Şənbə, 04.05.2024, 02:11
İnformatikanın məktəbdə tədrisi
Baş səhifə Qeydiyyat Giriş
e-mail: informatik-az@mail.ru · RSS
Menyu
Fotoşəkillər
Giriş forması
Sorğu
Müəllim kimi informatika dərslərində tez-tez istifadə edirəm:
Cavabların sayı: 9382
Faydalı keçidlər

  • ict.edu.az
  • ict.az
  • telekommunikasiya.edu.az
  • İnf-math.narod.ru
  • Millibyte.az
  • kayzen.az/blog/informatika
  • alqoritm.ucoz.org
  • mincom.gov.az
  • Facebook-da
    Təqvim
    «  Yanvar 2013  »
    B.e.Ç.a.ÇC.a.CŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031
    Təqdimatlar
    Statistika

    Onlayn: 1
    Ziyarətçilərin sayı: 1
    Qeydiyyatdan keçənlərin sayı: 0


     
    Baş səhifə » 2013 » Yanvar » 16 » "1 şagird:1kompüter" müsabiqəsi elan edildi.
    22:42
    "1 şagird:1kompüter" müsabiqəsi elan edildi.



    Azərbaycan Respublikası Təhsil Nazirliyi yanvarın 10-da "1 şagird:1 kompüter” müsabiqəsinin başlanmasını elan edib. Müsabiqənin məqsədi informasiya-kommunikasiya texnologiyalarına (İKT) əsaslanan fərdiləşmiş təhsilin formalaşması, eləcə də "1 şagird:1 kompüter” layihəsi çərçivəsində netbukların daha səmərəli istifadəsinə hazır olan müəllimlərin və məktəblərin seçilməsidir.İki mərhələdə keçiriləcək müsabiqə üzrə qaydalar www.musabiqe.edu.az ünvanında yerləşdirilib. Təqdim edilmiş layihələrin qiymətləndirmə meyarları bunlardır: layihənin tədris məqsədləri üçün praktik əhəmiyyəti, metodiki baxımdan işlənmə səviyyəsi, materialların texniki-texnoloji cəhətdən rahat, aydın və anlaşıqlı təsviridir.Müsabiqədə iştirak etmək istəyənlər fevralın 8-dək layihələrini təqdim edə bilərlər.Qeyd edək ki, müsabiqədə qalib gəlmiş müəllimlərin bir sinfinin şagird kollektivinə netbuklar təqdim olunacaq. Hər bir qalib müəllim tədris etdiyi sinifdə şagirdlərin sayı qədər netbuklar əldə edəcək. Məktəblərə netbukların verilməsinin müsabiqə formatına keçirilməsi Azərbaycanın təhsil sistemində ilk təcrübədir. Bu format "1 şagird:1 kompüter” layihəsi çərçivəsində texnologiyalara daha böyük maraq göstərən təhsil müəssisəsinə netbukların verilməsini nəzərdə tutur və müəllimlərin İKT biliklərinin tədris prosesində istifadəsi üçün motivasiyalaşdırır. (mincom.gov.az saytının materialları əsasında).


    Baxılıb: 2103 | Əlavə edib: isanai
    Copyright İsaNaida © 2024
    PYTHON 3.4
    ALPLogo
    Info-Ko
    Fəxr edirik


    Elan
    Bölmələr
    MÜSABİQƏ
    Azərbaycanda İKT
    Axtarış
    Video