iİnformatikanın məktəbdə tədrisi
6 aprel 2012 1495

"Sosial servislərin tədris prosesində rolu" adlı Dəyirmi masa keçirilib


5 aprel 2012-ci il Multimedia Mərkəzi tərəfindən "Sosial servislərin tədris prosesində rolu”  mövzusunda Dəyirmi Masa  keçirilib.  Tədbir Mərkəzin həyata keçirdiyi   "Sosial servislərin pedaqoji imkanlarından effektiv istifadə mexanizmlərinin hazırlanması və İKT- dən istifadə edən müəllimlərin peşəkarlığının artırılmasına dəstək” Layihəsi çərçivəsində baş tutub.

Dəyirmi Masada Mərkəzin direktoru, AİF prezidenti Osman Gündüz və Təhsil sisteminin informasiyalaşması idarəsinin şöbə müdiri Ramil Süleymanovun mövzu ətrafında təqdimatları olub. Təqdimatlarda İnternetdə mövcud olan müxtəlif sosial resursların tədris məqsədləri üçün  istifadəsi imkanlarına, İnternet texnologiyalardan təhsil daha effektiv istifadəsi məsələlərinə, beynəlxalq təcrübəyə və mövcud problemlərə  geniş yer ayrılıb. (xeberler.az)

"Sosial servislərin tədris prosesində rolu" adlı təqdimatla tanış ola bilərsiniz.
Təqdimat