iİnformatikanın məktəbdə tədrisi
29 aprel 2012 1591

Ali məktəb tələbələri arasında informatika üzrə respublika olimpiadasının II final mərhələsi keçirildi


  

Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunda (AMEA İTİ) Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunmuş "Ali məktəb tələbələri arasında informatika üzrə respublika olimpiadası”nın II final mərhələsi keçirildi. 
Xəbər verilir ki, tədbir Rabitə və İnformasiya Texnologiyaları, Təhsil nazirlikləri, Heydər Əliyev Fondu və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı, "Azerfon” və "BestComp Group” şirkətlərinin dəstəyi ilə reallaşdırılır. 
 
Final mərhələsində 4 ali təhsil müəssisəsindən 12 komanda iştirak edir. Bununla yanaşı, müvafiq münsiflər heyətinin qərarına əsasən cari ildə olimpiadanın ilk mərhələsində regionlardan qoşulan komandaların fəallığı nəzərə alınaraq, finala müsabiqədən kənar 9 komanda da dəvət olunmuşdur.