iİnformatikanın məktəbdə tədrisi
10 aprel 2023 892

Müsabiqənin mərkəzləri

Müsabiqə günü iştirakçı Mərkəzə saat 9-30 gəlməlidir. Müsabiqə tapşırığı saat 9-50-də informatik.az saytında əks olunacaq. Şagirdlərə 3 saat (bəzən 3,5) vaxt ayrılır. Bu müddət ərzində şagird SketchUp proqramında verilmiş obyektin (bina, arxitektur abidə) üçölçülü modelini hazırlamalıdır. Ayrılmış vaxt müddəti bitəndən sonra şagirdlər kompüterdə işlərini dayandırır. Yarım saat ərzində Mərkəz rəhbəri iştirakçıların işlərini (hər sketchup-faylın adı şagirdin soyadı, adı və məktəbin nömrəsindən ibarət olmalıdır) [email protected] ünvana göndərilməlidir. Fərdi şəkildə qoşulan iştirakçılar işlərini özləri qeyd olunan ünvana göndərməlidir. Göstərilən vaxtdan gec göndərilən işlər qiymətləndirməyə buraxılmır.