Şənbə, 20.04.2024, 18:06
İnformatikanın məktəbdə tədrisi
Baş səhifə Qeydiyyat Giriş
e-mail: informatik-az@mail.ru · RSS
Menyu
Fotoşəkillər
Giriş forması
Sorğu
Müəllim kimi informatika dərslərində tez-tez istifadə edirəm:
Cavabların sayı: 9362
Faydalı keçidlər

  • ict.edu.az
  • ict.az
  • telekommunikasiya.edu.az
  • İnf-math.narod.ru
  • Millibyte.az
  • kayzen.az/blog/informatika
  • alqoritm.ucoz.org
  • mincom.gov.az
  • Facebook-da
    Təqvim
    «  Dekabr 2011  »
    B.e.Ç.a.ÇC.a.CŞB
       1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031
    Təqdimatlar
    Statistika

    Onlayn: 5
    Ziyarətçilərin sayı: 5
    Qeydiyyatdan keçənlərin sayı: 0


     
    Baş səhifə » 2011 » Dekabr » 19 » "Gənc proqramçılar" məktəbi fəaliyyətə başlayıb
    16:30
    "Gənc proqramçılar" məktəbi fəaliyyətə başlayıb



    Biliklər iqtisadiyyatına inteqrasiya proseslərinin getdikcə vüsət alması informasiya texnologiyaları və innovasiya sektorunda kadr hazırlığı siyasətinin təkmilləşdirilməsi məsələlərini zəruriləşdirmişdir. Bu isə, öz növbəsində, informatika və İKT biliklərinə dərindən yiyələnən, beynəlxalq təcrübəni yüksək səviyyədə mənimsəyən, xarici dilləri mükəmməl bilən mütəxəssislərə tələbat artımının göstəricisidir. Təsadüfi deyil ki, bu gün istənilən ölkənin elm və təhsil strategiyasında savadlı, peşəkar, innovativ kadrların yetişdirilməsi ali dəyərlərdən hesab edilir. Dünyanın aparıcı ölkələrində informasiya cəmiyyəti prinsiplərinin davamlı və dayanıqlı şəkildə müvəffəqiyyətlə həyata keçirilməsi məqsədi ilə yüksək elmi-texniki biliklərə malik kadrların yetişdirilməsi, gənclərin intellektual səviyyəsinin artırılması, məntiqi təfəkkürünün inkişafı, müasir düşüncə tərzi və dünyagörüşünün formalaşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirilir.

    Dünyada gedən bu proseslərdə ölkəmiz də yaxından iştirak edir. Bu gün Azərbaycanda gənclərin yüksək səviyyədə təhsil alması, yaradıcılıq potensialının inkişafı, öz bilik və bacarıqlarını nümayiş etdirməsi üçün lazımi şərait yaradılıb. Ölkədə qəbul edilən müvafiq dövlət proqramları, strateji tədbir və layihələrin başlıca hədəflərindən biri də gənclərimizin İKT hazırlığının daha da təkmilləşdirilməsi, kompyuter proqramlaşdırması sahəsində istedadının aşkara çıxarılması, müxtəlif fənlər üzrə olimpiadaların, layihələrin və s. həyata keçirilməsidir.

    İnformatika və İKT-nin elmi-nəzəri əsaslarının, müxtəlif problemlərinin, onların həlli yollarının araşdırılması, inkişaf perspektivləri və meyllərinin müəyyən edilməsi, o cümlədən informatikanın tədrisində dəyərli töhfələrini verən AMEA İnformasiya Texnologiyaları İnstitutunda da İT ixtisasları üzrə peşəkar mütəxəssis hazırlığı məsələlərinə xüsusi önəm verilir. Gənc nəslin yeni cəmiyyətin tələblərinə uyğun olaraq formalaşması, yeni biliklərin əldə edilməsi, bir sözlə milli kadr hazırlığı siyasətinin uğurla həyata keçirilməsi istiqamətində məqsədyönlü işlər aparılır.

    İnstitutda İT dünyasının aparıcı qüvvələrindən hesab olunan gənc proqramçılar ordusunun yetişdirilməsi məsələlərinə xüsusi diqqət yetirilir. Proqramlaşdırma, proqramlaşdırma dilləri ilə bağlı tədrisin aparılması, ölkədə proqram istehsalı, milli İKT məhsullarının hazırlanması, proqram mühəndislərinin yetişdirilməsi, ümumiyyətlə proqram sənayesinin inkişaf etdirilməsi sahəsində kompleks işlərin həyata keçirilməsi, bu işlərə dəstək verilməsi institutun başlıca hədəflərindəndir. Bu məqsədlə İnfoMAS İctimai Birliyi (İnformasiya Texnologiyaları Mütəxəssisləri Assosiasiyası) ilə birgə İTİ-nin Tədris-İnnovasiya Mərkəzinin nəzdində bu sahənin inkişafı məqsədlərinə xidmət edən Gənc Proqramçılar Məktəbi yaradılıb.

    Alim və yüksək ixtisaslı proqramçıların rəhbərliyi ilə proqramlaşdırma üzrə yeni biliklərin tədrisi, mütəxəssislərlə real interaktiv ünsiyyətin qurulması, o cümlədən Azərbaycanın beynəlxalq müsabiqələrdə layiqli təmsil olunması üçün peşəkar proqramçıların yetişdirilməsi Gənc Proqramçılar Məktəbinin əsas hədəflərindəndir. Burada gələcəyin proqramçılarına kompyuter və informatika elmlərinin predmeti, kompyuter texnologiyaları, onların inkişaf mərhələləri və perspektivləri, kompyuter şəbəkələri, alqoritmləşdirmə haqqında dərslər keçirilir. Əsas məqsəd İT kursların, Yay kompyuter düşərgələrinin təşkili, məktəbli və tələbələrin proqramlaşdırma üzrə müxtəlif müsabiqə və beynəlxalq olimpiadalara hazırlığı, İT üzrə müxtəlif layihələrdə iştirak, bu sahədə müvafiq qurumlarla əməkdaşlıq əlaqələrinin yaradılmasıdır.(ict.az saytının materialları əsasında)

    Baxılıb: 1675 | Əlavə edib: isanai
    Copyright İsaNaida © 2024
    PYTHON 3.4
    ALPLogo
    Info-Ko
    Fəxr edirik


    Elan
    Bölmələr
    MÜSABİQƏ
    Azərbaycanda İKT
    Axtarış
    Video