3 aprel 2016-ci il tarixində 6-8 siniflər arasında keçirilmiş "Google SketchUp proqramında ən yaxşı üçölçülü model" müsabiqəsinin qalibləri müəyyən olundu. Qeyd edək ki, şagirdlərə Bakı Kukla teatr binasının modelini Google SketchUp proqramında hazırlamağa tapşırılmışdır. Müsabiqədə Azərbaycanın 23 bölgəsindən olan 120 şagird iştirak edirdi. Müsabiqə artıq 4 ildir ki, şagirdlər arasında keçirilir.