Çərşənbə, 04.12.2024, 11:29
İnformatikanın məktəbdə tədrisi
Baş səhifə Qeydiyyat Giriş
e-mail: informatik-az@mail.ru · RSS
Menyu
Fotoşəkillər
Giriş forması
Sorğu
Müəllim kimi informatika dərslərində tez-tez istifadə edirəm:
Cavabların sayı: 9475
Faydalı keçidlər

  • ict.edu.az
  • ict.az
  • telekommunikasiya.edu.az
  • İnf-math.narod.ru
  • Millibyte.az
  • kayzen.az/blog/informatika
  • alqoritm.ucoz.org
  • mincom.gov.az
  • Facebook-da
    Təqvim
    «  Noyabr 2011  »
    B.e.Ç.a.ÇC.a.CŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    282930
    Təqdimatlar
    Statistika

    Onlayn: 7
    Ziyarətçilərin sayı: 7
    Qeydiyyatdan keçənlərin sayı: 0


     
    Baş səhifə » 2011 » Noyabr » 24 » İnformatika fənni üzrə məzmun standartları müzakirə olundu
    01:03
    İnformatika fənni üzrə məzmun standartları müzakirə olundu


    AMEA İnformasiya Texnologiyaları İnstitutunda informatika fənni üzrə respublika ümumtəhsil məktəblərinin V-IX sinifləri üçün "Qiymətləndirmə standartlarının təkmilləşdirilməsi” və "Ümumtəhsil məktəblərində və ilk peşə-ixtisas təhsili müəssisələrində təhsil alanların qiymətləndirilməsi və yekun dövlət attestasiyasının aparılması Qaydaları” əsasında fənn müəllimləri üçün müvafiq təlimatların hazırlanmasını təmin etmək məqsədilə ilə təhsil naziri tərəfindən yaradılmış İşçi Qrupunun iclası keçirildi. İclasda institutun direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev, Təhsil Nazirliyinin "Təhsilin idarəolunmasının məlumat sistemləri” şöbəsinin müdiri İsmayıl Sadıqov, Təhsil Problemləri İnstitutunun Tətbiqi tədqiqatlar, monitorinq və qiymətləndirmə Mərkəzinin "Tədqiqatların İKT təminatı” şöbəsinin müdiri Ruhiyyə Mehdiyeva və işçi qrupun digər üzvləri iştirak edirdilər.

    Tədbirdə şagird nailiyyətlərinin qiymətləndirilməsinin informatikanın təlimi prosesinin mühüm tərkib hissələrindən biri olduğu qeyd edilərək bu fənn üzrə qiymətləndirmə standartları müzakirə olundu. Bildirildi ki, qiymətləndirmə standartları hər bir şagirdin yiyələnməli olduğu bilik, bacarıq və vərdişlərin kəmiyyət və keyfiyyət göstəricisidir. Qeyd edildi ki, hər bir fəndə olduğu kimi informatika üzrə şagird nailiyyətlərinin qiymətləndirilməsinin də əsas məqsədi fənnin tədrisi işinə kömək etmək, tədrisin və təlimin keyfiyyətini yaxşılaşdırmaqdır. Bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi məsələlərinin önəmliyi vurğulandı. Bu tədbirlərin təkcə elmin deyil, həm də ictimaiyyətin marağında olan məsələ olduğu bildirildi.

    Təhsil standartlarının yüksək səviyyədə hazırlanması üçün aparılan işlərin keyfiyyətli təşkili, fənlərarası inteqrasiyanın vacibliyi bildirilərək bu sahədə Azərbaycanın təhsil sisteminin qarşısında duran vəzifələrdən söhbət açıldı. 5-9-cu siniflər üçün hazırlanan standartların ilkin layihəsi haqqında ətraflı məlumat verildi. Şagirdlərin İKT bilik və bacarıqlarına yiyələnməsində qiymətləndirmə standartlarının müəyyən edilməsi və tətbiqinin önəmliyi vurğulandı. (ict.az saytının materialları əsasında)
    Baxılıb: 2353 | Əlavə edib: isanai
    Copyright İsaNaida © 2024
    PYTHON 3.4
    ALPLogo
    Info-Ko
    Fəxr edirik


    Elan
    Bölmələr
    MÜSABİQƏ
    Azərbaycanda İKT
    Axtarış
    Video