İnformatika müəllimləri üçün müsabiqə elan olunur

AMEA İnformasiya Texnologiyaları İnstitutu və "Bakı” nəşriyyatı ümumi təhsil məktəbləri üçün "İnformatika” dərslikləri əsasında hazırlanmış
"Ən yaxşı videotədris resursu”
müsabiqəsi elan edir.
Müsabiqədə 1-ci, 2-ci və 3-cü yerləri tutan müəllimlərə diplom və qiymətli hədiyyələr təqdim olunacaq.
Müsabiqəyə 2012-ci ilin sentyabr ayının sonunda yekun vurulacaq.
Videodərsləri bu proqramların birindən istifadə etməklə hazırlaya bilərsiniz:
1. Camtasia studio
2. UV ScreenCamera
3. Jing
4. Wink
5. Tipkan
6. Total Screen Recorder
7. VirtualDub
Hazırlanmış videomaterial MPEG və ya FLV formatında [email protected] ünvanına göndərilməlidir.
Dərslər www.informatik.az saytında yerləşdiriləcək. Əlavə məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.
Müsabiqənin təşkilat komitəsinin rəhbərliyi: Rasim Əliquliyev, Ramin Mahmudzadə, İsmayıl Sadıqov, Zaur İsayev