İnformatika müəllimləri üçün zona seminarı keçirilib

İlk belə seminar Abşeron, Xızı, Siyəzən və Şabran rayonlarının müəllim və rəhbər işçiləri üçün 13 aprel 2012-ci ildə Xırdalan şəhəri 1 nömrəli tam orta məktəbdə keçirilmişdir. Seminarda "İnformatika" dərsliklərinin müəllifləri İsmayıl Sadıqov, Naidə İsayeva və "Bakı" nəşriyyatının direktoru Zaur İsayev iştirak etmiş, müəllimlərin fənnin tədrisi ilə bağlı müzakirələrdə verdikləri sualları cavablandırmışlar. Seminarda informatikanın məktəbdə tədrisinə həsr olunmuş www.informatik.az saytı, eləcə də sosial şəbəkədə informatika müəllimlərinin qrupu haqqında məlumat verilmişdir. Qeyd edilmişdir ki, nəinki informatika müəllimlərinin, eləcə də İKT sahəsində fəaliyyət göstərən şirkətlərin mütəxəssislərinin qrupda fəal iştirakı, onların texniki məsələlər, proqramlaşdırma ilə bağlı verdikləri məsləhətlər müəllimlər üçün çox faydalı olur. Seminar iştirakçılarına da göstərilən İnternet resurslarından istifadə etmələri tövsiyə olunmuşdur.
Seminarda müəllimlərin yeni kurikulum əsasında hazırlanmış dərslik komplektləri ilə bağlı rəy və təklifləri dinlənilmişdir.