Bazar, 05.05.2024, 22:19
İnformatikanın məktəbdə tədrisi
Baş səhifə Qeydiyyat Giriş
e-mail: informatik-az@mail.ru · RSS
Menyu
Fotoşəkillər
Giriş forması
Sorğu
Müəllim kimi informatika dərslərində tez-tez istifadə edirəm:
Cavabların sayı: 9385
Faydalı keçidlər

  • ict.edu.az
  • ict.az
  • telekommunikasiya.edu.az
  • İnf-math.narod.ru
  • Millibyte.az
  • kayzen.az/blog/informatika
  • alqoritm.ucoz.org
  • mincom.gov.az
  • Facebook-da
    Təqvim
    «  Sentyabr 2012  »
    B.e.Ç.a.ÇC.a.CŞB
         12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    Təqdimatlar
    Statistika

    Onlayn: 3
    Ziyarətçilərin sayı: 3
    Qeydiyyatdan keçənlərin sayı: 0


     
    Baş səhifə » 2012 » Sentyabr » 8 » "Azərbaycan müəllimi" Facebookda fəaliyyət göstərən "informatika müəllimləri" qrupundan məqalə dərc etdi
    00:16
    "Azərbaycan müəllimi" Facebookda fəaliyyət göstərən "informatika müəllimləri" qrupundan məqalə dərc etdi



    Məqalə ilə sizi tanış edirik.

    Dərs ilinin başlanmasına bir həftə qalır. Artıq 1 və 5-ci siniflər üçün hazırlanmış dərsliklər yerlərə çatdırılır. Müasir informasiya texnologiyalarından səmərəli istifadə edilməsi dərslik komplektləri hələ çapa göndərilməmiş  pedaqoji ictimaiyyətin onlarla yaxından tanış olmaq imkanı yaratmışdır.  

    Artıq 6 aydan çoxdur ki, "Facebook" sosial şəbəkəsində fəaliyyət göstərən "İnformatika müəllimləri" qrupunun 600 nəfərə yaxın üzvü var. Bu qrupda informatika fənninin ən aktual problemləri müzakirə olunur. Təcrübəli müəllimlər öz fikirlərini bölüşür, məsləhətlər verir və mühüm sayılan mövzuların onlayn müzakirələri təşkil edilir. İnformatika dərslərinin daha effektiv təşkili üçün www.informatik.az saytında çox böyük çeşiddə elektron resurslar yerləşdirilmişdir. Bu saytdakı metodik elektron vəsaitlərdən faydalı istifadə edilməsi və şagirdlərin informatika fənnini daha dərindən mənimsəmələri üçün informatika müəllimləri qrupunda çox maraqlı müzakirələr keçirilir. Bu qrup açıq olduğundan İT sahəsində mütəxəssislər də müzakirələrə qoşulur və  müəllimlərə texnologiyalardan istifadə ilə bağlı texniki tövsiyələr verilir.

    Bu şəbəkənin ən üstün cəhətləri özünü yeni dərs ilinə hazırlıq mərhələsində də göstərir. "Bakı" nəşriyyatında Ramin Mahmudzadə, İsmayıl Sadıqov və Naidə İsayevanın müəllifliyi ilə hazırlanmış 1 və 5-ci siniflər üçün informatika dərslikləri "Facebook" şəbəkəsində yaradılmış "İnformatika müəllimləri" qrupunda artıq bir neçə həftədir ki, müzakirə olunur. Dərsliklərin PDF formatını sərbəst yükləmək imkanı olan müəllimlər bu kitabların çap variantlarını gözləmədən dərs başlayana kimi dərsliklərlə yaxından tanış olur, yeni mövzuların metodikası ilə bağlı fikirlərini bölüşürlər.

    Builki informatika dərsliklərində müəllimlər üçün daha bir sürpriz vardır. Dərslik komplekti ilə yanaşı, şagird və müəllimlərə dünyada məşhur olan LOGO proqramlaşdırma mühiti  hədiyyə edilir.  ALPLogo adlanan bu proqram məhsulu nəşriyyat və müəllif qrupu tərəfindən Azərbaycan dilində ilk dəfə olaraq hazırlanmış və "İnformatika müəllimləri" qrupu ilə yanaşı www.informatik.az  saytından sərbəst yüklənir. Artıq bir çox müəllimlər bu dildə çox maraqlı proqramlar yazaraq "Facebook" şəbəkəsində müzakirəyə çıxarmışlar.

    Arzu edən hər bir müəllim "İnformatika müəllimləri" qrupuna qoşula və müzakirələrdə iştirak edə bilər.

    ("Azərbaycan müəllimi", 7 sentyabr, 2012)


    Baxılıb: 2114 | Əlavə edib: isanai
    Copyright İsaNaida © 2024
    PYTHON 3.4
    ALPLogo
    Info-Ko
    Fəxr edirik


    Elan
    Bölmələr
    MÜSABİQƏ
    Azərbaycanda İKT
    Axtarış
    Video