Cümə axşamı, 25.04.2024, 09:30
İnformatikanın məktəbdə tədrisi
Baş səhifə Qeydiyyat Giriş
e-mail: informatik-az@mail.ru · RSS
Menyu
Fotoşəkillər
Giriş forması
Sorğu
Müəllim kimi informatika dərslərində tez-tez istifadə edirəm:
Cavabların sayı: 9370
Faydalı keçidlər

  • ict.edu.az
  • ict.az
  • telekommunikasiya.edu.az
  • İnf-math.narod.ru
  • Millibyte.az
  • kayzen.az/blog/informatika
  • alqoritm.ucoz.org
  • mincom.gov.az
  • Facebook-da
    Təqvim
    «  İyul 2011  »
    B.e.Ç.a.ÇC.a.CŞB
        123
    45678910
    11121314151617
    18192021222324
    25262728293031
    Təqdimatlar
    Statistika

    Onlayn: 10
    Ziyarətçilərin sayı: 10
    Qeydiyyatdan keçənlərin sayı: 0


     
    Baş səhifə » 2011 » İyul » 28 » Donald Knutun "Proqramlaşdırma sənəti" adlı seriyasının 5-ci kitabı hazırlanır
    10:28
    Donald Knutun "Proqramlaşdırma sənəti" adlı seriyasının 5-ci kitabı hazırlanır



    Proqramlaşdırma üzrə klassik kitab seriyalarının dünya şöhrətli müəllifi Donald Knut "Proqramlaşdırma sənəti” kitabının V cildinin 2020-ci ildə nəşr olunacağını vəd edib. Kitabın bu cildi sintaksis alqoritmlərinə həsr olunacaq.

    Ötən aylarda D.Knut məşhur əsərinin IV cildinin I hissəsini nəşr etdirib. Kitabın "Kombinasiya alqoritmləri, I hissə” adlanan 4a cildi "Addision-Wesley Professional” nəşriyyatında çap olunub. Kitab 912 səhifədən ibarətdir.

    Bu yaxınlarda 73 yaşı tamam olan müəllif IV hissə üçün müqəddimədə etiraf edir ki, cildlərə dair planları tərtib edərkən kombinasiya alqoritmləri ilə bağlı materialların ona yalnız kiçik həcmli bir kitab yazmaq üçün kifayət edəcəyini düşünürdü. Lakin bu sahədə aparılan tədqiqatlar bunun əksini göstərib.

    Qeyd edək ki, kitabın III cildinin birinci nəşrindən 38 il ötür. Müəllif "Proqramlaşdırma sənəti” əsərinin I cildini isə 1965-ci ildə nəşr etdirib. Həmin vaxtdan sonra ümumilikdə 7 cildin hazırlanması planlaşdırılıb. Knut özünü tamamilə bu layihəyə həsr etmək üçün 1990-cı ildə vaxtından əvvəl təqaüdə çıxıb.

    ABŞ-ın Merliend ştatı Universitetinin Qabaqcıl Kompyuter Tədqiqatları üzrə İnstitutunun professoru Uzi Vişkin əsərin informatikanın inkişaf edən elmdən fundamental elmə çevrilməsində əhəmiyyətli rol oynadığını bildirib.

    "Proqramlaşdırma sənəti” materialın elmiliyi və dolğunluğu sayəsində əfsanəvi status qazanıb. ”Computerworld” jurnalının məlumatına görə, "Microsoft” şirkətinin baş direktoru Bill Qeyts kitabın bütün cildlərini oxuyan hər kəsin CV-sini qəbul etməyə hazır olduğunu bildirib.
    (ict.az saytının materialları əsasında)
    Baxılıb: 1629 | Əlavə edib: isanai
    Copyright İsaNaida © 2024
    PYTHON 3.4
    ALPLogo
    Info-Ko
    Fəxr edirik


    Elan
    Bölmələr
    MÜSABİQƏ
    Azərbaycanda İKT
    Axtarış
    Video