-veriş edibsə, onun hesabındakı pulların hamısı "yoxa çıxır". "Staxibag"ın daha bir yönü onun yoluxduğu kompüterdən minlərlə ünvana spam, reklam və "Nigeriya məktubları" göndərməsidir. Kompüter mütəxəssislərinin "Nigeriya məktubları" adlandırdıqları fırıldağın əsası Nigeriyada qoyulub. Belə məktublarda guya milyonlarla dollarlıq bank hesabından pulu çıxara bilməyən adam üzləşdiyi çətinliklərdə hakimiyyət dairələrinin xüsusi rolu olduğunu vurğulayır, yardım müqabilində potensial "qurban"a milyonlar vəd edir. Daha konkret olsaq, fırıldağa şirnikləndirilən şəxsə həmin pulları öz hesabına köçürmək təklif olunur. Belə absurd təklifə inananlar, tamahına güc gələ bilməyənlər isə fırıldaqçıların "xırda rəsmiyyət işlərinə görə kiçik məbləğli xərclər" adıyla istədikləri $100-1000 aralığındakı pul köçürməsi edir, milyonları gözləyir. Təbii ki, pul köçürüləndən sonra fırıldaqçılar da yoxa çıxır, "milyonlarını" gözləyən adamın məktublarına cavab vermirlər.(mənbə: www.news.qaynar.info) | |
Sizcə Azərbaycanda nə qədər mobil telefon nömrəsi var? Azərbaycanda 8,6 milyon mobil telefon nömrəsi var. Bu barədə Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev bugünkü mətbuat konfransında bildirib. Onun sözlərinə görə, informasiya və rabitə xidmətlərindən əldə olunmuş gəlirlərin 67,8 faizi mobil telefon rabitəsindən yaranıb və 2009-cu ilin eyni dövrü ilə müqayisədə bu xidmətlərin həcmi 34,0 faiz artaraq 564,3 milyon manat təşkil edib. 2010-cu il oktyabrın 1-nə 8,6 milyon mobil telefon nömrəsi mövcud olub və keçən ilin müvafiq dövrünə nisbətən 16,6 faiz artıb. Komitə sədri
bildirib ki, son illər təhsil sistemində aparılan islahatlar
nəticəsində ümumtəhsil müəssisələrinin informasiya və telekomunikasiya
vasitələri ilə təchizatı yaxşılaşıb: "Ötən tədris ili ilə müqayisədə
2010/2011-ci ilin əvvəlində məktəblərdə kompüterlərin sayı 1,7 min ədəd
artaraq 40,1 minə çatıb. Əgər 4 il əvvəl hər 101 şagirdə orta hesabla
bir kompüter düşürdürsə, bu gün orta hesabla hər 33 şagird bir
kompüterlə təmin olunub, kənd yerlərində isə 4 il ərzində bu göstərici
208-dən 35-ə çatıb. | |