Çərşənbə, 08.05.2024, 20:07
İnformatikanın məktəbdə tədrisi
Baş səhifə Qeydiyyat Giriş
e-mail: informatik-az@mail.ru · RSS
Menyu
Fotoşəkillər
Giriş forması
Sorğu
Müəllim kimi informatika dərslərində tez-tez istifadə edirəm:
Cavabların sayı: 9387
Faydalı keçidlər

  • ict.edu.az
  • ict.az
  • telekommunikasiya.edu.az
  • İnf-math.narod.ru
  • Millibyte.az
  • kayzen.az/blog/informatika
  • alqoritm.ucoz.org
  • mincom.gov.az
  • Facebook-da
    Təqvim
    «  Aprel 2011  »
    B.e.Ç.a.ÇC.a.CŞB
        123
    45678910
    11121314151617
    18192021222324
    252627282930
    Təqdimatlar
    Statistika

    Onlayn: 3
    Ziyarətçilərin sayı: 3
    Qeydiyyatdan keçənlərin sayı: 0


     
    Baş səhifə » 2011 » Aprel » 2 » Aprelin 1-də Qubada “Müasir texnologiyaların təhsildə tətbiqi” mövzusunda regional konfrans keçirilib.
    21:58
    Aprelin 1-də Qubada “Müasir texnologiyaların təhsildə tətbiqi” mövzusunda regional konfrans keçirilib.

    Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi tərəfindən təşkil olunmuş konfransda Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarının məktəb direktorları, təhsil şöbələrinin işçiləri, müəllimlər, eləcə də "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində Təhsil Nazirliyi ilə əməkdaşlıq edən Mədəd, Azedunet və Ultra şirkətlərinin nümayəndələri iştirak ediblər. Konfransa, həmçinin Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi sayəsində əldə olunmuş müsbət təcrübəni bölüşmək üçün Bakıdakı məktəblərdə çalışan İKT-nin tətbiqi üzrə aparıcı müəllimlər də qatılıblar.
    Konfransın açılış mərasimində çıxış edən Quba rayon təhsil şöbəsinin müdiri Süleyman Aslanov təhsilin həyatımızdakı vacib rolunu və müasir texnologiyaların tətbiqi vasitəsi ilə tədrisin daha yüksək səviyyədə təşkilinin mümkünlüyünü vurğulayıb. Onun sözlərinə görə, Quba rayonunda təhsildə İKT-nin tətbiqinə xüsusi diqqət yetirilir.
    Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Samir Məmmədov öz çıxışında Dövlət Proqramının komponentləri və bu sahədə görülmüş işlər haqqında ətraflı məlumat verib. O qeyd edib ki, bu istiqamətdə həyata keçirilən çoxşaxəli tədbirlər təhsildə İKT-nin sistemli tətbiqinin təmin edilməsinə yönəlib. Reallaşdırılan tədbirlərin məhz kadr potensialının inkişafına xidmət etdiyini bildirən S.Məmmədov ölkəmizdə təhsil sisteminin informasiyalaşdırılması məsələsinə xüsusi diqqət yetirildiyini vurğulayıb. S.Məmmədov müasir texnologiyaların tədris prosesində tətbiqi ilə bağlı məlumatların təhsil işçilərinə daha dolğun çatdırılması üçün digər regionlarda da belə konfransların keçiriləcəyini nəzərə çatdırıb.
    "Tədrisdə yeni imkanlar, dünya təcrübəsindən istifadə” mövzusunda təqdimatla çıxış edən "Mədəd” təşkilatının direktoru Elbrus Zərbəliyev Dövlət Proqramı çərçivəsində müəllimlərin cəlb olunduğu təlimlərə toxunub. E.Zərbəliyev Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərləri və 33 rayon üzrə 100-ə yaxın təlim mərkəzinin yaradıldığını bildirib. O, 250 təlimçinin apardığı bu təlimlərdə 55980 pedaqoji işçi və inzibati idarəetmə heyətinə treninqlər keçildiyini qeyd edib.
    Konfrans çərçivəsində "İnternet tədris vəsaiti kimi”, "Təhsildə elektron resurslar”, "Elektron təh  sil resursların yaradılması”, "Elektron məktəb layihəsi”, "Tədrisdə baş verən dəyişikliklər və öyrənmə imkanları” mövzularında seminarlar keçirilib. ( www.edu.gov.az saytın materialları əsasında)

    Baxılıb: 1894 | Əlavə edib: isanai
    Copyright İsaNaida © 2024
    PYTHON 3.4
    ALPLogo
    Info-Ko
    Fəxr edirik


    Elan
    Bölmələr
    MÜSABİQƏ
    Azərbaycanda İKT
    Axtarış
    Video