Dərs vəsaiti Python proqramlaşdırma dilinin elmi sahələrdə tətbiqinə həsr edilib. Kitabda Python dilinin, kitab tərtib edildiyi və nəşrə buraxıldığı zamanda, ən yeni və stabil olan versiyası istifadə edilib və bu versiyanın xüsusiyyətləri konkret nümunəvi məsələlərin həllində oxucunun nəzərinə çatdırılıb. Elmi sahədə Python dilinin daha çox istifadə edilən xüsusi tətbiqi proqramlar paketləri (TPP-ləri) və onların hər bir konkret elmi məsələdə istifadə etmə qaydaları həm riyazi tərəfdən, həm də TPP-nin və Python dilinin xüsusiyyətləri ilə kifayət qədər ətraflı izahatlarla oxucuya təqdim edilir. Vəsaiti "Elektron kitablar" bölümündən yükləmək olar.