
10/12/2015 ci il tarixində 164 nömrəli tam orta məktəbdə riyaziyyat - informatika aylığı ilə əlaqədar İnformatikadan 8 - ci siniflər arasında təqdimat müsabiqəsi, 5- 8 - ci siniflər arasında sərgi keçirildi.Sərgidə Siniflər arasında 6a I yer, 5b II yer, 8a III yer, Təqdimat müsabiqəsində sərbəst mövzu üzrə 8a Şükürlü Dərya I yer, 8b İbrahimli Nurcan II yer, 8b Babayeva Gülnaz III yerə layiq görüldülər.Şagirdlər fəxri fərmana layiq görüldülər.Tədbirdə məktəb rəhbəri, direktor müavinləri, qonaqlar MilliByte - ın direktoru Kərim Tahiroğlu və 282 nomrəli məktəbin informatika müəllimi Musayeva Gulər iştirak etdilər.Təşkilatçı müəllim Ramazanova İlahə.
|