Cümə, 03.05.2024, 21:45
İnformatikanın məktəbdə tədrisi
Baş səhifə Qeydiyyat Giriş
e-mail: informatik-az@mail.ru
Menyu
Fotoşəkillər
Giriş forması
Sorğu
Müəllim kimi informatika dərslərində tez-tez istifadə edirəm:
Cavabların sayı: 9382
Faydalı keçidlər

  • ict.edu.az
  • ict.az
  • telekommunikasiya.edu.az
  • İnf-math.narod.ru
  • Millibyte.az
  • kayzen.az/blog/informatika
  • alqoritm.ucoz.org
  • mincom.gov.az
  • Facebook-da
    Təqdimatlar
    Statistika

    Onlayn: 2
    Ziyarətçilərin sayı: 2
    Qeydiyyatdan keçənlərin sayı: 0


     Qonaq kitabı
    Baş səhifə » Qonaq kitabı [ Yazını əlavə etmək ]

    Страницы: « 1 2 3 4 5 6 7 8 »
    Показано 46-60 из 111 сообщений
    66. Seymur 6b   (12.01.2012 10:45)
    Çox sağ olun Naida müellime,testi tertib edenler ise mene A) variantının doğru olduğunu israrla deyirler,men ise C) variantini düşünürdüm.Təşəkkür edirem size çox.

    65. Seymur 6b   (10.01.2012 07:14)
    Salam Naida müəllimə.Testə düşmüş sualların imində bir sualda çətinliyim var.Sual belədir: Yaddaşda olan faylı necə açmaq olar?
    A) Faylın nişanını seçərək, üzərində mausun sol düyməsini 1 dəfə klikləməklə
    cool Faylın nişanının üzərində Enter düyməsini klikləməklə
    C) Faylın nişanının üzərində mausun sağ düyməsini klikləyərək, açılan kontekst menyusunda Open əmrini icra etməklə
    Xahiş edirəm düzgün variantı qeyd edəsiniz.Çox sağ olun...
    Cavab: Əvvəla, testi tərtib edənlər düzgün terminlərdən istifadə etməmişlər. Düzgün cavaba gəldikdə isə bu - C variantıdır.

    64. Niyameddin   (05.01.2012 21:36) E-mail
    Salam, mən oz komputerimde PowerPoint-de teqdimat hazirladim. Hemin teqdimatlar;n ad hissesi yashil rengde oldu, sonradan men hemin teqdimatlari aca bilmedim. Bu problem butun senedlere aid oldu hansinin adi yashil rengde oldusa acilmir evezinde OK gelir. Bun u nece aradan qaldira bilerem. Onuda qeyd edimki bu problem komputerin kodun disk vasitesile sindirdiqdan sonra oldu. Cavabiniza gore minnetdariq
    Cavab: Niyaməddin m. Siz Microsoft Office paketini kompyuterdən silib, yenidən yükləyin.Ola bilsin ki, proqramın nastroykası: bəzi komponentləri və ya şablonu dəyişilib.

    63. Aysel   (03.01.2012 01:34)
    Naida m. mən 7-ci sinfin açıq dərsində şagirdlər üçün qiymətləndirməni nece hazırlaya bilerem? Qrupları qiymətləndirmək üçün nə hazirlayım??? Neden istifadə edim ki yekun qiymət də hesablansın? Dərsin gedişatı üçün hər bir materialım hazirdi demək olarki,qiymətləndirmədə çətinlik çəkirəm. Nə məsləhət verərdiniz? Xahiş edirəm kömək edin. Əvvəlcədən təşəkkürümü bildirirəm.
    Cavab: Aysel m. salam. Həm qrupun, həm də fərdi Qiymətləndirməni aparsanız daha yaxşı olar. DƏrsin mərhəllərinə görə hər qrupa bal verə bilərsiniz, dərsin sonunda isə hər qrupun içində fəal şagirdləri də ya siz özünüz, ya da şagirdlər seçə bilər. Qiymətləndirməni Excel proqramda hazırlasanız, yaxşı olar.

    62. Çingiz   (01.01.2012 10:31) E-mail
    Salam Naidə xanım.8-ci sinif informatika kitabında verilmiş alqoritmik dil funksiyalarını hansı programlaşdırma mühitində yoxlamaq olar?
    Cavab: Bu dilin proqramlaşdırma mühitini 80-ci illərdə rus proqramçılar hazırlamaq istəyirdilər, amma iş yarımçıq qaldı. Məktəb dili daha çox alqoritmlərin tərtibi üçün nəzərdə tutulur. Kompyuterdə proqramları hazırlayıb, buraxmaq üçün 8 sinifdə mən LOGO dilini məsləhət görərdim. Saytda LOGO-2 yükləyə bilərsiniz. Komandaları həm rus, həm də ingilis dilində yazmaq olar.

    61. Cəsarət Əzimov   (27.12.2011 15:57) E-mail
    SaLam Naidə Xanım Mənim saytımı da Şagirdlərin yaradıcılığı bölməsinə əlavə ede bilersiniz?
    http://3G.Goo.Az
    Saytinizi Datalife Engine ile qursaydiniz cox Gozel Olardi...
    Xahis edirem Saytimi Şagirdlərin yaradıcılığı bölməsinə elave edesiniz.
    Cavab: Əlavə edərəm.

    60. Yusif   (13.12.2011 20:25) E-mail
    Salam Naide xanim men riyaziyyat dersderine baxmaq isteyirem powirpoinde amma tapib baxa bilmirem.Cavabinizi gozleyirem.
    Cavab: Siz bu saytda "Fənn müəllimlərinin elektron resursları" bölməsinə keçin http://www.informatik.az/index....-30

    59. Shamsi Muellim   (10.12.2011 23:20) E-mail
    Salam sayti PHP DE yigsaydiniz dahada yaxsi olardi. yuxari panelde flashda olsa dizayni ela olardi.Bu ucoz dur
    Cavab: Bəli, mən sizinlə razıyam. Bu sayt ucozda yığılıb. Bu saytın məqsədlərindən gəlir - müəllimlərə yardım üçün dərs üçün materialları, dərslikləri, proqram təminatını yerləşdirmək. Saytı sıfırdan yığmaq üçün vaxt tələb olunur.

    58. Aysel   (24.11.2011 23:28)
    Naidə müəllimə 4 sinif metodik vəsait yox,3 sinif metodik vəsait olar???Çox sağ olun müəllimə nə yaxşı ki, varsız.
    Cavab: Aysel m. İbtidai siniflər üçün metodik vəsaitlərinin hamısının elektron variantını pdf formatda saytın "İnformatika dərslikləri" bölməsindən yükləyə bilərsiniz.

    57. Konul   (24.11.2011 15:50)
    "3D-qrafika" termininde D herfi neyi bildirir?
    Cavab: "D" hərfi "dimension" ingilis sözünün qısa formasıdır. "Ölçü" deməkdir.3D - 3-ölçülü deməkdir.

    56. Aysel   (24.11.2011 12:13)
    Mən "Lazarus" proqramı əsasında açıq dərs vermək istəyirəm Naida müəllimə.Mimio lövhəmiz isə yoxdur.
    Cavab: Aysel m. Onun üçün Mimio interaktiv lövhə lazım deyil. Proyektor olsa, bəs edər.

    55. Aysel   (23.11.2011 16:15)
    Salam.Mən 7-ci siniflərdə açıq dərs vermək istəyirəm bu il.Ama istəyirəm açıq dərsim rəhbərlik tərəfindən bəyənilsin,diqqət çəksin.sizcə açıq dərsimə nə əlavələr edə bilərəm?yeni maraqlı bir şey kimi qarşılansın və müsbət alqışlansın...Xahiş edirəm mənə məsləhət verərdiniz...
    Cavab: Aysel m. Siz açıq dərsi "Google Sketch Up" proqramı əsasında hazırlasanız, mənimcə maraqlı olar. Əgər sinifdə Mimio lövhəsi var, ondan istifadə edib, test hazırlamaq olar, yoxdursa, proyektor vasitəsilə dərsi başa salıb, tədqiqatı isə qruplarla kompüterlərdə təşkil etsəniz, daha maraqlı olar. Hər qrupa ayrı-ayrı tapşırıqlar vermək olar ki, nəticə dərsin məqsədlərini əhatə etsin.Nümunə üçün 4 sinif metodik vəsaitini əldə edin və dərslərin quruluşu ilə tanış olun.

    54. Tünzale m.   (23.11.2011 14:24)
    Naida müellime Powerpoint-də test haqqında yazdıqlarınızı nümunə üzərində göstere bilərsinizmi? Çətinlik çəkirəm nəsə yenə. Cavablandırdığınız üçün təşəkkürümü bildirirəm.
    Cavab: 6-ci sinif dərsliyinə baxın.

    53. Sabina   (23.11.2011 13:40)
    Salam Naida xanim.komputerdə word-də yazı yazmaq istərkən hərfləri basanda müftəlif əmrlər gəlir ekrana.məs R hərfini basdiqda run əmri ekrana gəlir,B hərfini basdıqda sənədi aşağı verir və s. Bu nə üçün baş verir?Xahiş edirem cavab yazın.Çox sağ olun...
    Cavab: Bəlkə klaviaturanın klavişlərinin digər funksiyaları təyin olunub. Onun üçün proqramın menyu sətrində Сервис- Исправить текст və ya Сервис-Настройки bəndini seçin və orada boksları yoxlayın.

    52. Sabir   (23.11.2011 11:26) E-mail
    Çox sağ olun Naida m.bunu nece teyin edim bes hansi sebebdendir?
    Cavab: Əvvəl baxın sizdə DVD disklər oxunur ya yox. Sonra digər səbəbləri də araşdıra bilərsiniz.


    Ad *:
    Email:
    WWW:
    Kod *:
    Copyright İsaNaida © 2024
    PYTHON 3.4
    ALPLogo
    Info-Ko
    Fəxr edirik


    Elan
    Bölmələr
    MÜSABİQƏ
    Azərbaycanda İKT
    Axtarış
    Video