iİnformatikanın məktəbdə tədrisi
5 mart 2014 3140

Şagirdlər arasında yeni müsabiqə elan olunur

İnformatika müəllimlərinin və şagirdlərin nəzərinə!



 Aprel ayının ikinci yarısında 6-cı sinif şagirdləri arasında ALPLogo mühitində proqramlaşdırma-2014 adlı müsabiqə keçiriləcəkdir.
Müsabiqə iştirakçılarına 90 dəqiqə ərzində 3 məsələlənin proqramını tərtib etmək təklif olunacaq. Təklif olunan tapşırıqların həlli şagirdlərdən LOGO dilinin əsas komandaları ilə işləmək bacarıqlarının, məntiqi təfəkkür və həndəsi təsəvvürlərin olmasını da tələb edir. Şagirdlər məsələlərin proqramını kompüterdə ALPLogo mühitində yazmalı və müvafiq qovluqda saxlamalıdır. Müsabiqə qalibləri mükafatlandırılacaq.
Tapşırıqların örnəkləri www.informatik.az saytında və Facebook şəbəkəsinin "İnformatika müəllimləri” qrupunda yerləşdiriləcək.