21 may 2011-ci il tarixində Xaçmaz şəhərində "Müasir dövrdə təhsilin davamlı inkişafı: reallıq və perspektivlər" mövzusunda təşkil olunmuş zona elmi-praktik konfrans keçirilmişdir. Konfransın gündəliyində müəllmlərin nümunə dərslərinin dinlənilməsi nəzərdə tutulmuşdur. Xaçmaz şəhərin 1 saylı məktəbin informatika müəllimi Azad Bədəlov 10-ci sinifdə "Ziyanverici proqramlar. Kompüter virusları" adında açıq dərs verdi. Dərsin fraqmenti ilə "Açıq dərslər" bölməsində tanış ola bilərsiniz.