Pascal dili yüksək səviyyəli proqramlaşdırma dilidir və Azərbaycanın ümumtəhsil məktəblərində informatika dərslərində 9 sinifdə tədris olunur. Əlbəttə, digər dilər, məsələn, C# и Java, proqram kodları yazmaq üçün daha əlverişlidir. Məktəbdə Pascal dili tətbiq üçün yox, məhz proqramlaşdırmanın əsaslarını öyrətmək üçün tədris olunur. Onun üstünlükləri odur ki, o, qavraması üçün sadədir və istifadəçi tərəfindən səhv yazılmış kod kompüter sisteminə ziyan gətirmir.
Pascalda proqramları yazmaq üçün xüsusi proqramlaşdırma mühiti olmalıdır. Əgər sizdə bu proqram yoxdursa, onu İnternetin müəyyən saytlarından və ya bu saytın "Proqram təminatı" bölməsindən yükləyə bilərsiniz. Bu səhifədə Pascal dilində yazılmış bəzi sadə məsələlərin kodları göstərilib.
1. N natural ədədinin rəqəmlərini çap edin.
mod və div funksiyalardan istifadə edərək, Pascal dilində bu məsələnin həllini belə göstərmək olar.
var n:integer; begin write('Ededi daxil edin: '); readln(n); repeat writeln(n mod 10); // ədədin sonuncu rəqəmini çıxarır n:= n div 10; // sonuncu rəqəmi silir until n=0; readln end.2. Natural N ədədinin birinci və sonuncu rəqəmlərinin cəmini tapın.
var a, b, sum, n: longint; begin readln(n); a := n mod 10; n := n div 10; while n > 0 do begin b := n mod 10; n := n div 10; end; writeln(a+b); readln; end.
1. K ədədi daxil olunur. Tələb olunur: K dərəcəli Armstronq ədədləri çap etmək.
Həlli: (264 saylı məktəbin müəllimi Əhmədova Mətanət)
var
k,q,j:integer;
i,n,d,d1,s,p:longint;
begin
readln(k);
d:=round(exp((k-1)*ln(10)));
d1:=d*10-1;
for
i:=d to d1 do
begin
n:=i;s:=0;
repeat
q:=n mod 10;
p:=q;
for
j:=1 to k-1 do
p:=p*q;
s:=s+p;
n:=n div 10;
until n=0;
if s=i then
writeln(i);
end;
end.
1. A və B massivləri verilmişdir. Əlavə massivdən
istifadə etmədən massiv elementlərinin yerini dəyişdirin.
Nümunə :
a(2,5,7,0,12)
b(6,1,34,9,8)
çıxış
a (6,1,34,9,8)
b (2,5,7,0,12)
Həlli: (264 saylı məktəbin müəllimi Əhmədova Mətanət)
Bu məslənin həlli çox sadədir. Riyaziyyatdan bir qaydanı tətbiq edək. Yəni əlavə dəyişəndən istifadə etmədən dəyişənlərin qiymətlərini dəyişdirək.
Fərz edək ki, a:=5; b:=3; Tələb olunur ki, əlavə dəyişəndən istifadə etmədən a:=3 ; b:= 5 olsun.
Bunun üçün a:=a+b (a=5+3=8 ; a=8)
b:=a-b (b=8-3=5 ;b=5)
a;=a-b (a=8-5=3;a=3)
yazmaq kifayət edər.Beləliklə, a= 3 ; b= 5 aldıq. Bu qaydanı massiv elemtlərinə tətbiq edərək, iki massiv elementlərinin qiymətlərini dəyişmiş olarıq.
a,b :array[1..5] of integer;
begin
for i:=1 to 5 do
read(a[i],b[i]);
writeln('a massivi ilkin');
for i:=1 to 5 do
write(a[i],' ');
writeln;
writeln('b massivi ilkin');
for i:=1 to 5 do
write(b[i],' '); writeln;
for i:=1 to 5 do
begin
a[i]:=a[i]+b[i];
b[i]:=a[i]-b[i];
a[i]:=a[i]-b[i];
end;
writeln('a massivi son');
for i:=1 to 5 do
write(a[i],' ');
writeln;
writeln('b massivi son');
for i:=1 to 5 do
write(b[i],' ');
end.