Baş səhifə » 2011»İyul»11 » Şagirdlərə təkcə kompyuterdə işləməyi deyil, onlara həm də kompyuterdə proqramlaşdırmanı öyrətmək lazımdır.
19:45
Şagirdlərə təkcə kompyuterdə işləməyi deyil, onlara həm də kompyuterdə proqramlaşdırmanı öyrətmək lazımdır.
Avropa İttifaqının (Aİ)
Avropa İqtisadi və Sosial Komitəsinin üzvü Marius Opra Təhsil naziri cənab Misir Mərdanovla görüşündə belə
demişdir.
Görüşdə tərəflər Avropa İttifaqının ali təhsil müəssisələri
arasında əməkdaşlıq çərçivəsində həyata keçirdiyi Tempus, Erasmus Mundus və s.
proqramlarda Azərbaycanın daha fəal iştirakı, birgə elmi-tədqiqatların
aparılması, texniki-peşə təhsilinin inkişafı, Azərbaycanın ucqar kənd
rayonlarındakı məktəblərin vəziyyəti və həmin məktəblərə müəllimlərin cəlb
olunması məsələlərini müzakirə edib, qarşıda duran problemlərin həlli yolunda
görüləcək işlər barədə rəy və təkliflərini bildiriblər.
Qonaq
şagirdlərin kompüter biliklərinin artırılmasında diqqəti təkcə kompüterdən
istifadəyə deyil, onları bu sahə üzrə proqramlar hazırlamağa yönəltməyin vacib
olduğunu nəzərə çatdırıb. Eyni zamanda Marius Opra Avropa İttifaqı üzvlərinin
Azərbaycanın təhsili, mədəniyyəti, tarixi və s. haqqında məlumatlandırılması,
bu məqsədlə Avropa İttifaqında müxtəlif təhsil sərgilərinin, tədbirlərin təşkil
olunmasının məqsədəuyğunluğunu bildirib.