Çərşənbə axşamı, 22.10.2024, 10:38
İnformatikanın məktəbdə tədrisi
Baş səhifə Qeydiyyat Giriş
e-mail: informatik-az@mail.ru · RSS
Menyu
Fotoşəkillər
Giriş forması
Sorğu
Müəllim kimi informatika dərslərində tez-tez istifadə edirəm:
Cavabların sayı: 9453
Faydalı keçidlər

  • ict.edu.az
  • ict.az
  • telekommunikasiya.edu.az
  • İnf-math.narod.ru
  • Millibyte.az
  • kayzen.az/blog/informatika
  • alqoritm.ucoz.org
  • mincom.gov.az
  • Facebook-da
    Təqvim
    «  Oktyabr 2014  »
    B.e.Ç.a.ÇC.a.CŞB
      12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031
    Təqdimatlar
    Statistika

    Onlayn: 6
    Ziyarətçilərin sayı: 6
    Qeydiyyatdan keçənlərin sayı: 0


     
    Baş səhifə » 2014 » Oktyabr » 19 » İnformatika Olimpiya mərkəzinin açılışı
    16:35
    İnformatika Olimpiya mərkəzinin açılışı

    19 oktyabr 2014-ci il tarixində Fizika-Riyaziyyat-İnformatika təmayüllü liseyində İnformatika olimpiada mərkəzinin açılış mərasimi keçirilmişdir. Tədbirə müəllimlər, şagirdlər, valideynlər və Nazirlər Kabinetinin və Təhsil Nazirliyinin məsul şəxsləri dəvət olunmuşdu. Olimpiada mərkəzinin direktoru, BDU-nun dosenti hörmətli Ramin Mahmudzade çıxış edərək İnformatika olimpiadaları barədə məlumat verdi. O, vaxtilə olimpiyadalarda uğurla iştirak etmiş və hazırda xaricdə yüksək vəzifələrdə çalışan tələbələrindən danışdı, şagirdlərə bu hərəkatın əhəmiyyəti barədə həmişə olduğu kimi çox maraqla söhbət açdı. O, proqramlaşdırma sahəsində uğur qazanmaq üçün daim çalışmağın əhəmiyyəti barədə şagirdlərə nümunələr göstərməklə öz qiymətli tövsiyələrini verdi.
    Yeni yaradılan Olimpiya mərkəzinin əsas məqsədlərini FRİTL-in müəllimi Meherremov Valid çıxışında belə qeyd etdi:
    şagirdlərə yüksək səviyyədə proqram yazmağı öyrətmək;
    İnformatika üzrə respublika turunda uğurla iştirak etmək;
    Beynəlxalq olimpiadalarda yüksək nəticələr qazanmaq.
    Qeyd olundu ki, artıq İnterentdə olimpiada ilə bağlı i-olimp.az saytı fəaliyyət göstərir.
    Çıxış edən Adil Əliyev "Gunduz" informatika olimpiadası barədə məlumat verdi. Qeyd etdi ki, bu müsabiqə artıq İsmayıllı rayonunda və Bakı ş. 83 saylı məktəbin şagirdləri arasında keçirilib. 25 oktyabr isə bu olimpiada ilə bağlı 83 saylı məktəbdə seminar təşkil olunacaq.
    Sonda şagirdlərə sorğu anketi paylandı.
    Həmin anketin elektron verisiyası saytda yerləşdiriləcək.

    Baxılıb: 2096 | Əlavə edib: isanai
    Copyright İsaNaida © 2024
    PYTHON 3.4
    ALPLogo
    Info-Ko
    Fəxr edirik


    Elan
    Bölmələr
    MÜSABİQƏ
    Azərbaycanda İKT
    Axtarış
    Video