Cümə, 19.04.2024, 12:14
İnformatikanın məktəbdə tədrisi
Baş səhifə Qeydiyyat Giriş
e-mail: informatik-az@mail.ru · RSS
Menyu
Fotoşəkillər
Giriş forması
Sorğu
Müəllim kimi informatika dərslərində tez-tez istifadə edirəm:
Cavabların sayı: 9357
Faydalı keçidlər

  • ict.edu.az
  • ict.az
  • telekommunikasiya.edu.az
  • İnf-math.narod.ru
  • Millibyte.az
  • kayzen.az/blog/informatika
  • alqoritm.ucoz.org
  • mincom.gov.az
  • Facebook-da
    Təqvim
    «  Aprel 2011  »
    B.e.Ç.a.ÇC.a.CŞB
        123
    45678910
    11121314151617
    18192021222324
    252627282930
    Təqdimatlar
    Statistika

    Onlayn: 8
    Ziyarətçilərin sayı: 8
    Qeydiyyatdan keçənlərin sayı: 0


     
    Baş səhifə » 2011 » Aprel » 11 » “Elektron Təhsil” Respublika müsabiqəsinə start verilib
    23:20
    “Elektron Təhsil” Respublika müsabiqəsinə start verilib


    Müsabiqə "2008-2012-ci illərdə təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilir və Microsoft Azərbaycan, İntel korporasiyasının "Gələcək üçün təhsil” proqramı, Azerfon-Vodafone, AZEDUNET, Ultra, HP, Mədəd təşkilatları tərəfindən dəstəklənir.
    Müsabiqədə iştirak üçün www.musabiqe.edu.az rəsmi internet səhifəsində qeydiyyatdan keçmək və buradan ətraflı məlumat almaq mümkündür.
    "Təhsildə internet texnologiyaları” və "Müasir məktəbdə elektron tədris resursları” istiqamətləri üzrə təşkil olunan müsabiqə üzrə sənəd qəbulu mayın 25-dək davam edəcək.
     Müsabiqənin keçirilməsində əsas məqsəd elektron tədris resurslarından, internet texnologiyalarından istifadənin əhəmiyyətini önə çəkmək, bununla bağlı təhsil ictimaiyyətini məlumatlandırmaq, tədris məqsədləri üçün internetdən istifadənin yeni formalarını üzə çıxarmaq, informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirməkdən ibarətdir.
    Qeyd edək ki, "Təhsildə internet texnologiyalar” istiqaməti üzrə müsabiqəyə təhsil məzmunlu internet resursları, bloqlar və digər internet layihələri təqdim edilə bilər. Qaliblər "Təhsildə internet resursları” və "Müəllimlərin bloqları” nominasiyaları üzrə müəyyən olunacaqdır.
    "Müasir məktəbdə elektron tədris resursları” istiqaməti üzrə müsabiqəyə elektron resursların tədris prosesində əməli tətbiqinə dair metodiki materiallar təqdim edilə bilər. Bu istiqamət üzrə qaliblər "Fənlərin tədrisində İT-dən istifadə üzrə ən yaxşı metodika”, "İbtidai təhsil sistemində İT-dən istifadə üzrə ən yaxşı metodika”, "Elektron tədris vəsaitlərindən istifadə edilməklə qurulan tədris prosesinin ən yaxşı modeli” nominasiyaları üzrə müəyyən olunacaq.
    İki mərhələdə keçiriləcək səsvermədə qaliblər peşəkarlardan və mütəxəssislərdən ibarət Münsiflər Heyəti tərəfindən müəyyənləşdiriləcək. Müsabiqədə 5 nominasiyanın hər biri üzrə qalib gələnlərə noutbuk, netbuk və digər xüsusi mükafatlar təqdim olunacaq.
     Məlumat üçün bildiririk ki, müsabiqə artıq ikinci dəfə keçirilir. 2010-cu ildə keçirilən müsabiqəyə 810 layihə təqdim edilib və qaliblər isə 89 nominant arasından seçilib.
    (edu.gov.az saytın materialları əsasında)
    Baxılıb: 2271 | Əlavə edib: isanai | Teqlər: müallim, musabiqa, tahsil, elektron musabiqa, internet, veb-dizayn, sayt
    Copyright İsaNaida © 2024
    PYTHON 3.4
    ALPLogo
    Info-Ko
    Fəxr edirik


    Elan
    Bölmələr
    MÜSABİQƏ
    Azərbaycanda İKT
    Axtarış
    Video