salam, sayta göre minnetdarıq Men hemise rus saytlarindan istifade edirdim cetinlik cekerdim Yaxsi olardi ki videodersler saytda yerleşdirərdiniz Pazrabotkalarimiz olsa hara gonderek olarmi gonderek ?
Cavab: Mətn redaktoruna aid videodərslər saytda azərbaycan dilindədir. Yaxın gələcəkdə digər tətbiqi proqramlara aid videodərslərdə olacaq. Öz işlərinizi azərb.dilində informatik-az@mail.ru ünvanına göndərə bilərsiniz. Hörmətlə, Naidə m.
Salam Naide m. Mənə ucozda sadə sayt yaratmaq istəyirəm.Publisher proqramında veb səhifə yaradıram,hiperkeçidlər də yerləşdirirəm.HTMLformatında da saxlayıram. Ucozda sayt yaratmaq üçün veb səhifəni hansı proqramda hazırlayım. Mən ucoza daxil oluram qeydiyyatdan keçirəm. Səhifəni necə və nə vaxt yerləşdirirəm bunun ardıcıllığı lazımdır.
Cavab: Ucozda işləmək sizə çətin olacaq. Burada həm rus dili, həm də ingilis dili bilmək lazımdır. Siz www.sayt.ws saytına girin. Orada azərbaycan dilində səhifə yaradın. Hər şey sizə aydın olacaq. Uğurlar!
Salam Naide muellime. Men Qaxdan Nermine muellime. Saytınız çox xoşuma geldi. Oradakı testlerden istifade edirem. Çox sağ olun. Men de ocoz-da sayt yaratdım, ancaq problemler yaranır.Mene kömek ede bilersinizmi? Men de informatika muellimiyem. Qax şeher 2 saylı mektebde işleyirem. Menimde hazırladığım testler, ders nümuneleri,diger materiallarım var. Komek etsez minnetdar olaram. Size uğurlar.
Cavab: Salam, Nərminə m. Əgər sizin ucoz sisteminə aid suallarınız varsa, bəzilərinə mən cavab verə bilərəm. Çox təəssüf ki, bəzi addımları özünüz görməsəniz, başa düşmək çətin olacaq. Bir məqam da var: öz saytınının dizaynında, ya da strukturunda administrator kimi dəyişiklər etmək üçün rus və ya ingilis dillərinin birindən və html-dən minimum məlumatınız olmalıdır. Əgər yaxşı təqdimatlarınız varsa və siz onları saytda yerləşdirməyinə etiraz etmirsinizsə, onda onları informatik-az@mail.ru ünvanına göndərə bilərsiniz. Bu halda sizin materiallarınızdan digər müəllimlər də istifadə edə bilərlər. Saytdan digər müəllimlərin də istifadə etmələri üçün onlara da sayt haqqında məlumat verə bilərsiniz. Hörmətlə Naidə m.
Salam Naidə müəllimə. Bayramınız mübarək! teessüff ki, men hele indi sizin sayta baxdım. gerek bağışlayasız. Tebrik edirem. cox xoşuma geldi. İnfo-ko superdi. elə her şey! opürem. Daim UGURLAR!!!!!!!!!!!!
Naida xanim teqdire layiq bir ish gormisiniz.Hami ucun lazimli bir sayt yatarmisiniz.Inaniram ki,hami bundan yararlanacaqlar. Nailiyyetlerinize,basharilariniza gore sizi tebrik edirem.
Наида! Здравствуй. Я зашла на твой сайт, он мне понравился. Сайт полезный для педагогов информатики. Нужно, чтобы все они заходили на сайт и рекомендовали его своим ученикам! Удачи.
Naidə xanım, Sizi, ilk olaraq ilin son çərşənbəsi münasibətilə, sonra isə böyük əziyyət və sevgi ilə bu saytı yaratmağınıza görə təbrik edirəm. Bİr işi yekunlaşdırandan sonra, maraq üçün axtarış verdim və Sizin saytınıza çıxdım - tanış olandan sonra, qərara gəldim ki, təzədən işləyim. Sadə və gərəkli bir saytdır, təkcə məktəb müəllimləri üçün yox, hər bir insan üçün lazımlı materiallar var. Hiss olunur ki, peşəkar əlindən çıxıb. Yəni Siz həm sənətinizi bilirsiniz, həm sevirsiniz, həm də yorulmadan çalışırsınız. Çox təəssüf ki bu keyfiyyətlər bu günkü müəllimlərin əksəriyyətində yoxdur. aldıqları pula, çalışdıqları məktəbə, sinifdəki şagirdlərə görə çalışırlar. Sizə sevdiyiniz bütün işlərdə başarılar arzulayıram. İnşallah, görüşüb fikirlərimizi bölüşərik. SAğ olun!
Salam Naida muellime. Saytiniza baxdim,cox xosuma geldi. Bir muellim kimi saytinizi ve gorduyunuz isleri yuksek qiymetlendirirem. Informatika fennine aid azerbaycan dilinde materiallarin olmasi cox teqdirelayiqdir. Menim de bir saytim var (http://inf-math.narod.ru). Xahis edirem ona baxasiniz ve oz fikirlerinizi menimle bolusesiniz.Sizden isteyim imkan olsa dost sayt kimi saytinizda menim saytima kecid yerlesdiresiniz. Evvelceden tesekkur edirem.
Cavab: Xoş sözlərə görə çox sağ olun!İmkan olsa, saytınıza baxıb, öz fikrimi sizə söyləyəcəyəm.
Naidə müəllimə, çox gözəl, maraqlı, faydalı sayt yaratdığınız üçün Sizi təbrik edirəm! Uğurlar!.
Cavab: Çox sağ olun, Bahar xanım! Əgər sizdə İnternetdə yerləşdirmək istədiyiniz dərs üçün lazım olan materiallar varsa, saytın e-mail göndərə bilərsiniz. informatik-az@mail.ru
Salam Naida xanım. Sizə bu sayt vasitəsilə biz gənc müəllimələrə yardımçı olduğunuza görə minnətdarlığımızı bildiririk.
Cavab: Çox sağ olun, Ceyran xanım! Gənc müəllimlərə imkanım daxilində kömək etməyə həmişə hazıram və qarşınıza çıxan problemlər barəsində mənə hər zaman müraciət edə bilərsiniz.