iİnformatikanın məktəbdə tədrisi
29 iyun 2012 1841

"Elektron Təhsil" müsabiqəsinin qalibləri elan olundu



29 iyun 2012 – ci il tarixdəAzərbaycan Respublikası Təhsil Nazirliyində "Elektron Təhsil” Respublika müsabiqəsinin yekunları ilə bağlı mərasim keçirildi. Mərasimdə Azərbaycanın təhsil sahəsində keçirilən ən genişmiqyaslı müsabiqənin qalibləri elan edildi.
Builki müsabiqə "Elektron tədris resursları” və "Təhsildə internet texnologiyaları” istiqamətləri üzrə təşkil olunub. "Elektron təhsil” Respublika müsabiqəsində "Ən fəal region məktəbi” də seçilib. Respublika üzrə üç dəfə keçirilən müsabiqədə bu il 817 layhə iştirak edib. Həmin layihələrdən 112-i nominant seçilib. 16 nəfər isə qalib adına layiq görülüb. Mərasimdə Təhsil Naziri Misir Mərdanov çıxış etdi.