iİnformatikanın məktəbdə tədrisi
1 iyul 2011 1821

“Facebook”un sahibi İT-sənayesinin ən varlı insanları siyahısında üçüncüdür



"Facebook” sosial şəbəkəsinin yaradıcısı Mark Sukerberqin şəxsi büdcəsi 18 milyard ABŞ dolları təşkil edib ki, bununla da o, dünya İT-sənayesinin ən imkanlı insanları siyahısında üçüncü pilləyə yüksəlib. Reytinq cədvəlində M.Sukerberq yalnız "Microsoft” korporasiyasının yaradıcısı Bil Qeyts və "Oracle” şirkətinin təsisçisi Larri Ellisondan geridədir. O, siyahıda "Apple” şirkətinin təsisçisi Stiv Cobs və "Google”un təsisçiləri Sergey Brin və Larri Peyci kimi milyonçuları geridə qoyub.

NEWSru.com saytının yazdığına görə, "Facebook” rəhbərinin büdcəsinin hesablanması sosial şəbəkə səhmlərinin dəyərləndirilməsi əsasında müəyyən edilib. Şəbəkənin ümumi dəyəri 70 milyard ABŞ dolları məbləğində qiymətləndirilib. Bəzi analitiklər M.Sukerberqin maddi imkanının artmasını sosial şəbəkə ətrafındakı ajiotajla əlaqələndirirlər.

Qeyd edək ki, "Facebook”un səhmdarlarından yalnız 6-sı milyonçudur. Dəyəri milyard dollardan artıq olan səhmlərin sahiblərindən şəbəkənin təsisçiləri Dastin Moskoviç, Eduardo Saverin və Şon Parkerin, həmçinin şəbəkənin birinci investoru Piter Til və Mail.ru Group-un yaradıcısı Yuriy Milnerin adlarını çəkmək olar. (www.ict.az sayti materiallar esasinda)