Cümə, 03.05.2024, 14:57
İnformatikanın məktəbdə tədrisi
Baş səhifə Qeydiyyat Giriş
e-mail: informatik-az@mail.ru · RSS
Menyu
Fotoşəkillər
Giriş forması
Sorğu
Müəllim kimi informatika dərslərində tez-tez istifadə edirəm:
Cavabların sayı: 9382
Faydalı keçidlər

  • ict.edu.az
  • ict.az
  • telekommunikasiya.edu.az
  • İnf-math.narod.ru
  • Millibyte.az
  • kayzen.az/blog/informatika
  • alqoritm.ucoz.org
  • mincom.gov.az
  • Facebook-da
    Təqvim
    «  May 2012  »
    B.e.Ç.a.ÇC.a.CŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031
    Təqdimatlar
    Statistika

    Onlayn: 6
    Ziyarətçilərin sayı: 6
    Qeydiyyatdan keçənlərin sayı: 0


     
    Baş səhifə » 2012 » May » 17 » Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü
    19:48
    Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü

    Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününün əsas məqsədi internetdən və informasiya-kommunikasiya texnologiyalarından istifadənin cəmiyyətlərə və ölkələrə verdiyi imkanlar və "rəqəmsal fərqliliyin” aradan qaldırılması barədə məlumat səviyyəsinin artırılmasına kömək göstərməkdən ibarətdir.
    Ənənəvi olaraq BMT baş katibi və BTİ baş katibi bu gün ilə əlaqədar ilik müraciətlə çıxış edirlər.
    Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü 2012-ci ildə "İKT-də qadınlar və qızlar” mövzusuna həsr olunub. Cari ildə BTİ qadınların və qızların marağı naminə İKT-nin bütün potensialını gender ayrı-seçkiliyinin aradan qaldırılması və onların məqsəd və arzularına nail olması üçün hüquqlarının genişləndirilməsi vasitəsilə işə salmağa hazırlaşır.
    Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) 17 may – Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr edilmiş təntənəli mərasim keçirilib.
     
    Bu münasibətlə iştirakçıları təbrik edən rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov onlara nazir Əli Abbasovun salamlarını və təbriklərini çatdırıb. 17 mayın bayram edilməsinin tarixi haqqında söhbət açan nazir müavini Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) tərəfindən bu il üçün "İKT-də qadınlar və qızlar” mövzusunun seçilməsini iştirakçıların diqqətinə çatdırıb. "BTİ çox mühüm məsələyə toxunub, çünki qadınlar cəmiyyətin tərkib hissəsi kimi, informasiya-kommunikasiya texnologiyalarının (İKT) imkanlarından istifadə daxil olmaqla bərabər hüquqlara malikdirlər. Azərbaycanda da İKT xidmətlərindən yararlanmaq məqsədilə eyni imkanların təmin edilməsi üçün səylər göstərilir. Hazırda ölkənin bütün yaşayış məntəqələri telefonlaşdırılmış, sabit telefon şəbəkəsi tam elektronlaşdırılmışdır. İndi əsas məqsədimiz bütün yaşayış məntəqələrinin yüksək sürətli internetlə təmin etməkdir. Bu məqsədlə xüsusi proqram hazırlanmış və uğurla həyata keçirilir”, - İltimas Məmmədov qeyd edib.
    Nazir müavini çıxışında gender bərabərsizliyinin aradan qaldırılmasında İKT-nin rolunu qeyd edərək Azərbaycanda İKT sektorunun inkişafında qadınların rolunu vurğulayıb, onlara buna görə minnətdarlığını bildirib.
     
    Mərasimdə iştirak edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova 17 may tarixinin budəfəki mövzusunun məhz qadınlara həsr edilməsinin əhəmiyyətindən danışıb. BMT gender ayrı-seçkiliyinə xüsusi diqqət yetirir və budəfəki mövzu bunu bir daha sübut edir. Azərbaycan haqqında bəhs edən Sədaqət Qəhrəmanova cəmiyyətimizdə, o cümlədən İKT-nin inkişafında qadınların vacib rolunu xatırladaraq bu məsələyə böyük diqqət yetirməyin zəruriliyini vurğulayıb. Sədr müavini qadınları yeni texnologiyaların yaratdığı imkanlardan yararlanmağa çağırıb.
     
    Daha sonra tədbirdə BMT və BTİ baş katiblərinin müraciəti oxunub, ölkənin İKT sektorunda qadınların roluna həsr edilən təqdimat keçirilib. Qeyd edilib ki, ötən ildən BTİ hər ilin aprel ayının dördüncü həftəsinin dördüncü günü İKT-də Beynəlxalq Qadınlar Gününün təsis edilməsini elan edib. Bu bayram qadın və qızları maraqlı və güclü tərəflərini layiqincə qiymətləndirmək və onları informasiya-kommunikasiya texnologiyaları sahəsində peşə seçiminə həvəsləndirmək üçün təsis edilib. Tədbirdə ölkənin İKT sektoru haqqında danışılarkən qeyd edilib ki, sektorda çalışan qadınların sayı 34 faizi ötüb. Əhalini kompüterlərlə təmin etmək məqsədi daşıyan "Xalq kompüteri” layihəsi çərçivəsində satılan 17800 kompüterdən 11 mindən çoxu məhz qadınlar tərəfindən alınıb. Ümumilikdə, Azərbaycan qadınlarının İKT ixtisaslarına maraq göstərdikləri qeydə alınıb.
     
    Mərasimdə həmçinin ölkənin İKT sektorunun inkişafına verdiyi töhfəyə görə bir qrup qadın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin diplomu və RİTN-nin mükafatı ilə mükafatlandırılıb.
     
    Bundan başqa, tədbir çərçivəsində 17 May - Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan "Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”nın qaliblərinə mükafatlar təqdim edilib. Xatırladaq ki, Qafqaz Universitetinin "Qafqaz Programmers” komandası 1-ci yerə, Bakı Dövlət Universitetinin "Norbert” komandası 2-ci yerə, Qafqaz Universitetinin "Baku Qafqaz U4” və "Baku Qafqaz U7” komandaları isə müvafiq olaraq 3-cü və 4-cü yerə layiq görülüblər.
    Qaliblər RİTN-nin diplom və fəxri fərmanları ilə mükafatlandırılıb, onlara layihənin sponsorları - Azerfon və BestComp Group şirkətlərinin qiymətli hədiyyələri təqdim olunub.

    Baxılıb: 1653 | Əlavə edib: isanai
    Copyright İsaNaida © 2024
    PYTHON 3.4
    ALPLogo
    Info-Ko
    Fəxr edirik


    Elan
    Bölmələr
    MÜSABİQƏ
    Azərbaycanda İKT
    Axtarış
    Video