iİnformatikanın məktəbdə tədrisi

Sual-cavab

64 sual
18-ci sinifdə praktiki dərsləri necə təşkil etmək lazımdır?
8-ci sinifin dərsliyində 5 praktiki iş verilib. Bu əlbəttə ki azdır. Mümkün qədər, şagirdləri kompüterdə işlətmək lazımdır. "Proqramlaşdırma" bölməsini tədris edərkən şagirdlər kompüterdə LOGO mühitində işləyə bilərlər. Bu şagirdlərə icraçılara komandalar verib - nəticə görməyə imkan verəcək, həm də proqramlaşdırmaya həvəs oyandıracaq. İnternetdə pulsuz proqramlar tapmaq olar : "Robot", "Чертежник". Bu proqramların mühitində icraçıları müəyyən komandaları verməklə, idarə etmək olur.
Əgər məktəb İnternetə qoşulub, onda "kommunikasiya texnologiyaları" bölməsini keçərkən yenə dərsləri İnternetdən istifadə etməklə təşkil etmək olar. Şagirdlər axtarış sistemlərdən istifadə edib, müəllim tapşırdığı materiallar tapa bilər, hər şagird özü üçün e-mail aça bilər, həm də bir-biri ilə məktublaşa bilər.
2İbtidai siniflərdə informatika dərslərini kim tədris etməlidir?
İbtidai siniflərdə İnformatika dərslərini  İKT  və fəal təlim kurslarından keçmiş ibtidai sinif müəllimləri tədris etməlidir. Əgər ibtidai müəllimin peşəkarlığı buna imkan vermirsə, onda 1-4 siniflərdə İnformatika dərslərini  informatika müəllimi tədris edə bilər.
3Kompyuterlə təchiz olunmayan məktəblərdə informatika dərsləri necə tədris olunmalıdır?
Əlbəttə, məktəbdə kompyuterlərin olması informatika fənninin tədrisinə çox kömək edir. Demək olar ki, əlavə əyani vəsaitə ehtiyac qalmır ( proyektor, smart lövhələr istisna olmaqla). Lakin əgər hansısa məktəbdə kompyuterlər yoxdursa və ya onların sayı azdır, onda müəllim  informatika dərslərini kompyutersiz keçirilməsini təşkil etməlidir. Bunun üçün otaqda əyani vəsaitlər, plakatlar olmalıdır. Əlbəttə, bəzi mövzuları keçərkən, dərsin keyfiyyəti az olacaq, amma çalışmaq lazımdır ki, şagirdlərin kompyuterin tərkib hissələrindən məlumatı olsun, klaviaturanın klavişlərini tanısınlar, əsas klavişlərin təyinatını bilsinlər, hətta, dərsə klaviatura, siçan qurğusunu gətirib, şagirdlərə onlarla işləməyi öyrətmək olar.
4İnformatika dərslərində proqramıaşdırmanın tədrisinə nə ehtiyac var?

Mən hesab edirəm ki, məktəbdə informatika dərslərində proqramlaşdırmanı keçmək - gələcəkdə proqramist olmaq demək deyil. Məktəbdə şagirdlərə əsas ilkin biliklər verilir. Proqramlaşdırmanın keçirilməsinin əsas məqsədi - şagirdlərdə alqoritmik təfəkkür formallaşdırmaqdır. Fərgi yoxdur hansı dil onun üçün istifadə etmək - Pascal, Delfi, və ya Basic. Ən əsası odur ki, şagird ona verilmiş sadə məsələnin həlli alqoritmini tərtib etməyə bacarsın. Pascal proqramlaşdırma dili məhz onun üçün 1971-ci ildə yaradılmışdır. Hal hazırda bizim məktəblərimizin 9-ci siniflərində bu dilin əsasları tədris olunur. Çeşidləmə məsələləri, massivlərlə iş, ədədin rəqəmlərinə aid məsələlər kompyuterin imkanlarını - sürətlə işləməsini, böyük həcmdə variantlardan birini seçilməsi və s. çox yaxşı göstərir. Misalları nə qədər düzgün seçilsə, bir o qədər də şagirdlərdə proqramlaşdırmaya maraq oyanacaq.
Bir məqam da var. Əgər müəllim  proqramlaşdırmanı bilmir və həm də öyrənmək istəmirsə, onda o çətinliklə şagirdlərə onun mahiyyətini başa sala bilər.
5Nə üçün Azərbaycan məktəbliləri İnformatika üzrə Beynəlxalq olimpiadalarında uğur qazana bilmir?
Onun üçün  vəsait  və Beynəlxalq olimpiadaların məsələləri ilə tanış olan professional müəllim kadrları lazımdır. Çox təəssüf ki, Respublikamızda hal-hazırda İnformatika Beynəlxalq Olimpiadasına istedadlı şagirdləri bir neçə müəllim hazırlayır. Mən hesab edirəm ki, bu iş Təhsil Nazirliyi səviyyəsində təşkil olunmalıdır və şagirdlərlə sistematik  onun üçün ayırılmış müəllimlər məşğul olmalıdır.
6Müstəqil olaraq proqramlaşdırmanı necə öyrənmək olar?

Saytın "Proqramlaşdırma" bölməsində proqramlaşdırma saytlarına istinadlar verilib. Saytların çoxusunda məsələlər sadədən mürəkkəbə doğru yerləşdirilib. Məsələni həll edərkən, onun həlli alqoritminə (proqram koduna) baxa bilərsiniz, və hətta, elə saytlar var ki http://acmp.ru/ , http://acm.timus.ru/   -  onlara göndərilmiş proqram on-line yoxlanılır və  cavab göndərilir. Saytda proqramlaşdırma dillərini müstəqil öyrənmək üçün elektron kitablar yerləşdirilib. Siz onları öz kompyuterinizə yükləyib, dili öyrənib, həmin dildə proqramlar tərtib edə biərsiniz.
7İnformatikanı aşağı siniflərdə tədris edilməsinin nə əhəmiyyəti var? Olmazmı ki, bu fənn yalmız 9, 10 və 11-ci siniflərdə tədris olunsun?
Biz çevik və sürətlə dəyişən dünyada yaşayırıq. Hər bir insan istəyindən asılı olmayaraq, informasiya proseslərində iştirak edir.  Onun üçün də hər kəs informasiyanın böyük axınına hazır olmalıdır və informasiyanın savadlı istifadəsini təşkil etməlidir. Azərbaycan digər ölkələr kimi informasiya cəmiyyəti qurur. Uşaqların informasiya cəmiyyətində yaşamağa psixoloji hazırlıqı məktəbin ilk günlərindən başlamalıdır. Bununla bərabər şagirddə alqoritmik təfəkkür və məntiqi düşüncə formallaşdırmaq çox vacibdir.

Nəzərə alsaq ki, intellektin ən intensiv inkişafı  kiçik yaşlarda (6-7 yaş arası) daha yaxşı gedir, informatikanın tədrisi də bu yaşlardan başlamalıdır. Uşaqların bu yaş dövrlərində əyani-obrazlı təfəkküri  söz-məntiqli təfəkkürlə əvəz olunur, yaddaşları təkmilləşir, hər obyektə differensial yanaşma müəyyən olunur. Yuxarı siniflərdə alqoritmik təfəkkürün təməlini qoymaq artıq gecdir. Ona görə də informatikanın tədrisi yuxarı siniflərdən aşağı siniflərə keçirilib.

8Şagird müstəqil olaraq informatika olimpiadasına hazırlaşa bilərmi?
İnformatika üzrə keçirilən Beynəlxalq  olimpiadaların məsələləri Respublika, şəhər olimpiada turlarının məsələlərindən xeyli fərqlənir. Xüsusi hazırlıq olmadan, müstəgil kitablarda, veb-səhifələrdə verilmiş məsələlərin alqoritmlərini qurmaqla Beynəlxalq olimpiadasına hazırlaşmaq çox çətindir.
9Məktəbdə informatika fənnini kompüter olmadan tədris etmək nə dərəcədə düzdür?
Əlbəttə, kompüter olmasa, informatikanı tədris etmək çətindir. Lakin nəzərə alsaq ki, informatika fənnin məzmunu iki əsas hissədən ibarətdir - nəzəri və praktiki, onda belə vəziyyətdə ancaq nəzəri hissəsi tədris olunur. Tədbiqi proqramlar da şifahi öyrədilir. Əgər məktəbin yaxınlığında İnternet klub və ya kompüter mərkəzi varsa, şagirdləri ora aparıb, praktik məşğələləri həmin yerlərdə aparmaq olar. Bəzi şagirdlərin evlərində kompüter varsa, praktiki işləri ev tapşırığı kimi evə də vermək olar. Şagirdlər evdə tapşırığı yerinə yetirib, onu fleş-yaddaşa yazıb, məktəbə gətirə bilərlər. Müəllim işlərə baxıb, qiymətləndirir.
10Yaxşı informatika müəllimi olmaq ücün nə etmək lazimdir? Yeniliklərdən vaxtında xəbərdar olmaq ücün nə etməli? Hansi saytlara müraciət etməli? Hansı proqramlaşdırma dillərini öyrənməli?

Yaxşı informatika müəllimi olmaq üçün daim öz üzərinizdə işləmək lazımdır. İnformatika fənni digər fənlərdən fərqli olaraq sürətlə inkişaf edir. Bu gün aktual olan material, sabah köhnəlir, bu gün biz müəyyən tətbiqi proqramlarda işləyirik, sabah isə yeni proqramlar çıxır və onları da öyrənmək lazım gəlir. Proqramlaşdırma dilləri sürətlə təkmilləşir, təzələnir və təbii ki, köhnəlir.
Bir neçə il əvvəl məktəblərdə Basic dilinin əvəzinə Pascal dilini tədris etməyə başladıq. Bu gün Pascal sürətlə köhnəlir və bu dildə proqramlaşdırmaq istəyənlər getdikcə azalır. Rusiya, Qazaxstan məktəbləri artıq C və Delphi dillərinə keçmişlər.
Bir sözlə, informatika müəllimi daim yeniliklərin içində olmalı və daim yeni məlumatlar əldə etməlidir. Bunun üçün İnternetdən istifadə etmək, Facebook-da "İnformatika müəllimləri" qrupun üzvü olmaq, informatik.az saytının məlumatlarını izləmək, kitab mağazalarında yeni çıxan İKT-ə aid kitablar əldə etmək lazımdır.
Biz bu məqsədlə saytımızda çoxlu faydalı linklər yerləşdirmişik. Bu saytlarda yeni, maraqlı və  lazımlı informasiyalar əldə etmək olur. Biz özümüz də yeni məlumatları  bu saytlardan əldə edirik.
Saytımızda çoxlu sayda elektron dərsliklər yerləşdirilib. Onları öz kompüterinizə endirib, oxumaq və tanış olmaq lazımdır.
Biz həmişə sizin suallarınıza cavab verməyə və məmnuniyyətlə, öz təcrübəmizlə bölüşməyə hazırıq.
Yazın, soruşun. Bir-birimizlə əlaqə saxlayaq.
11HTML dilində bütün teqlərin izahını haradan əldə edə bilərəm?
HTML dilinə aid bütün teqlərin izahatını HTML dilinə aid müxtəlif kitablardan  əldə edə bilərsiniz və ya İnternetdə "язык HTML" sorğusunu versəniz, çoxlu veb-səhifələrə istinadlar çıxacaq.
Buradan HTML dilinə aid (azərbaycan dilində) tədris vəsaitini yükləyə bilərsiniz.
HTML əsasları
12Paskal proqramlaşdirma dilində calışmalar(muəllimlər üçün) necə əldə etmək olar
Pascal dilinə və proqramlaşdırmaya aid kitabları (rus dilində) saytın "Elektron kitablar"  və "İnformatika fənn olimpiadası" bölmlərindən yükləyə bilərsiniz.
13c++ dilinde standart,struktur,funksional ve mentiqi programlashdirma bu movzular haqda nese yaza bilersiz muhazire?
Bu dil barədə məlumat istəyirsinizsə, e-mail i mənə göndərin, mən sizə bu ünvana "C++ для чайников" kitabı göndərim.
14XI sinifdə Layihələri necə hazırlamalı
Bütün layihələrin necə hazırlanması 11 sinif dərsliyində verilib. Layihəni təqdim etmək üçün PowerPoint və ya digər proqramından istifadə etmək olar.
15Salamlar. Mənə doc ve ya pdf formatdan elektron kitabin duzeldilmesi uchun proqram lazimdi. chm ve ya exe tipli kitablar. Zəhmət olmasa proqun adini ve download elemek uchun linki de deyerdiniz. Onceden teshekkurler.
ChmBookCreator  adlı proqram tapın və yükləyin.
16Ms Dos emeliyyat sisteminde istenilen faylin sehifeli baxisi hansi emir vastesile teyin edilir?
MS-DOS sistemində istənilən faylın səhifələmək üçün more komandasından istifadə edilir. Səhifələməni saxlamaq üçün CTRL+C komandasını vermək lazımdır.
17salam.komputerde proqram windows 7-dir.sondurmek yazisinin ustunde nida isaresi var.ona gore de komputer sonmur.o isareni nece yox ede bilerem?
Səbəb, çox guman ki, qurğunun drayverindədir. O, kompyuteri digər elektroqidalanma vəziyyətinə keçirdə bilmir.
Məsləhətdir drayveri  təzələmək və ya pozub, yenidən quraşdırmaq. Çox vaxt bu problem fayl sistemin drayveri ilə bağlı olur (file system filter driver). Ola bilsin ki, o, müəyyən antivirus proqramı vasitəsilə quraşdırılmışdır.
Sistemin drayverlərini yoxlamaq üçün bu linkdən istifadə edin.
  http://www.outsidethebox.ms/9948/

18Bu saytan aciq dersi nece yuklemek olar
Videodərslər youtube.com saytında yerləşdirilib. Həmin sayta keçib, dərsin link-nın surətini çıxarıb, yeni vkladka açıb, ünvanı yazın və  ünvanın əvvəlinə ss yazın, məsələn:

http://www.youtube.com/watch?v=je4QciUGkPk&feature=player_embedded

http://www.ssyoutube.com/watch?v=je4QciUGkPk&feature=player_embedded

Açılan səhifədə videonun formatını seçib, kompyuterinizdə saxlaya bilərsiniz.
19kriptolofiya nədir
İnformasiyanın qanunsuz istifadəçilərdən qorunması məqsədi ilə çevrilməsi metodlarının işlənməsi ilə kriptoqrafiya məşğul olur. «Kriptoqrafiya» sözü yunan dilində kriptos (kryptos) «gizli» və (grapho) «yazı» sözlərindən yaranmışdır. Bu terminin menası kriptoqrafiyanın tarixən birinci məsələsini ifadə edir vacib məlumatı gizli saxlamaq.  Kriptoqrafiya ötürülən melumatları "gizlətmir", onları düşmənin anlaması qeyri-mümkün olan şəklə çevirir. Bu halda ele keçirilmiş melumatda düşmən işarələrin qarışıq yığınını görür, məlumatın mənası ona aydın olmur.
20Evvela salam men noutbuk farmat etdikden sonra ona blutuz drayverini (esasda HP Pavilion G6 markasina)usdanofqa ede bilmirem her hansi bir proqram bilirsinizse yazinda
Bu səhifədən yükləyə bilərsiniz. http://ddriver.com/?d=081DE1851
21Salam men komputere disk salanda onun avtozapusqu acilmir onu nece duzelde bilerem birde menim komputerimin raboci stolundaki proqramin girmek isdeyirem girmir yeni bele bir muraciet geliri her hansi bir proqramla ac onu nece edim
Diskdə AUTORUN.INF faylı pozulub.
Əgər faylı açmaq istəyəndə, sizdə müəyyən dialoq pəncərəsi açılır, deməli bu faylı yaradan proqram kompüterinizdə yoxdur və ya  bir neçə proqram var ki, bu tipli faylı aça bilir və sistem sizdən proqramı seçməyə xahiş edir.
Birinci halda lazımlı proqramı kompüterinizə yükləyin. İkinci vəziyyətdə isə siyahıdan lazımlı proqramı tapın və kiçik boksda quş qoyun ki,sistem həmişə belə fayları bu proqramla açsın.
22Salam men Total Commander-i nece ve hardan oyerene bilerem birde ozunuzun melumatlariniz varsa mene biraz melumat verin bilmek isdeyirem ki?bu proqramin is prinsipi nedir?Evvelcede tesekkur edirem
Total Commander - Windows-un brauzerini (provodnik) əvəz edən proqramdır. Bu proqram fayl və qovluqları açmaq, yerini dəyişmək. silmək, tapmağa kömək edir.
23Salam Diskdə AUTORUN.INF faylı pozulub onu nece berpa ede bilerem?evvelceden tesekkur edirem cox sagolun
Bu səhifəyə baxın. http://sergeytroshin.ru/articles/cd-autorun/
24Salam Total Commanderi istifade etmek ucun video dersliyi hardan tapa bilerem?eger mumkunse link qoyunda zehmet olmasa
Rus dilində instruksiya var. Yükləyə bilərainiz.http://www.instruktor-msk.ru/balbe/1185-rukovodstvo-po-total-commander.html
25Salam http://www.instruktor-msk.ru/balbe/1185-rukovodstvo-po-total-commander.html bu linkden istifade ede bilmedim basqa link qoyunda zehmet olmasa
http://www.joomlo.ru/stati/71-total-commander.html
26hazir resursu sayta nece yerlesdirmek olar
Resursu saytda yerləşdirmək üçün, [email protected] ünvanına göndərin.
27Fəal təlimdə qiymətləndirmə haqqında daha ətraflı məlumat almaq istərdim. Məsələn, hər dərs hər bir şagird üçün formativ qiymətləndirmə aparılmalıdırmı? və s.
Fəal təlimdə qiymətləndirmənin aparılması haqqında informatika dərsliklərinin (1-5) metodik vəsaitlərinin girişində oxuya bilərsiniz. 
28salam kanputerde elim dusub proqramlarin hamisi opera olub hansi proqramin stunde vururam opera gelir xais edrem neyneyim proqramlar duzelsin
İxtiyarı bir yarlığın üstündə sağ düyməni basın. Açılan menyudan открыть с помощью (nəyin köməyi ilə açmaq) sətri seçin. Verilmiş proqram siyahısından explorer.exe tapın. O, adətən C lokal diskinin Windows qovluğunda yerləşir. ok düyməsini basın.
Əgər alınmasa, ПУСК-Выполнить komandaları verin və sətirdə assoc.lnk=lnkfile yığın və ok basın. Düzəlməlidir.
29kompyuterdə blutuzu nece açim?
1. Əvvəla sizin kompüterinizdə bluetooth qurğusunu olub-olmamağını müəyyən edin. Noutbukların elə modelləri var ki, onlar bu texnologiyanı dəstəkləmir.
2. Bluetooth drayverini sizin kompüterinizdə olub-olmamasını yoxlayın: quraşdırılıb ya yox. Əgər drayver quraşdırılıb, iş masasında xüsusi yarlıq əks olunur - adətən göy rəngdə. Əgər kompyuterinizdə bluetooth drayveri yoxdursa, İnternetdə noutbukun modelinə görə tapın və yükləyin. Sonra isə kompüterdə quraşdırın.
3. Əgər iş masasında bluetooth-un yarlığı varsa, iki dəfə onu çıqqıldadın. Açılır pəncərə və orada "Поиск устройств" düyməsinini basın. Həmin vaxt sizin telefonun və ya digər qurğunun bluetooth-u açıq olmalıdır.  30 m  məsafədə olan bütün bluetooth-u açıq olan qurğular müəyyən olunacaq. Lazimi qurğunu tapın və ok basın. Bəzi hallarda sizdən həmin qurğunun kodunu daxil etməyə xahiş olunacaq.
4. Kompüterdən istədiyi faylı göndərmək üçün onun üstündə sağ düyməni basın və "Отправить- bluetooth" komandalarını verin.

30komyuterleri mashin hesab etmek duzgundurmi onlar mashinlara xas kefiyetlere malikdirmi.?
Bəli. Kompüterlər ilk öncə Elektron-hesablama maşınlar - EHM adlanırdı.
Maşın dedikdə, enerjini, materialları, informasiyanı emal edən bir mexanizm, qurğudur. Kompüter informasiya ilə işləyir və elektrik  cərəyyanından istifadə edərək, qəbul olunmuş informasiyanı, yəni verilənləri emal edir. Deməli, kompüter də maşındır.
31Orta məktəblərdə "İnformatika" fənnini kimlər tədris edə bilər?
Orta məktəblərdə informatika fənnini Ali məktəbi bitirmiş və "informatika müəllimi" ixtisasını alan  şəxslər tədris edə bilər.
32pascalda timer programina aid program nece yazim?
Siz bu səhifədə ətraflı məlumat ala bilərsiniz: http://vbrus.narod.ru/PascalInfo3.htm#40
33mene mover makerden basqa maraqli ve sade video duzeltme proqrami lazimdi zehmet olmasa adin yazinda
Camtasia Studio, Adope Premier kimi proqram məhsullardan istifadə etmək olar.
34ibtidai siniflercun summativ qiymetlendirmeye nece baxa bilerem?
"Qiymətləndirmə" bölməsində baxa bilərsiniz.
35salam, saytda yuklemek ucun yerleshdirilmish obyektleri kompyutere yuklemek mumkun olmur,cox kicik bir hissesi yuklendikden sonra proses qirilir,bunun sebei ne ola biler?amma telefonla yukledikde ise qirilma bash vermir.
Çox güman ki sizdə İnternet yaxşı işləmir.
36Microsoft Access. Access sisteminde metn sahesi neçə işarəni əks etdirir?
Avtomatik 50 simvol üçün sahə ayrılır. Amma siz bu qiyməti dəyişə bilərsiniz.
37EXCELL kitabında neçə vərəq yerləşə bilər?
65000 çox. Amma o qədər vərəq yaratmaq məsləhət deyil. Siz yaradılmış faylı çətinliklə açacaqsınız.
38Salam. Magistraturaya qebul qaydalarını öyrenmek isteyırem.
Maqistr jurnalında çıxacaq.
39sketchup proqraminda cismi ne ile surukleyirler
Onun üçün xüsusi alət nəzərdə tutulur. O, "push/pull" alətinin sağ tərəfində yerləşir.
40Salam!kompyuterimdə Kasperski anti virus ingilis dilindədir. Onu rus dilinə çevirə bilərəmmi? Əgər çevirmək olursa, necə edim? Təşəkkürlər!
Salam. Kompüterdən dili dəyişə bilməzsiniz. İnternetdən rus versiyasını yükləyin.
41paskalda yazilmiş dəqiq,qisa proqramlari haradan tapaq olar.Kitabdaki calişmalari nə qədər dəqiqliklə yazsaq da error göstərir.
Dərslikdə verilən proqramlar düzgün yazılıb. Sadəcə "=" və digər işarələrin yanında boşluqlara diqqət yetirin.
42insanlar istini ve soyugu hansi duygu uzvu ile hiss edirler?
İnsanlar isti və soyuq suyun, havanın temperaturunu dəri ilə hiss edirlər. Onlar daktil informasiya alırlar.
43lazarus proqramında bəbir rəsminin mahiyyəti nədir?
Bəbirin Lazarus proqramına heç bir aidiyyəti yoxdur. Sadəcə bəbir proqramın emblemidir.
44"ALPLogo" nu nece yuklemek olar
ALPLogo proqramını buradan yükləyə bilərsiniz: http://www.informatik.az/proqram_soft/a1-5.rar
45Proqramların adları necə tələffüz olunmalıdır: yazıldığı kimi, yoxsa ingilis dilində səsləndiyi kimi? Məsələn, Paint [paint] kimi səslənir, yoxsa [peint] kimi?
İngilis dilində səsləndiyi kimi.
46Böyük və kiçik summativ qiymətləndirmədə test üsulu mütləqdirmi? Başqa üsullardan istifadə etmək olarmı? Məs."kompyuterdə iş" üsulundan.
Bəli, olar. Bu halda şagirdlərin kompüterdə işlədiyi fayylar onların adı ilə saxlasanız bir yerdə, daha yaxşı olar.
47antivirus işarəsinin üzerində nida işarəsi var bu ne deməkdi və ya mən nə etməliyəm ? əvvəlcədən təşəkkürlər
Proqramın lisenziya vaxtı bitib. Yenidən lisenziyanı almalısınız (adətən 1 illik olur).
48Məktəbin kompüterləri nasaz olarsa, informatika müəllimi onu format edə bilərmi? Əvvəlcədən təşəkkür edirəm.
Məktəb kompüterlərini yayda gəlib, özləri format edəcəklər.
49Məktəblərdə istifadə olunacaq "Elektron jurnal" ilə necə tanış ola bilərəm?
Salam. Əgər sizin övladınız elektron məktəbdə oxuyursa, onda onun kodu vasitəsi ilə övladınızın qiymətləri ilə tanış ola bilərsiniz.
50Keçən tədris ilində 6- cı sinif şagirdləri "İnformatika" kitabını çətimliklə əldə etdilər. Bəs bu il necə olacaq?
2013-2014-ci tədris ili üçün 6-ci siniflər üçün  Kurikulum əsasında hazırlanmış yeni dərslik təqdim ediləcək. Dərsliyin elektron versiyasını  avqust ayında saytdan yükləyə bilərsiniz.
513D sozunde D neyi bildirir?bu sual 7ci sinif kitabda var amma cavabin deqiq bilmirem
"D" əlavəsi "dimension", yəni "ölçü" deməkdir. "3D" deyəndə - "3-ölçülü" başa düşmək lazımdır.
52salam yeni cixan 6ci sinifin plani va summativleri bu sayitda var idi ?
Metodik vəsiti saytda yerləşdirilib. Onun tərkibində qiymətləndirmə vasitələri var.
53komputerde at isaresini nece yazim basanda hemise 2 reqemi yazilir ama orda at isareside var
Salam. Klaviaturanın dilini ingilis edin. Sonra SHİFT klavişi ilə birgə 2 rəqəmi  olan klavişi basın.
54Salam! Kompüter sözü düzgün necə yazılır?Çünki dərsliklərdə müxtəlif verilib.5-ci sinifdə bir cür,6-cı sinifdə başqa cür.

"Kompüter" kimi yazılır. Siz yaginki əvvəlki illərdə nəşr edilmiş dərsliklərdən danışırsınız. Hal-hazırda bütün dərsliklərdə düzgün yazılışdan istifadə olunur.

55men komputerimin menyu dilini nece deyiserem
Bu suala hələ cavab yoxdur.
56Salamaleykum...Komputerimde problem var google youtube saytlari acilmir...mumkunse komek ede bilersiz
Bu suala hələ cavab yoxdur.
5726 sagirdi nece sinife yerlesdirmek olar?
Bu suala hələ cavab yoxdur.
58kitabda varki 2ci sinif ucun infoko diski var onu nece elde etmek olar?

Hal-hazırda flesh obyektlər Windows sistemi tərəfindən dəstəklənmir. Ona görə də disk kompüterlərdə işləməyəcək.

59word 2003-də kəsr xətti necə yazılır?
Microsoft Word proqramında kəsr xətti və ya digər riyazi əməlləri göstərmək üçün "Редактор формул" dan istifadə olunur.
60salam usaql birinci sinife onlayn vastesi ile nece yazdlrlm hansl sayta girmek lazlmdlr

Salam. Onlayn formalar hələ bu il üçün aktiv deyil.

Həmin onlayn formanı siz edu.gov.az və ya bakuedu.gov.az saytlarında aprel ayında apara bilərsiniz.

61Salam. informatika uzre mekteb proqraminda ofis proqramlarinin 2003 yoxsa 2010 versiyasi tedris edilir?

Salam. Əvvəlki dərsliklərdə Office 2003 idi. İndi hazırlanan dərsliklərdə Office 2007 -dən istifadə olunur.

62Salam.mene icmal yazmaqda komek ederdizde zehmet olmasa.nece yaza bilerem?
Bu suala hələ cavab yoxdur.
63Salam. Mən rayonların birinə informatika müəlliməsi kimi qəbul olmuşam. Bilmək istəyirəm ki, 10cu və 11ci siniflərdə həftədə neçə saat informatika olur? Əvvəlcədən deyim ki, uşaq azdır. Təşəkkür edirəm

Salam. 10-11 siniflərdə informatika həftədə 1 saat tədris olunur.  1 saatı isə direktor seçmə saatlarından verə bilər.

Şagird az olduqda sinif praktiki dərslərdə qruplara bölünmür.

64Alplogo programini yukleye bilmirem.отсутствует расширение файла epub ili pdf cixir.ne etmek lazimdi

Salam. Proqram arxiv formasındadır. Onu açmaq üçün kompüterinizdə WINRAR proqramı olmalıdır. Əgər yoxdursa, onu İnternetdən yükləyə bilərsiniz.