5-ci siniflər üçün Azərbaycan dilində yeni ALPLogo proqram məhsulu

ALPlogo proqramlaşdırma mühiti 5-ci sinif "İnformatika” dərsliyin müəllifləri tərəfindən Azərbaycanda ilk dəfə olaraq yaradılmış və dərslik komplektinə əlavə edilmişdir.
LOGO dili 5-7-ci sinif şagirdlərində yaradıcı təfəkkürün və məsələ həll etmək bacarıqlarının inkişafına böyük köməklik göstərir. Artıq uzun illərdir ki, dünyanın bir çox ölkələrində LOGO dilində müxtəlif layihələr üzrə məktəblilər arasında müsabiqə və yarışlar keçirilir.
ALPLogo dilinin təqdim olunan versiyası 5-ci sinif səviyyəsi üçün nəzərdə tutulmuşdur və proqramın növbəti versiyalarında daha geniş imkanlar nəzərdə tutulmuşdur.
Bu proqramda işləmək üçün onu kompyuterinizə endirib C diskinə köçürmək lazımdır (quraşdırmağa ehtiyac yoxdur).
ALPLogo proqramının ən mühüm xüsusiyyəti ondadır ki, bu proqramda Bağa üçün komandalar Azərbaycan, ingilis və rus dillərində yığıla bilər. Sistem hər üç dili qəbul edir. Dilin komandaları ilə tanış olmaq üçün proqram menyusunun Yardım bölməsindən Komandalar sistemi bəndini seçin. Proqramı "Proqram təminatı” bölməsindən yükləmək olar.