Müsabiqə onlayn keçirilir. Elan olunmuş gündə saat 10-00 informatik.az saytında tapşırıq əks olunur.
Şagirdlərə 3 saat vaxt ayrılır. 3 saat ərzində şagird SketchUp proqramında verilmiş obyektin (bina, arxitektur abidə) üçölçülü modelini hazırlamalıdır.
Saat 13-00 (3 saatdan sonra) şagirdlər işlərini dayandırır. Yarım saat ərzində iştirakçıların işləri (hər skechup-faylın adı şagirdin soyadı, adı və məktəbin nömrəsindən ibarət olmalıdır) google_sketchup@mail.ru ünvana göndərilməlidir. Göstərilən vaxtdan gec göndərilən işlər qiymətləndirməyə buraxılmır.
İşlər aşağıdaki meyarlar əsasında müssiflər tərəfindən qiymətləndirilir.
orijinal obyektə uyğunluq dərəcəsi: 0 - 10 bal arası
işin tamlığı: 0 - 10 bal arası
işin səliqəli yerinə yetirilməsi: 0 - 10 bal arası
Qiymətləndirmə nəticələri informatik.az saytında yerləşdirilir. 1, 2 və 3 yer tutan şagirdlərə diplom və hədiyyələr təqdim olunur. Bütün iştirakçılar iştirakçı sertifikatı alır.