Artıq oktyabr ayıdır. Bir neçə gündən sonra məktəblərdə fənnlər üzrə olimpiadalar keçiriləcək. İnformatika fənni üzrə olimpiadası, bildiyiniz kimi, proqramlaşdırmaya aid olur və şagirdləri bu olimpiadaya hazırlamaq üçün müəllimdən həm bilik, həm də vaxt tələb olunur. Proqramlaşdırmaya aid məsələləri həll etmək və cavabları yoxlamaq sizə
http://www.e-olimp.com/az portalı kömək edə bilər. Portal Ukrayna Respublikası distant təhsil konsepsiyası əsasında istedadlı cavanlılar üçün hazırlanmışdır. Buna baxmayaraq, Mahmudzadə Ramin müəlliminin rəhbərliyi ilə azərbaycan dilinə tərcümə olunub. Portalda olan bir çox məsələlərinin şərtləri (400-ə yaxın) azərbaycan dilindədir. Portalın üstünlüyü - onlayn yoxlama sistemidir. İstifadəçi qeydiyyatdan sonra ixtiyarı məsələni seçib, onun kodunu proqramlaşdırma dillərin birində yazır, proqramı çalışdırır və, nəhayət, proqramın mətnini sayta göndərir. Onlayn sistemi onu müxtəlif testlərdən keçirir və siz, nəticədən asılı olaraq, müəyyən cavab alırsınız- məsələ həll olunub, ya yox. Çox rahat sistemdir. Portal şagirdlərdə proqramlaşdırmaya həvəs oyadır və daha çətin məsələləri həlll etməyə vadar edir.