iİnformatikanın məktəbdə tədrisi
4 iyul 2011 1742

“İlin müəllimi” adına layiq görülmüş müəllimlərin təqribən yarısı İKT kurslarında iştirak edib



2008-2010-cu illərdə "İlin müəllimi” adına layiq görülən müəllimlərin 47 faizi informasiya-kommunikasiya texnologiyalarının təhsildə tətbiqi üzrə təlimlərdə iştirak edib.
Təlimlər "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində təşkil olunur.Ümumilikdə isə, "Mədəd” təşkilatı tərəfindən keçirilən bu təlimlərdə indiyədək 40 mindən artıq müəllim iştirak edib. Aparılan araşdırmalar göstərir ki, təhsildə İKT-nin tətbiqi üzrə təlimlərdə iştirak edən müəllimlər öz fənlərinin tədrisini daha effektiv qurur və bu da özü-özlüyündə müəllimlərə "İlin müəllimi” adına layiq görülmək üçün daha geniş imkanlar yaradır.(www.ict.edu.az saytı)