Cümə, 29.03.2024, 04:59
İnformatikanın məktəbdə tədrisi
Baş səhifə Qeydiyyat Giriş
e-mail: informatik-az@mail.ru · RSS
Menyu
Fotoşəkillər
Giriş forması
Sorğu
Müəllim kimi informatika dərslərində tez-tez istifadə edirəm:
Cavabların sayı: 9325
Faydalı keçidlər

  • ict.edu.az
  • ict.az
  • telekommunikasiya.edu.az
  • İnf-math.narod.ru
  • Millibyte.az
  • kayzen.az/blog/informatika
  • alqoritm.ucoz.org
  • mincom.gov.az
  • Facebook-da
    Təqvim
    «  Mart 2011  »
    B.e.Ç.a.ÇC.a.CŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031
    Təqdimatlar
    Statistika

    Onlayn: 1
    Ziyarətçilərin sayı: 1
    Qeydiyyatdan keçənlərin sayı: 0


     
    Baş səhifə » 2011 » Mart » 3 » Müəllimlər üçün distant tədris üzrə təlim keçirilir
    20:10
    Müəllimlər üçün distant tədris üzrə təlim keçirilir


    "Elektron Təlimləndirən Sistemlər” adlı layihəsi çərçivəsində 219 nömrəli evdə məktəbin müəllimləri üçün distant tədris üzrə təlim keçirilir. "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində distant təhsilin inkişaf etdirilməsi və xüsusi qayğıya ehtiyacı olan şagirdlərin bu prosesə cəlb olunması ilə əlaqədar bu hazırlıq Təhsil Nazirliyinin nəzdində Təhsil sisteminin informasiyalaşdırılması idarəsinin Təlim mərkəzində keçirilir.

    Təlimlərdə müəllimlər "fərdi müəllim bloqlarının yaradılması”, "vikipediya səhifələrinin yaradılması, ordakı yazılara düzəlişlərin edilməsi”, "veb 2.0 online alətlərdən istifadə edərək öz dərs prosesinin qurulması”, şəxsiyyət yönümlü tədrisin inkişafına yönəldilmiş Elektron təhsil Resurslarının yaradılması”, "sosial şəbəkələrdən istifadə edərək, distant şəkildə Beynəlxalq layihələrə qoşulma” kimi modullar üzrə praktik və nəzəri biliklərə yiyələnirlər.

    "Elektron Təlimləndirən Sistemlər” layihəsi Təhsil Nazirliyinin nəzdində Təhsil sisteminin informasiyalaşdırılması idarəsinin dəstəyi ilə "Nobel-T” təşkilatı tərəfindən reallaşdırılır.

    Layihənin əsas məqsədi:

    Məsafədən təhsilin inkişafı;

    Layihəyə cəlb olunmuş xüsusi qayğıya ehtiyacı olan şagirdlərin təhsil alma imkanlarının yaxşılaşdırılması;

    Xüsusi qayğıya ehtiyacı olan şagirdlərin kompyuter və elektron resurslardan istifadə bacarıqlarının artırılması;

    Azərbaycan Təhsil Şəbəkəsinə və İnternetə çıxış imkanlarının yaradılmasıdır.

    Layihə çərçivəsində aşağıda qeyd olunan işlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur:

    Şagird və müəllim heyətinə ən yeni texnologiya və proqram təminatları ilə təchiz olunmuş "Apple, İnc” şirkətinin istehsalı olan MacBook notebooklarının təqdim edilməsi;

    • Şagirdin təhsil aldıqları məkanın  Azərbaycan Təhsil Şəbəkəsinə və İnternetə çıxışla təmin edilməsi;
    • Şagirdlərin dərs prosesinin idarə edilməsi məqsədi ilə müəllimlər üçün ayrılan tədris mərkəzinin yüksək sürətli fiberoptik İnternet və İntranet bağlantıları ilə təchiz olunması;
    • "Elektron Təlimləndirən Sistemlər”  Təlim Vəsaiti əsasında təlimçi heyətinin hazırlanması;

    Yeni hazırlanmış təlimçilər tərəfindən məktəbyaşlı uşaqlar üçün,  məsafədən təhsilin köməyi ilə "Elektron Təlimləndirən Sistemlər”  Təlim Vəsaiti əsasında təlimlərin təşkil edilməsi ilə yanaşı uşaqların valideynləri üçün də təlimlər nəzərdə tutulmuşdur.

    "Apple, İnc” şirkətinin istehsalı olan MacBook notebooklarınının İwork proqramının köməkliyi ilə müəllimlər məktəbə hər müəllimin qrupunda 3 nəfər şagird olmaqla  məsafədən (distant) dərslər keçəcəkdir. Müəllim, şagird, və valideynlərin təhsil  prosesinə cəlb olunması üçün www.mesafedenmekteb.edu.az portalının yaradılması nəzərdə tutulmuşdur.

    ict.edu.az saytı

    Baxılıb: 2362 | Əlavə edib: isanai
    Copyright İsaNaida © 2024
    PYTHON 3.4
    ALPLogo
    Info-Ko
    Fəxr edirik


    Elan
    Bölmələr
    MÜSABİQƏ
    Azərbaycanda İKT
    Axtarış
    Video