Çərşənbə, 29.10.2025, 21:37
İnformatikanın məktəbdə tədrisi
Baş səhifə Qeydiyyat Giriş
e-mail: informatik-az@mail.ru · RSS
Menyu
Fotoşəkillər
Giriş forması
Sorğu
Müəllim kimi informatika dərslərində tez-tez istifadə edirəm:
Cavabların sayı: 9669
Faydalı keçidlər

  • ict.edu.az
  • ict.az
  • telekommunikasiya.edu.az
  • İnf-math.narod.ru
  • Millibyte.az
  • kayzen.az/blog/informatika
  • alqoritm.ucoz.org
  • mincom.gov.az
  • Facebook-da
    Təqvim
    «  Oktyabr 2025  »
    B.e. Ç.a. Ç C.a. C Ş B
      12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031
    Təqdimatlar
    Statistika

    Onlayn: 6
    Ziyarətçilərin sayı: 6
    Qeydiyyatdan keçənlərin sayı: 0


     
    Baş səhifə » 2025 » Oktyabr » 2 » ALPLogo-2025 və SketchUp-2025 yarışları qaliblərinin mükafatlandırılması
    18:14
    ALPLogo-2025 və SketchUp-2025 yarışları qaliblərinin mükafatlandırılması

    Sentyabrın 28-də Bakı şəhəri 283 nömrəli tam orta məktəbdə Azərbaycanın orta və ali təhsil sistemində informatika fənninin təşəkkülündə və inkişafında əvəzsiz xidmətləri olan görkəmli alim və pedaqoq Ramin Mahmudzadənin (31.08.1937–08.08.2022) 90 illiyinə həsr edilmiş ALPLogo proqramlaşdıma olimpiadası və "Ən yaxşı üçölçülü model" müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi keçirildi.

    Mükafatlandırma tədbirini giriş sözü ilə həmin məktəbin informatika müəllimi, “İnformatika” dərsliklərinin həmmüəllifi, Əməkdar müəllim Naidə İsayeva açdı. O, yarışlar haqqında ümumi və statistik məlumatları tədbir iştirakçılarının diqqətinə təqdim etdi. Azərbaycan Respublikası Təhsil İnstitutu yanında Tədris Resursları Mərkəzinin direktor müavini İsmayıl Sadıqovun, “Paşa Sığorta” İnformasiya Texnologiyaları və İnnovasiyalar Departamentinin direktoru Cəmşid Naxçıvanskinin çıxışından sonra qaliblərin mükafatlandırılmasına başlanıldı. Qaliblərə mükafatları İsmayıl Sadıqov, Naidə İsayeva, Cəmşid Naxçıvanski, “Paşa Sığorta” şirkətinin Marketinq və Korporativ Kommunikasiyalar Departamentinin əməkdaşı Gültən Hacıyeva, ADA Universiteti School of IT & Engineering  məktəbinin professoru Mixail Medvedev,  “İdrak” liseyinin İnnovativ Təhsil Texnologiyaları departamentin rəhbəri Gülnarə Səlimova, Bakı şəhəri 267 nömrəli məktəb-liseyin informatika müəllimi Sənubər Məmmədova təqdim etdilər. Sonra bu yarışların təşkilində fəal iştirak etmiş və şagirdləri müsabiqələrin qalibləri olmuş informatika müəllimlərinə sertifikatlar təqdim olundu.

    Mükafatlandırma mərasimin sponsorları “PAŞA Sığorta” şirkəti, “Bakı” nəşriyyatı idi.

     

    Baxılıb: 99 | Əlavə edib: isanai
    Copyright İsaNaida © 2025
    PYTHON 3.4
    ALPLogo
    Info-Ko
    Fəxr edirik


    Elan
    Bölmələr
    MÜSABİQƏ
    Azərbaycanda İKT
    Axtarış