Cümə axşamı, 28.03.2024, 14:23
İnformatikanın məktəbdə tədrisi
Baş səhifə Qeydiyyat Giriş
e-mail: informatik-az@mail.ru · RSS
Menyu
Fotoşəkillər
Giriş forması
Sorğu
Müəllim kimi informatika dərslərində tez-tez istifadə edirəm:
Cavabların sayı: 9323
Faydalı keçidlər

  • ict.edu.az
  • ict.az
  • telekommunikasiya.edu.az
  • İnf-math.narod.ru
  • Millibyte.az
  • kayzen.az/blog/informatika
  • alqoritm.ucoz.org
  • mincom.gov.az
  • Facebook-da
    Təqvim
    «  Sentyabr 2015  »
    B.e.Ç.a.ÇC.a.CŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    282930
    Təqdimatlar
    Statistika

    Onlayn: 9
    Ziyarətçilərin sayı: 9
    Qeydiyyatdan keçənlərin sayı: 0


     
    Baş səhifə » 2015 » Sentyabr » 26 » Python proqramlaşdırma dilinin üstünlükləri
    23:42
    Python proqramlaşdırma dilinin üstünlükləri

    Python 3.4 dilinin üstünlükləri

    Əvvəlki illərdə şagirdlərdən sadə proqramlaşdırma mühitində proqram tərtib edə bilmələri tələb olunurdusa, 8-ci sinifdə daha geniş imkanlara malik proqramlaşdırma dilində iş bacarıqlarının formalaşdırılması nəzərdə tutulur. Bu baxımdan 8-ci sinifdən başlayaraq şagirdlər proqramlaşdırma üzrə bilik və bacarıqlarını daha geniş imkanları olan, peşəkar proqramlar yaratmağa imkan verən, eyni zamanda yetərincə sadə olan Python dili (əsasən "payton", bəzən isə "piton" kimi tələffüz olunur) əsasında təkmilləşdirəcəklər.

    Hollandiyanın məşhur “Tiobe” şirkəti hər ay proqramlaşdırma dillərinin reytinqini dərc edir. Son dövrlər (1 sentyabr 2015-ci ilin statistikası) Python dili 150 dil arasında 6-ci yerdə möhkəmlənib (http://www.tiobe.com/index.php/content/paperinfo/tpci/index.html). Yeri gəlmişkən, indiyədək şagird və tələbələrə proqramlaşdırmanın əsaslarının öyrədilməsində geniş istifadə olunan Pascal dili bu siyahıda 20-ci yerdədir.

    Bir çox ölkələrdə Python dilindən onun üstünlüklərinə görə geniş istifadə olunur. Bunun səbəbləri çoxdur. Bu dildə verilənlərin tipi azdır. Məsələn, int tipi ixtiyari uzunluqlu tam ədədlərlə, decimal tipi isə ixtiyari dəqiqlikli həqiqi ədədlərlə işləməyə imkan verir. Bu dilin başqa üstünlüklərini də göstərmək olar:

    1. O, sərbəst (ödənişsiz) yayılır.
    2. Nisbətən "cavan" olsa da, istər yeni öyrənənlər, istərsə də peşəkar proqramçılar arasında çox populyardır.
    3. Sadə sintaksisə malik olduğundan öyrənilməsi asandır.
    4. Bir sıra Avropa ölkəsində azyaşlı uşaqlara proqramlaşdırmanı öyrətmək üçün bu dildən istifadə olunur.

     ( http://www.dk.co.uk/nf/Book/BookDisplay/0,,9781409349402,00.html?/

    Computer_Coding_Made_Easy_Carol_Vorderman)

    1. Bu dildə yazılmış kodu Windows, Mac OS X, Linux kimi müxtəlif əməliyyat sistemlərində icra etmək olur.

    Müəllimlər Python 3.4 versiyasını informatik.az saytından, yaxud proqramın rəsmi veb-səhifəsindən (https://www.python.org/downloads/) yükləyə bilərlər.

    Baxılıb: 2790 | Əlavə edib: isanai
    Copyright İsaNaida © 2024
    PYTHON 3.4
    ALPLogo
    Info-Ko
    Fəxr edirik


    Elan
    Bölmələr
    MÜSABİQƏ
    Azərbaycanda İKT
    Axtarış
    Video