Axtarış zamanı bəzi sözlərdən istifadə etmək virus təhlükəsini artırır
İnternetdə
hər hansı bir axtarış zamanı "music” (musiqi), "download” (yükləmə) və
ya "free” (pulsuz) kimi kəlmələrdən istifadə etmək virus təhlükəsini
artırır. Bu barədə ABŞ-dakı bir antivirus proqramı şirkəti
məlumat verib. Şirkət 5 böyük axtarış mühərrikində - "Google”,
"Yahoo”, "Live”, "AOL” və "Ask”da 2600 ən populyar sözü incələyərək və
413.000 veb-səhifəni analiz edərək internetin ən təhlükəli
kəlmələrini təsbit etmişdir. "Free”, "music”, "download” kəlmələri
ilə aparılan axtarışların zərərli proqram riskini artırdığını açıqlayan
mütəxəssislər, axtarış yerinə qeyd edilən sözləri yazmağın internetdə
axtarış edənlərin virus riskini yüzdə 20 faiz artırmasına səbəb
olduğunu bildiriblər. Mütəxəssislər "Screen saver” (ekran
qoruyucusu), "free games” (pulsuz oyunlar), "work from home” (evdən
çalışma), "olympics” (olimpiadalar), "videos” (videolar), "celebrities”
(məşhurlar), "music” (musiqi) və "news” (xəbərlər) kateqoriyalarının da
ən yüksək virus riskinə malik olduğunu üzə çıxarıblar.
Ultra mobil personal kompyuter. Notebookdan kiçik. PDA-dan daha rahat. Ethernet daxil olmaqla bir çox bağlantını dəstəkləyir. Eyni vaxtda GSM Telefonudur
Siçan qurğusu- əlcək formasında Hal-hazırda dünyada müasir kompüterdən istifadə edərkən siçan qurğusundan istifadə edilir. Noutbuk istifadəçiləri bu qurğudan azaddırlar. Lakin istifadəçilərin qalan təbəqəsi siçan qurğusundan gündə bir neçə saat istifadə edir. AirMouse Kanada kompaniyası yeni unikal siçan qurğusu yaradıb. Onu əlcək kimi ələ taxmaq olur. Bu simsiz siçan qurğusu lazerdən istifadə edir və bir həftə enerji doldurmadan azaddır. Belə qurğu işin sürətini çoxaldır və kompüterdə işi daha səliqəli və yorulmadan yerinə yetirməyə imkan verir. (mənbə: www.gizmag.com )