4 rəqəmli natural ədəd verilmişdir. Onun palindrom ədəd olduğunu təyin edin.
Qeyd edək ki, tam ədəd o zaman palindrom sayılır ki, soldan - sağa və əksinə eyni cür oxunur, məs, 2332 ədədi palindrom sayılır.
Əgər dördrəqəmli ədəd palindromdursa, onda onun soldan birinci rəqəmi dördüncüyə, ikinci rəqəmi isə üçüncüyə bərabər olmalıdır.
Alqoritm quraq: bütün rəqəmləri seçirik. Soldan birinci rəqəmin
dördüncüyə; ikinci rəqəmin isə üçüncüyə bərabər olması şərtini
yoxlayırıq. Əgər bərabərlik ödənilərsə, verilən ədəd palindromdur.