
Azərbaycan Milli Elmlər Akademiyasının
İnformasiya Texnologiyaları İnstitutunda (AMEA İTİ) Ümumdünya
Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunmuş "Ali
məktəb tələbələri arasında informatika üzrə respublika olimpiadası”nın
II final mərhələsi keçirildi.
Xəbər
verilir ki, tədbir Rabitə və İnformasiya Texnologiyaları, Təhsil
nazirlikləri, Heydər Əliyev Fondu və AMEA-nın İnformasiya
Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı, "Azerfon” və
"BestComp Group” şirkətlərinin dəstəyi ilə reallaşdırılır.
Final
mərhələsində 4 ali təhsil müəssisəsindən 12 komanda iştirak edir.
Bununla yanaşı, müvafiq münsiflər heyətinin qərarına əsasən cari ildə
olimpiadanın ilk mərhələsində regionlardan qoşulan komandaların fəallığı
nəzərə alınaraq, finala müsabiqədən kənar 9 komanda da dəvət olunmuşdur.