Cümə, 26.04.2024, 13:05
İnformatikanın məktəbdə tədrisi
Baş səhifə Qeydiyyat Giriş
e-mail: informatik-az@mail.ru · RSS
Menyu
Fotoşəkillər
Giriş forması
Sorğu
Müəllim kimi informatika dərslərində tez-tez istifadə edirəm:
Cavabların sayı: 9371
Faydalı keçidlər

  • ict.edu.az
  • ict.az
  • telekommunikasiya.edu.az
  • İnf-math.narod.ru
  • Millibyte.az
  • kayzen.az/blog/informatika
  • alqoritm.ucoz.org
  • mincom.gov.az
  • Facebook-da
    Təqvim
    «  Avqust 2015  »
    B.e.Ç.a.ÇC.a.CŞB
         12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    31
    Təqdimatlar
    Statistika

    Onlayn: 3
    Ziyarətçilərin sayı: 3
    Qeydiyyatdan keçənlərin sayı: 0


     
    Baş səhifə » 2015 » Avqust » 12 » 2019-cu ildə məktəblilərin Beynəlxalq İnformatika Olimpiadasının Azərbaycanda keçirilməsi ölkəmizə nə gətirəcək?
    14:51
    2019-cu ildə məktəblilərin Beynəlxalq İnformatika Olimpiadasının Azərbaycanda keçirilməsi ölkəmizə nə gətirəcək?

    2019-cu ilin yayında Bakıda əlamətdar hadisə baş verəcəyini desəm, səhv etmərəm. Bu –məktəblilərin Beynəlxalq İnformatika Olimpiadasıdır. İlk dəfə olaraq belə möhtəşəm tədbirə Azərbaycan sahiblik edəcək. Bu tədbir sözün əsl mənasında mühüm hadisə olacaq, çünki bu tədbirdə dünyanın ən istedadlı gəncləri iştirak edəcəklər. Bununla yanaşı, Bakıya informatika sahəsində tanınmış alimlər, olimpiada rəhbərləri, müəllimlər, İT mütəxəssisləri yığışacaqlar. Gələn il olimpiada Rusiyada, 2017-ci ildə İranda, 2018-ci ildə Yaponiyada və, nəhayət, 2019-cu ildə Azərbaycanda keçiriləcəkdir.

    Ümumiyyətlə, fənn olimpiadalarının keçirilməsində əsas məqsəd istedadlı, bəzən də fitri və qeyri-adi istedada malik şagirdləri üzə çıxartmaq, onları dünya ictimaiyyətinə tanıtmaqdır. Bununla yanaşı, 2019-cu ildə ölkəmizdə keçiriləcək Beynəlxalq İnformatika Olimpiadasının bəzi əhəmiyyətli cəhətlərini göstərmək olar.

    1. Əvvəla, bütün beynəlxalq tədbirlər kimi, bu tədbirin də digər cəhətləri ilə yanaşı, siyasi əhəmiyyəti vardır. I Avropa Oyunlarının Respublikamız üçün nə qədər əhəmiyyətli idisə, düşünürəm ki, bu il keçirilmiş Beynəlxalq Kimya və 2019-cu ildə keçiriləcək Beynəlxalq İnformatika Olimpiadalarının da bir o qədər əhəmiyyəti vardır.

    2. Beynəlxalq olimpiadada iştirak edən şagirdlər qeyri-adi, bəziləri isə hətta fitri istedada malik gənclərdir. Bu cür yüksək istedad sahibləri həyatda özlərini tez bir zamanda təsdiq edir və sürətli karyera qururlar. Bir neçə onilliklərdən sonra bu günün olimpiadaçıları dünya texnologiyalarının inkişaf trendini müəyyən edən alim, mütəxəssis və peşəkar proqramçılar kimi fəaliyyət göstərəcəklər. Onlardan bir çoxlarının gələcəkdə nüfuzlu beynəlxalq şirkətlərin rəhbərləri olacaqları da heç kimdə şübhə doğurmur. Dünyanın müxtəlif ölkələrindən bizə qonaq gələcək bu istedadlı gənclərdə vətənimiz barədə xoş təəssüratların yaradılması gələcəkdə onların nüfuzlu mütəxəssislər kimi müxtəlif biznes planları ilə ölkəmizə dönəcəklərinə və respublika iqtisadiyyatına xeyir verəcəklərinə inam yaradır.

    3. Azərbaycan neft ölkəsidir. Dövlət büdcəmizin əsasını da neftdən daxil olan gəlirlər təşkil edir. Hamıya aydındır ki, dünya bazarlarında neftin qiymətinin ölkə iqtisadiyyatına təsirini minimumu endirmək üçün ilk növbədə yerli istehsalı inkişaf etdirmək, başqa sözlə texnoloji inkişafa üstünlük vermək tələb olunur. Ölkə təhsil sistemində informatika fənninin və informasiya-kommunikasiya texnologiyaların tədrisi lazımi səviyyədə olmadan buna nail olmaq mümkün deyil. Misal üçün Yaponiya, Cənubi Koreya ölkələrinin təcrübələrini göstərmək olar. Həmin ölkələrdə İT sektorunda çalışanlara, ümumiyyətlə, proqramçılara böyük tələbat və dəstək vardır. Bu baxımdan olimpiada informatika fənninin əhəmiyyətini lazımi qurumlara bir daha nümayiş etdirə bilər.

    4. Olimpiadanın başlanmasına qalan müddət ərzində, yəni 2019-cu ilə qədər həyata keçiriləcək tədbirlər bu fənnə son zamanlar formalaşmış ədalətsiz münasibəti prinsipial olaraq dəyişə bilər. İnformatikanı elm deyil, sadəcə texnologiya hesab edən məmurlar şəxsi məlumat bazalarındakı çatızmazlıqları doldurmaq şansını əldə edəcəklər.

    5. İnformatikanın tədrisi ilə məşğul olan dünyanın ən qabaqcıl mütəxəssislərinin diqqəti ölkəmizə yönələcək və onlardan bir çoxları da ölkəmizə qonaq gələcəklər. Bu,  Azərbaycanın intellekt məkanına çevrilməsinə yardım edə bilən faktorlardandır. Digər tərəfdən isə olimpiada beynəlxalq tədbirləri yüksək səviyyədə keçirmək təcrübəsinə malik olan ölkəmizə yüksəkixtisaslı proqramçıların axınına təkan verə bilər.

    6. Ölkəmiz təkcə nefti ilə deyil, yetişməkdə olan intellektual gəncliklə də fəxr etmək imkanı qazanır. Olimpiadaya hazırlıq prosesi, lazımi təbliğatın aparılması, məktəblilər arasında xüsusi proqramla istedadlı şagirdlərin olimpiadaya hazırlaşdırılması nəticəsində olimpiada bitdikdən sonra da həmin şagirdlərin ixtisas seçimlərinə təsir edəcək və gələcəkdə yüksəkixtisaslı mütəxəssislərin yaranmasına öz təsirini göstərəcəkdir.

    Qeyd etmək istərdim ki, Beynəlxalq İnformatika olimpiadasının Azərbaycanda keçirilməsində ən böyük qələbəni İnformatika elmi qazanacaqdır. 

    İsayeva Naidə, əməkdar müəllim, İnformatika dərsliklərinin həmmüəllifi.

    Baxılıb: 1633 | Əlavə edib: isanai
    Copyright İsaNaida © 2024
    PYTHON 3.4
    ALPLogo
    Info-Ko
    Fəxr edirik


    Elan
    Bölmələr
    MÜSABİQƏ
    Azərbaycanda İKT
    Axtarış
    Video