Çərşənbə axşamı, 08.10.2024, 09:13
İnformatikanın məktəbdə tədrisi
Baş səhifə Qeydiyyat Giriş
e-mail: informatik-az@mail.ru · RSS
Menyu
Fotoşəkillər
Giriş forması
Sorğu
Müəllim kimi informatika dərslərində tez-tez istifadə edirəm:
Cavabların sayı: 9445
Faydalı keçidlər

  • ict.edu.az
  • ict.az
  • telekommunikasiya.edu.az
  • İnf-math.narod.ru
  • Millibyte.az
  • kayzen.az/blog/informatika
  • alqoritm.ucoz.org
  • mincom.gov.az
  • Facebook-da
    Təqvim
    «  Yanvar 2017  »
    B.e.Ç.a.ÇC.a.CŞB
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031
    Təqdimatlar
    Statistika

    Onlayn: 8
    Ziyarətçilərin sayı: 8
    Qeydiyyatdan keçənlərin sayı: 0


     
    Baş səhifə » 2017 » Yanvar » 11 » 15 yanvar Respublika İnformatika olimpiadasının 1 turu keçiriləcəkdir
    19:05
    15 yanvar Respublika İnformatika olimpiadasının 1 turu keçiriləcəkdir

    Müəllimlərin nəzərinə!

    İnformatika üzrə fənn olimpiada kompüterlərdə С, С++, Java, Python, Pascal, C# proqramlaşdırma dillərinin istənilən birində məsələlərin həll edilməsi (proqramlaşdırılması) yolu ilə aparılır. 15 yanvar saat 9.55 informatika.edu.az saytında olimpiada məsələləri yerləşdiriləcəkdir. Bu məsələləri həll etməzdən əvvəl saytda qeydiyyatdan keçmək lazımdır.
    Şagird tərəfindən həll edilmiş məsələlər xüsusi yoxlanış sistemi vasitəsilə yoxlanmaq üçün informatika.edu.az saytına göndərilir.
    Şagirdlər hazır proqram kodlarını sayta saat 10.00-dan 14.00-a kimi göndərə bilərlər.
    Saytın yoxlama sistemi məsələləri öz verilənləri əsasında yoxlayır və nəticə dərhal saytda əks olunur. Məsələnin tam və düzgün həllinə 100 bal verilir. Əgər proqram kodu bütün test verilənləri üçün düzgün cavab verməzsə, onda həmin məsələyə müvafiq bal verilir. Məsələn, əgər sistemdə bu məsələnin 30 test misalı varsa və onlardan yalnız 20-si düzgün nəticə vermişsə, onda bu məsələyə 100/30*20=66,7 bal veriləcəkdir.
    Olimpiadanın I turunda arzu edən bütün şagirdlər iştirak edə bilər. Ancaq yarımfinal mərhələsinin iştirakçıları aşağı kriteriyalara görə seçiləcəklər:
    1. Şagirdin şəxsi məlumatları tam doldurulmalıdır.
    2. 15 yanvar tarixində keçirilən olimpiadada şagir ilk 150 nəticədən birini göstərməlidir.
    Münsiflər heyəti həll proqramlarının mətnləri ilə tanış olduqdan sonra yarımfinalçılar siyahısına iştirakçıları siyahıdan çıxarmaq və əlavə etmək hüququnu özündə saxlayır.
    Əgər iki iştirakçının proqram mətnləri eyni olara, həmin məsələyə görə onların hər ikisinə 0 bal verilir.
    Münsiflər heyəti digər nüfuzlu saytlarda (e-olimp.com, Codeforces, Хорватская Олимпиада və s.) yaxşı nəticələr göstərmiş şagirdləri yarımfinalçıların siyahısına daxil edə bilər.
    Olimpiada iki yaş kateqoriyası üzrə aparılır:
    1. 8-ci sinfə kimi;
    2. 9 – 11-ci siniflər üzrə
    Göründüyü kimi iştirakçılara aşağı yaş məhdudiyyəti qoyulmur. Əgər aşağı sinif şagirdi proqramlaşdırmağı bacarırsa, olimpiadada iştirak edə bilər. Respublika olimpiadasının I turunu xüsusi kompüterlərlə təchiz olunmuş və İnternetə çıxışı olan sinifdə təşkil etmək olar. Əgər şagirdləri bir yerə toplamaq imkanı yoxdursa, hər şagird öz evində və ya başqa bir yerdə də ayrıca olaraq olimpiadaya qoşula bilər.
    Respublika Olimpiadasının I turunun əsas məqsədi istedadlı və bacarıqlı şagirdləri yarımfinal mərhələsinə seçməkdir. Bu məqsədlə biz bütün informatika müəllimləri və məktəb rəhbərlərindən xahiş edirik ki, olimpiadaya ancaq proqramlaşdırmanı bacaran şagirdləri göndərilsin.
    Respublika olimpiadasının finalı Bakı şəhərində əyani olaraq keçiriləcəkdir. Respublika olimpiadasının nəticələri çap olunarkən qaliblərlə yanaşı, ən az bal toplayan şagird və məktəblərin siyahıları da çap olunacaqdır.

    Baxılıb: 2497 | Əlavə edib: isanai
    Copyright İsaNaida © 2024
    PYTHON 3.4
    ALPLogo
    Info-Ko
    Fəxr edirik


    Elan
    Bölmələr
    MÜSABİQƏ
    Azərbaycanda İKT
    Axtarış
    Video