Şənbə, 20.04.2024, 16:36
İnformatikanın məktəbdə tədrisi
Baş səhifə Qeydiyyat Giriş
e-mail: informatik-az@mail.ru · RSS
Menyu
Fotoşəkillər
Giriş forması
Sorğu
Müəllim kimi informatika dərslərində tez-tez istifadə edirəm:
Cavabların sayı: 9362
Faydalı keçidlər

  • ict.edu.az
  • ict.az
  • telekommunikasiya.edu.az
  • İnf-math.narod.ru
  • Millibyte.az
  • kayzen.az/blog/informatika
  • alqoritm.ucoz.org
  • mincom.gov.az
  • Facebook-da
    Təqvim
    «  Sentyabr 2010  »
    B.e.Ç.a.ÇC.a.CŞB
      12345
    6789101112
    13141516171819
    20212223242526
    27282930
    Təqdimatlar
    Statistika

    Onlayn: 5
    Ziyarətçilərin sayı: 5
    Qeydiyyatdan keçənlərin sayı: 0


     
    Baş səhifə » 2010 » Sentyabr » 7 » İnformatikanın tədrisi metodikası
    16:40
    İnformatikanın tədrisi metodikası
    İnformatika fənni keçmiş SSRİ ərazisində düz 25 il bundan qabaq, 1985-ci ildən etibarən orta məktəblərdə tədris olunmağa başlanmışdır. Həmin dövrdən keçən illər ərzində bütün dünyada və ölkəmizdə bu sahədə inqilabi də­yi­şik­lik­lər baş vermişdir. 1985-ci ildən başlayaraq İnformatika fənni 10-cu və 11-ci siniflərdə tədris olunurdu.
    Yalnız 2005-ci ildə Respublikamızın orta məktəblərinin 5-ci sinifləri üçün dərslik yazıldı və bu iş çox böyük sürətlə bu gün də davam etdirilir. Biz fəxr edə bilərik ki, ölkəmizdə İnformatika fənni 1-ci sinifdən başlayaraq 11-ci sinifə kimi bütün siniflərdə tədris olunur. Bu çox böyük nailiyyətdir! Bəşəriyyətin inkişaf nəbzini tutan və gələcəyi duya bilən intellektual və fədakar insanların zəhməti nəticəsində
    bu fənn respublikamızın ümumtəhsil məktəblərində tədris olunan əsas fənlər sırasına daxil edilmiş və məktəblərimizdə müstəqil olaraq tədris olunur.

    İnformatika fənninin tədrisi aparat və proqram təminatı ilə səciyyələnsə də bu fənnə İKT-nin tədrisindən daha geniş çərçivədə yanaşılmalıdır. Məhz buna görə də bəzi qonşu dövlətlərdə bu fənnin adı son bir neçə ildir ki,  "İnformatika və İKT" adlandırılır. Ölkəmizdə qəbul olunmuş məlum dövlət proqramları məktəblərin kompüter texnologiyaları və internetlə təminat problemini demək olar ki, tamamilə həll etmişdir. 

    Lakin bu günün də öz problemləri var. Onlardan ən qlobalı öz ana dilimizdə - Azərbaycan dilində elektron resursların və proqram təminatının az olmasıdır. Bu saytın yaradılmasında da əsas məqsəd İnformatika müəllimlərinə bu sahədə kömək etməkdir.  Burada mənim də həmmüəllifi olduğum metodik işləmələr, tədris üçün faydalı olan, bu gün Respublikamızın İnformatika müəllimlərini narahat edən məsələlər haqqında tövsiyyələr və İnternetdə sərbəst istifadə olunan tədris resursları yerləşdirilib. Təbii ki, bu materiallar informatika dərslərinin ideal səviyyədə tədris edilməsi üçün kifayət deyil. Amma mənim məqsədim yaratdığım bu sayt vasitəsilə müəllim həmkarlarıma bacardığım köməyi etməkdir.

    İsayeva Naidə Rizvan qızı, informatika müəllimi

    Baxılıb: 8586 | Əlavə edib: isanai
    Copyright İsaNaida © 2024
    PYTHON 3.4
    ALPLogo
    Info-Ko
    Fəxr edirik


    Elan
    Bölmələr
    MÜSABİQƏ
    Azərbaycanda İKT
    Axtarış
    Video