iİnformatikanın məktəbdə tədrisi
23 fevral 2014 3657

"Google SketchUp proqramında ən yaxşı 3D modeli" müsabiqəsi keçirilib



23 fevral 2014-ci il Bakı şəhəri 283 saylı məktəbində "Google SketchUp proqramında ən yaxşı üçölçülü modelinin hazırlanması" adlı müsabiqə keçirilmişdir. Müsabiqədə 14 məktəbin şagirdi iştirak etmişdir. Püşkatma yolu ilə orijinal obyekt seçilmişdir: Bibi Heybət Məscidi. Şagirdlər 1 saat 45 dəq vaxt ərzində həmin obyektin 3D modelini hazırlamalı idilər. Qeyd etmək lazımdır ki, bütün şagirdlər bu işə çox məhsuliyyətli yanaşmışdır. Onların iş bacarıqları yüksək səviyyədə idi. Hiss olunur ki, müəllimlər şagirdlərlə daha yaxşı məşğul olub, bu müsabiqəyə ciddi hazırlaşıblar. Müsabiqədə iştirak edən bütün şagirdləri təbrik edirik, onlara gələcəkdə daha maraqlı işlər hazırlamağa arzulayırıq. Şagirdlərin işləri 3 meyar əsasında juri tərəfindən qiymətləndirilmişdir. Juri qərara gəldi:
1 yer -Heydərov Məhəmməd (136 saylı məktəb)
2 yer - Kərimov Akif (264 saylı məktəb-lisey)
3 yer - Məlikəjdərov Fərid (63 saylı məktəb)

Şagirdlərin işləri ilə "Şagirdlərin yaradıcıllığı" səhifəsində tanış ola bilərsiniz.