iİnformatikanın məktəbdə tədrisi
9 aprel 2023 962

"Ən yaxşı üçölçülü model" müsabiqəsi haqqında məlumat

"Ən yaxşı üçölçülü model" müsabiqəsinin

QAYDALARI

  • Müsabiqə 7- 10 sinif şagirdlər arasında keçirilir.

  • Müsabiqəyə qeydiyyat onlayn aparılır

  • Hər məktəbdən ən çoxu iki nəfər iştirak edir.

  • Müsabiqə günü iştirakçı Mərkəzə saat 9-30 gəlməlidir.

  • Müsabiqə tapşırığı saat 9-50 informatik.az saytında əks olunur.

  • Tapşırığın yerinə yetirilməsi saat 10-00 başlayır.

  • Şagirdlərə 3 saat (bəzən 3,5) vaxt ayrılır. Bu müddət ərzində şagird SketchUp proqramında verilmiş obyektin (bina, arxitektur abidə) üçölçülü modelini hazırlamalıdır.

  • Ayrılmış vaxt müddəti bitəndən sonra şagirdlər kompüterdə işlərini dayandırır. Yarım saat ərzində Mərkəz rəhbəri iştirakçıların işlərini (hər sketchup-faylın adı şagirdin soyadı, adı və məktəbin nömrəsindən ibarət olmalıdır) [email protected] ünvana göndərilməlidir. Fərdi şəkildə qoşulan iştirakçılar işlərini özləri qeyd olunan ünvana göndərməlidir. Göstərilən vaxtdan gec göndərilən işlər qiymətləndirməyə buraxılmır.

İşlər aşağıdaki meyarlar əsasında müssiflər tərəfindən qiymətləndirilir.

  • orijinal obyektə uyğunluq dərəcəsi: 0 - 10 bal arası

  • işin tamlığı: 0 - 10 bal arası

  • işin səliqəli yerinə yetirilməsi: 0 - 10 bal arası

Qiymətləndirmə nəticələri informatik.az saytında yerləşdirilir. 1, 2 və 3 yer tutan şagirdlərə diplom və hədiyyələr təqdim olunur. Bütün iştirakçılar iştirakçı sertifikatı alır.